Məhkəmə qərarları › İş №2(103)-7429/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7429/2020

16.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7429/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Vüsalə Baxışovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Vüsalə Həsənovanın iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 22 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı (kredit alan) ilə üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin (kredit verənin) arasında xx.xx.2015-ci il tarixli, RP/20917/55/1 nömrəli kredit müqaviləsi bağlanmış və 7.936 manat kredit verilmişdir. Kredit 36 ay müddətinə verilmiş, kreditdən istifadəyə görə illik faiz dərəci 28,42 faiz müəyyən edilmişdir. Bakı şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 8İ-2618 reyestr nömrəli icra qeydinə görə kredit müqaviləsi üzrə kredit alandan kredit verənin xeyrinə ümumi borc kimi 15.158,59 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 15.178,59 manat tutulmalıdır. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, icra qeydi ləğv edilsin. Tələb onunla əsaslandırılıb ki, borcun məbləği mübahisəlidir. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamə onunla əsaslandırılıb ki, icra qeydi verilərkən qanunvericiliyin tələbinə əməl edilib. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin əsaslı olduğunu, üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Vüsalə Həsənova isə apelyasiya şikayətinin əsassız oluduğunu bildirdi. Cavabdeh Bakı şəhəri 22 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 2-ci hissəsində qeyd olunub ki, icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. O cümlədən Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının 2-ci bəndində həmin səndlərdən biri belə qeyd olunub: alınmış borc üzrə faiz və cərimələrin hesablanması tarixi və məbləğləri göstərilməklə tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. İcra qeydi ilə tutulan 15.158,59 manatın 7.086 manatı əsas borc, 8.072,59 manatı isə faiz borcudur, lakin faiz borcuna dair təfsilatlı maliyyə arayışı təqdim olunmayıb. Bu isə belə qiymətləndirilir ki, borcun mübahisəsiz olduğu təsdiq olunmur, icra qeydinin verilməsi qanunsuzdur. Beləliklə, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. X1 “xxxxxxxxxxxx” ASC-nin xeyrinə kredit müqaviləsi üzrə borc kimi 15.158,59 manat, dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 15.178,59 manat pul tutulması barədə Bakı şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 8İ-2618 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar