Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7438/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Mirzəağa oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(005)- 408/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Mirzəağa oğlunun Cavabdeh qarşı “maddi və mənəvi ziyanının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya dəyən maddi, mənəvi ziyanının və təmir xərclərinin Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 2020-ci ilin İyun ayı tarixində üst mərtəbədə 591-ci mənzildə yaşayan qonşusu Cavabdeh mənzilindən iddiaçının mənzilinin mətbəxt tərəfdə olan hissəsinin tavanına çirkab su axıdılmışdır. Bu barədə iddiaçı qonşu Cavabdehun yaşadığı mənzilə gedərək, qapını döyərək vəziyyəti bildirib. Lakin onlar onun olduğunu görüb qapını açmadılar. İddiaçı məcbur olub yaşadığı binanın komendantı X3 bu barədə müraciət etmişdir. Bir neçə gündən sonra 591-ci mənzildə yaşayan qonşsu Cavabdeh telefon vasitəsi ilə bildirmişdir ki, yenə onun mənzilindən iddiaçının mənzilinin mətbəx tərəfdə olan hissəsinin tavanına çirkab su axıdılmışdır və mətbəxin tavanı yararsız vəziyyətə düşmüşdür, xahiş etmişdir ki, tavanı təmir etdirsinlər. Həmçinin 2 il əvvəl də 591-ci mənzildə yaşayan qonşu Cavabdeh mənzilindən iddiaçının mənzilinin tavanına çirkab su axıdılmışdır. Lakin o, bildirdi ki, hal-hazırda vaxtı yoxdur gözləsin vaxtı olanda gələcək. İddiaçı iyul ayında yenidən Cavabdeh dəfələrlə zəng etmiş, lakin o, zənglərə cavab verməmişdir. İddiaçı məcbur olub iyul ayında Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin iddiaçının yaşadığı əraziyə baxan ərazi sahə inispektoru polis kapitanı Rəşad Rzazadəyə əvvəl şifahi, sonra isə yazılı ərizə ilə müraciyyət etmişdir. 9 avqust 2020-ci il tarixdə evə nahara gələn zaman bir daha 591-ci mənzildə yaşayan qonşu Cavabdeh zəng edərək xahiş etmişdir ki, bir usta gətirsinlər və tavanı təmir etdirsinlər. Çünki, pademiya vaxtında yaranmış qoxudan, nəmişlikdən əziyyət çəkirlər. İddiaçı bildirmişdir ki, onun özü də ürək və zob xəstəsidir. Elə həmin günü axşam təxminən saat 20.00 radələrində qonşusu Cavabdeh ona zəng edərək bildirdi ki, o gəlib evdədir. Axşam işdən qayıtdıqdan sonra Cavabdeh qapını döyərək iddiaçını yuxarı öz mənzillərinin qarşısına çağırdı. Burda o, və atası Şükürov Sadiq mənə niyə polisə və binanın komendantına bu barədə xəbər verməyininə görə təhqiramiz sözlərlə təhqir etdilər. Hətda Cavabdeh iddiaçının bir neçə dəfə sinəsindən və kürəyindən yumruq vuraraq fiziki təziyiqlər edərək bildimişdir ki, təmir etdirmirəm, hara istəyirsən get şikayət et. İddiaçı onların bu hərəkətləri ilə əlaqdar olaraq Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 17ci Polis Şöbəsinə yazılı şikayət ərizəsi vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2021-ci il, tarixli 2(005)- 408/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh dəymiş maddi zərərə görə 369 (üç yüz altmış doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Mirzəağa oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 21005, VÖEN **********1, müxbir hesab AZ41NABZ 013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-408/2021 saylı iş üzrə 19.04.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsnin 2(005)-408/2021 saylı 19 aprel 2021-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Qeyd edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış, iş üçün əhəmiyyətli olan halları qətnamədə əsaslandırmamış, tamamilə əsassız və qeyri-qanuni qətnamə qəbul etmişdir. İddianın qismən təmin edilməsi ilə bağlı eyd edir ki, məhkəmə iddianın hüquqi əsası kimi ekspert rəyini qeyd etsə də, ekspert rəyi, məhkəmə qətnaməsində sübutların siyahısında əks olunmamış, sübutlar qiymətləndirilərkən məhkəmə həmin sübutu qiymətləndirməmişdir. Ekspert rəyinin ümumiyyətlə mövcud olubolmaması sual doğurur. Belə olan halda birinci instansiyası məhkəməsinin bu əsaslandırmasını qanunsuz və əsassız hesab edir. Belə olan halda iddia təmin edilə bilməz. Eyni zamanda məhkəmə tərəfindən "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 20.08.2020-ci il tarixli 230 nömrəli akt da mübahisəlidir. Belə ki, "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 26-a aidiyyətinin olub-olmaması, həmin bina ilə və ya binanı inşa edən MTK ilə hansısa hüquqi bağlılığının olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Eyni zamanda ümumiyyətlə "xxxx" MMC-nin belə bir akt tərtib etməsinə dair hüququnun olub-olmadığı araşdırılmamışdır. Eyni zamanda hazırki iş üzrə ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra (halbuki məhkəmə qətnaməsində sübutların siyahısında ekspert rəyi qeyd olunmamışdır) məhkəmənin 19.04.2021-ci il tarixə saat 15:00-a təyin edilmiş məhkəmə iclasının bildirişi cavabdehə 19.04.2021-ci il tarixdə saat 18:08-də (SS717192944AZ) cavabdehin ünvanına poçt vasitəsilə çatdırılmışdır. Məhkəmə iclasının bildirirşi cavabdehə məhkəmə iclası bitdikdən sonra, eyni zamanda məhkəmə hazırki işlə bağlı qətnamə qəbul etdikdən sonra çatdırıldığından cavabdehin müdafiə hüququ pozulmuşdur. İddiaçı tərəfindən iddiaçının Cavabdeh qarşı hazırki iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, hər bir şəxs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Mirzəağa oğlu iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq suyun təkrar axıdılmasına dair akt təqdim etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan 07.09.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Mirzəağa oğlu xx.xx.1970-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 20.08.2020-ci il tarixli 230 nömrəli aktdan görünür ki, 6 saylı binanın nəzarətçisi X6, santexnik X7, 588 nömrəli mənzilin sakini İddiaçı Mirzəağa oğlu bildirmişdir ki, yuxarıdakı mərtəbədə ki, 591 nömrəli mənzildə təxmini iyun 2020-ci il tarixdə su xəttində qəza baş vermiş, aşağı mərtəbədə ki, 588 nömrəli mənzilə ziyan dəymişdir. Qəzanın səbəbi su xəttində nasazlıq baş verməsidir. İş materiallarında olan ASAN-2-1 tərəfindən verilmiş 13.10.2013-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 13908946 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh 29.09.1988-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 29.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh Sadıq oğlu hədiyyə alan X4 müqavilənin 1-ci bəndinə əsasən hədiyyə verən Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, H-tikilsi, mənzil 591 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m, yaşayış sahəsi 47 kv.m, yardımçı sahəsi 39 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Hədiyyə alanın” mülkiyyətinə verir(lər) . İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə,Əliyar Əliyev küçəsi, ev 26, H-tikilisi, mənzil 588-i mülkiyyətçisi İddiaçı Mirzəağa oğludur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə,Əliyar Əliyev küçəsi, ev 26, H-tikilisi, mənzil 591-i mülkiyyətçisi Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2021-ci il tarixli Rəyindən müəyyən olunur ki, iddiaçının 588 saylı mənzilinə cavabdehin 591 saylı mənzilindən su sızması baş vermiş və mənzilə dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan bərpa işlərinin dəyəri 369,0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2021-ci il tarixli Rəyi əsas götürülməklə iddia qismən təmin edilməli, cavabdehdən 369,0 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsaslandığı görə maddi ziyana görə 500 (beş yüz) manat məbləğində pulun və mənəvi ziyana cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf həmin hissədə iddianın təmin edilməsi əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh dəymiş maddi zərərə görə 369 (üç yüz altmış doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Mirzəağa oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 21005, VÖEN **********1, müxbir hesab AZ41NABZ 013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 2000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən (Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(005)- 408/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7438/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7438/2021
08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver