Məhkəmə qərarları › İş №2(103)-7411/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7411/2020

23.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7411/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı X2 nümayəndəsi və vəkili X6, Cavabdeh3, Üçüncü şəxs “xxxxxxxxxx” ASC-nin (əvvəlki adı Cavabdeh1 İKB) nümayəndəsi X7 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(005)-1/2018 saylı qərardadından iddiaçı X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-1/2018 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X9 buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsini və apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1/2018 saylı qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmişdir. İddiaçı tərəfin həmin qərardaddan verdiyi şikayət, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, Belə ki, məhkəmənin qərardadında qeyd edildiyi kimi X1 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini xx.xx.2018-ci il tarixdə deyil, xx xxxxxx 2020-ci il tarixli müvafiq ərizə ilə müraciət etdikdən sonra xx xxxxxx 2020-ci il tarixdə əldə etmişdir. Məhkəmə kollegiyası qəbul etdiyi qərardadda X2 müvafiq qətnaməni xx.xx.2018-ci il tarixdə aldığını qeyd etsə də, qətnaməni aldığı qeyd edilən “Mustafazadə” adlı şəxsin C.C. Rüstəmzadəyə aidiyyatınm nədən ibarət olduğunu əsaslandırmamışdır. Əksinə, iş materiallarından da göründüyü kimi X2 nümayəndəsi və vəkili A.Muradov tərəfindən xx xxxxxx 2018-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edilərək, sonuncu məhkəmə iclaslarının vaxtı və yeri barədə hər hansı bir məlumat verilmədiyini, eləcə də qeyd olunan xx xxxxxx 2018-ci il tarixli qətnamənin qanunla müəyyən edilmiş qaydada təqdim edilmədiyi qeyd edilməklə, qətnamənin surətinin qanunla müəyyən edilmiş qaydada təqdim edilməsi və ya göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Yalnız sözügedən ərizənin verilməsindən sonra, xx xxxxxx 2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surəti C.C. Rüstəmzadənin nümyəndəsi və vəkili A.Muradova təqdim edilmişdir. Məlumdur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.8-ci maddəsinə əsasən məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə 10 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, əgər doğrudan da məhkəmənin qərardadında qeyd edildiyi kimi X1 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini xx.xx.2018-ci il tarixdə almışdısa, onda həmin qərardadın təkrar verilməsinə görə məhkəmə kollegiyası 10 manat dövlət rüsumu ödənilməsini tələb edərdi. Bundan başqa birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadda Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2018-ci il tarixdə məhkəmə qəbzinə imza edərək qəbul etdiyini qeyd etsə də, əsassız olaraq B.M. Yusubovun iddiaçının nümayəndəsi kimi hər hansı bir səlahiyyətinin olmamasını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X9 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 şikayətə etiraz edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1/2018 saylı qərardadının qüvvədə saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Cavabdeh1 İKB-nin nümayəndəsi X10 şikayətə etiraz edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1/2018 saylı qərardadının qüvvədə saxlanmasını xahiş etdi. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri və 3-cü şəxsin dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, sözügedən qətnamə xx.xx.2018-ci il tarixdə iddia ərizəsində göstərilən ünvana yəni, ünvan 1 A ünvanına göndərilmiş, poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə xx.xx.2018ci il tarixdə “etibarnamə ilə” qrafasının qarşısına “Mustafazadə” tərəfindən imza edilərək qəbul edilmişdir. (İİİ cild, 28-ci səhifə) Bundan başqa kollegiya qeyd edir ki, həmin qətnaməni məhkəmə iclaslarında AR-İ № 455640 saylı etibarnamə ilə iddiaçının nümayəndəsi kimi iştirak etmiş, Nümayəndə xx.xx.2018-ci il tarixdə məhkəmə qəbzinə imza edərək qəbul etmişdir. Sözügedən qətnamədən isə İddiaçı nümayəndəsi və vəkili X9 tərəfindən apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə təqdim edilmiş, beləliklə prosessual baxımdan müddət ötürülmüşdür. Habelə, məhkəməyə müddətin buraxılmasının heç bir üzrlü səbəbi barədə dəlillər təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5 maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1 maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2 maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3 maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5 maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, MPM-nin 135.5-ci maddəsinə əsasən məhkəmə qətnaməsi xx.xx.2018-ci il tarixdə iddiaçının özünə və nümayəndəsinə xx.xx.2018-ci il tarixdə rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya hesab edir ki, iddiaçının qətnamədən məlumatlı olmuş, həmin qətnamədən apellyasiya şikayətini müddət ötürməklə vermiş, müddətin bərpası ilə bağlı üzürlü səbəblərin nədən ibarət olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası ilə bağlı ərizə düzgün olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar