Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7410/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi, eyni zamanda vəkili X2, Cavabdeh, onun nümayəndəsi, eyni zamanda vəkil X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1261/2021, 14 yanvar 2021-ci il tarixli və 15 fevral 2021-ci il tarixli qərardadlarından Cavabdeh nümayəndəsi eyni zamanda vəkil X3 tərəfindən ayrı-ayırılıqda verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ən e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 19000 manat məbləğində əsas borc məbləğinin, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 2850 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğind pulun,cəmi 26881 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı 14.01.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Cavabdeh mülkiyyətində olan Xaçmaz şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbinin məbləği kifayət qədər böyük məbləğ olduğuna görə hesab edilir ki, gələcəkdə qətnamənin icrasında çətinlik yarana bilər. Bu halın qarşısının alınması üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoyulmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1261/2021, 14 yanvar 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Bundan sonra iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə yenidən məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan “Forland” yük markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı və “Mercedes benz 280” minik markallı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. İddianı təmin etmə tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi cəmi 26881 manat məbləğində pulun cavabdehdən tutulmasıdır. Həmin məbləğ kifayət qədər böyük məbləğ olduğuna görə hesab edir ki, gələcəkdə qətnamənin icrasında çətinlik yarana bilər. Bu halın qarşısının alınması üçün hesab edir ki, cavabdehin mövcud əmlaklarının üzərinə həbs qoyulmalıdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 14.01.2021-ci il tarixli qərardadına əsasən cavabdehin Xaçmaz şəhərində yerləşən 0,005 ha torpaq sahəsinin üzərinə həbs qoyulsa da, bu hal iddia tələbini tam olaraq qarşılamır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1261/2021, 15 fevral 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh nümayəndəsi eyni zamanda vəkil X3 hər iki qərardaddan ayrı-ayrılıqda şikayət verərək, hər iki qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1261/2021, 14 yanvar 2021-ci il tarixli qərardadından verilmiş şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi və avtomobilin geri qaytarılması tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.04.2019-cu il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Belə olduğu təqdirdə artıq iş üzrə qüvvədə olan məhkəmə qətnaməsinin olduğunu müəyyən olur. Lakin iddiaçı cavabdehin əmlakının üzərinə həbs qoyarkən, onun adına başqa daşınmaz əmlakın olmaması nəzərə alınmamış və təmin tədbiri məhkəmə tərəfindən təmin edilərək cavabdehin yeganə daşınmaz əmlakı üzərinə həbs qoyulmuşdur. Hal-hazırda daşınmaz əmlakın üzərinə həbs qoyulması cavabdehin daşınmaz əmlakla bağlı hüquqlarının həyata keçirilməsinə mane olur . Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1261/2021, 15 fevral 2021-ci il tarixli qərardadından verilmiş şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi və avtomobilin geri qaytarılması tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.04.2019-cu il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Belə olduğu təqdirdə artıq iş üzrə qüvvədə olan məhkəmə qətnaməsinin olduğunu müəyyən olur. İddiaçının iddianın təmin etmə tədbiri barədə verdiyi vəsatətləri məhkəmə tərəfindən təmin edilərək, heç bir araşdırma aparılmadan, cavabdehin adında olan daşınar əmlaka da həbs qoyulmuşdur. Cavabdeh həmin avtomobili etibarnamə əsasında başqa şəxslərin mülkiyyətinə və istifadəsinə vermişdir. Hal-hazırda həmin avtomobillər cavabdehin mülkiyyətində deyil. Kimdə olması barədə isə məlumat yoxdur. Avtomobil cavabdehin mülkiyyətində olsa da, onun istifadəsində deyil. Cavabdeh avtomobil satışı ilə məşğul olduğundan həmin avtomobili satmışdır. Eyni zamanda məhkəmə iddianın təmin etmə tədbirinin daşınmaz əmlakla bağlı verdiyini qeyd edərək, güman edir ki, bu məbləğ kifayət deyildir. Məhkəmə isə ehtimala deyil, faktiki sübutlara əsaslanmalıdır. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi eyni zamanda vəkil X3 şikayətlərin dəlillərini müdafiə edərək, ayrı-ayrılıqda şikayətlərin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında ddiaçı İddiaçı və onun nümayəndəsi eyni zamanda vəkili X4 ayrı-ayrılıqda şikayətlərə etiraz edərək, şikayətlərin təmin edilməməsini xahiş etdilər. Kollegiya izahatları dinləyib, şikayətləri iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158-ci maddəsinə görə, iddianın təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi cavabdehə və ya başqa şəxslərə qadağan edə bilər (maddələr: 158.1.1, 158.1.2, 158.1.3). İddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olmasını və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Eldar Mirzəyev tərəfindən 18 saylı Vəkil Bürosuna göndərilən məktubdan görünür ki, Cavabdeh adına Xaçmaz şəhərində yerləşən 0,05 həyətyanı torpaq sahəsi 24.05.2017-ci il tarixində qeydə alınmışdır. Cavabdeh adına hazırda Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin 31.12.2020-ci il tarixli 120775-1220 saylı məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh adında 11.10.2008-ci il tarixdən “Forland Yük” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı və 28.10.2009-cu il tarixdən “Mercedes Benz 280” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarının mənasına görə iddiaçı onun tələbinin təmin ediləcəyi halda gələcək qətnamənin icrasını təmin etmək məqsədilə cavabdehin mülkiyyətində olan müəyyən əmlakların üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını müvəqqəti məhdudlaşdıran tədbirlərin tətbiq olunmasını məhkəmədən xahiş edə bilər. Bu baxımdan iddianın təmin edilməsi barədə ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin edə biləcəyi əsaslandırılmalı, onun nəticəsində tətbiq edilən tədbirlər tərəfin mülkiyyət (əmlak) hüququnun qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnməməlidir. Baxılan iş üzrə iddiaçı, Cavabdeh 19000 manat məbləğində əsas borc məbləğinin, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 2850 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğind pulun,cəmi 26881 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmlakların üzərinə həbsin qoyulması iddia təmin tədbiri institutunun məqsədlərini aşmaqla, tərəflərin əmlak hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından mübahisəli əmlakların özgəninkiləşdirilməsini cavabdehə və digər şəxslərə qadağan edilməsi əsaslıdır. Belə ki, mülki iş üzrə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi ilə müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə cavabdehə və digər şəxslərə müəyyən hərəkətlərin qadağan edilməsi qanunun tələbinə uyğundur və məhz iddianı təmin etmə institutunun məqsədlərinə xidmət edir eyni zamanda qətnamənin icrasını təmin etmək baxımından kifayət edir. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayətlər qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1261/2021, 14 yanvar 2021-ci il tarixli və 15 fevral 2021-ci il tarixli qərardadları ləğv edilməklə, iş üzrə yeni qərardad qəbul edilərək, iddia təmin tədbiri barədə ərizələr qismən təmin edilməli, Xaçmaz şəhərində yerləşən Cavabdeh adına 24.05.2017-ci il tarixində qeydə alınmış 0.05 ha torpaq sahəsinin və Cavabdeh mülkiyyətində olan “Forland” yük markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı və “Mercedes benz 280” minik markallı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi eyni zamanda vəkili X3 tərəfindən verilmiş şikayətlər qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1261/2021, 14 yanvar 2021-ci il tarixli və 15 fevral 2021-ci il tarixli qərardadları ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. İddia təmin tədbiri barədə iddiaçı tərəfin ərizələri qismən təmin edilsin. Xaçmaz şəhərində yerləşən Cavabdeh adına 24.05.2017-ci il tarixində qeydə alınmış 0.05 ha torpaq sahəsinin və Cavabdeh mülkiyyətində olan “Forland” yük markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı və “Mercedes benz 280” minik markallı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7410/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7410/2021
17.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver