Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7428/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehdən iddiaçının xeyrinə əsas borc kimi 28.000 manat, faiz borcu kimi 2.333,33 manat pul tutulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, əsas borc kimi 28.000 manat, faiz borcu kimi 2.333,33 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 30.363,33 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən ləğv edilsin, 2.500 manat borcun tutulması barədə yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, 2018-ci ildə tərəflər lombard fəaliyyəti ilə birgə məşğul olmaq barədə şifahi müqavilə bağlamışlar. Razılığa əsasən cavabdeh bilavasitə lombard fəaliyyəti ilə məşğul olmalı, iddiaçı isə bu fəaliyyətin maliyyələşdirilməsində iştirak etməli idi. Razılığa uyğun olaraq iddiaçı cavabdehə pul vermiş, lakin bu fəaliyyət nəticəsində cavabdehin iddiaçının qarşısında pul öhdəliyi əmələ gəlmişdir. Həmin öhdəlik birgə fəaliyyət haqqından müqavilədən əmələ gəldiyinə görə müqavilə öhdəliyi hesab olunur. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsindən görünür ki, fiziki və hüquqi şəxslər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər. Tərəflərin şifahi formada bağladığı birgə fəaliyyət haqqında müqavilə Mülki Məcəllədə nəzərdə tutulmasa da, ona zidd deyil. Cavabdeh xx.xx.2020-ci il tarixdə iltizam (iş v. 18) yazaraq həmin müqavilə üzrə iddiaçıdan 35.000 manat pul aldığını etiraf etmiş və onu hissə-hissə qaytaracağını vəd etmişdir. Bu etirafın cavabdehin həqiqi iradəsinə uyğun olmadığı barədə sübut yoxdur. Belə ki, cavabdeh birinci və apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etməyib, işin halları barədə izahat verməyib və heç bir sübut təqdim etməyib. İddiaçı həmin puldan 6.500 manatın qaytarıldığını etiraf edir. Bu hesabla cavabdehin iddiaçının qarşısında 28.500 manat pul öhdəliyi qalır. Lakin iddiaçı 28.000 manat tələb etdiyinə görə tələbdən artıq məbləğ tutula bilməz. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 28.000 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Faiz borcu kimi 2.333,33 manat pulun tutulmasına aid hissədə qətnamə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. Belə ki, faizin tutulması üçün iddiaçının istinad etdiyi, Mülki Məcəllənin 445.7-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. İddiaçının özü öhdəliyin icrası üçün cavabdehə möhlət verib, bundan başqa, faizin tutulması tərəflərin arasındakı münasibələrin mahiyyətnə uyğun deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi 2.333,33 manat faiz borcunun tutulmasına aid hissədə ləğv edilsin və həmin tələb rədd olunsun. Qətnamə qalan hissədə, yəni əsas borc kimi 28.000 manat və dövlət rüsumunun əvəzi kimi 30 manat tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılsın və Cavabdeh İddiaçı xeyrinə ümumilikdə 28.030 manat pul tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7428/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7428/2022
25.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver