Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7424/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş 2(006)-2832/2022) iddia tələbi təmin edilmiş və Cavabdeh 9500 (doqquz min beş yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 140 (bir yüz qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından məlum olur ki, mübahisələndirilən qətnamə Cavabdeh məxsus şəxsi elektron kabinetə xx.xx.2022-ci il tarixdə, saat 15:48-də yerləşdirilmiş və bu barədə iş materiallarına çıxarış əlavə edilmişdir (i.v. 53). Cavabdeh apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə təqdim etmiş və bununla da qanunla nəzərdə tutulmuş 1 aylıq apellyasiya şikayəti vermə müddətini ötürmüş, müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsinin Cavabdeh elektron kabinetinə yerləşdirilməsi məsələsi rayon məhkəməsi tərəfindən nəzərdən qaçırılmış, qətnamənin surəti elektron kabinet vasitəsilə rəsmi qaydada verilməsinə baxmayaraq, məhkəmə qətnamənin surətini Cavabdeh ikinci dəfə təqdim etmiş və prosessual müddətin axımını sonuncu təqdim etmə tarixindən hesablayaraq apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinin tələbinə görə əgər məhkəmə sənədi işdə iştirak edən şəxsin “elektron kabinet”ində yerləşdirilmişdirsə, o, rəsmi qaydada verilmiş hesab olunur. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisələndirilən qətnamə Cavabdeh rəsmi qaydada xx.xx.2022-ci il tarixdə verilmiş, apellyasiya şikayəti isə xx.xx.2022-ci il tarixdə, yəni qanunla nəzərdə tutulan bir aylıq müddət bitdikdən 25 gün sonra elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7424/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7424/2022
21.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver