Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-746/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-in "xxxx" KB ASC üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “pulun ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4394/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx"Kommersiya Bankı ASC cəlb edilməklə) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 38402,39 manat əsas borc, 19302 manat faiz borcu olmaqla, cəmi 57704,39 manat məbləğində kredit borcunun, 25966.97 manat əldən çıxmış faydaya görə faiz borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 341 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X3” MMC (hazırda hüquqi varisi - "xxxx" ASC) ilə cavabdeh arasında 18 may 2007-ci il tarixli 3463 nömrəli mənzil alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə görə Satıcı "xxxx" ASC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzilini alıcıya satmağı, alıcı isə mənzilin dəyərini Müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək, mənzili inşa etmiş və cavabdehə təhvil vermiş, lakin müqavilənin tələbləri cavabdeh tərəfindən pozulduğuna, mənzilə görə ödənişləri gecikdirdiyinə görə ona qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(004)- 555/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 05 fevral 2021-ci il tarixli, 2(103)-100/2021 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(004)-555/2019 saylı qətnaməsini ləğv edərək, iddia tələbini rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 05 fevral 2021-ci il tarixli, 2(103)-100/2021 saylı qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 4888/2021 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2021-ci il tarixli, 2(103)-100/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 05 fevral 2021-ci il tarixli, 2(103)-100/2021 saylı qətnaməsi ilə Akkordun iddiasını rədd edərkən müəyyən etmişdir ki, cavabdeh ilə “X1” ASC arasında xx.xx.2007-ci il tarixdə Kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi əsasında aldığı kreditlə mənzilin ödənişini etmişdir. Cavabdeh kredit müqaviləsi ilə götürdüyü 57704,39 manat məbləğində pulu ASC (Akkord) Banka ödədiyi üçün "xxxx" Kommersiya Bankı ASC ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixli, 2834TQH saylı tələbin güzəşt edilməsi haqqında müqaviləyə əsasən tələb etmə hüququ Bank tərəfindən iddiaçı ASC-yə ötürülmüşdür. “X1” ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 2834TQH saylı tələbin güzəşt edilməsi haqqında müqaviləyə əsasən tələb etmə hüququ Bank tərəfindən iddiaçı ASC-yə ötürüldüyü üçün Akkord kredit müqaviləsi əsasında cavabdehin götürdüyü və geri qaytarmadığı 57704,39 manat məbləğində kredit borcunun 5 gün müddətində Akkorda ödənilməsi barədə Cavabdehə pretenziya məktubu göndərmiş, lakin cavabdehdən heç bir cavab almamışdır. Buna görə də, Akkord pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4394/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Fərid Hətəmzadə) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 38402,39 (otuz səkkiz min dörd yüz iki manat 39 qəpik) manat məbləğində əsas borc və 19302 (on doqquz min üç yüz iki) manat məbləğində faiz borcu olmaqla, cəmi 57704,39 (əlli yeddi min yeddi yüz dörd manat 39 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 235 (iki yüz otuz beş) manat hissəsinin alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla işə baxılmış, belə ki, məhkəmə iddia tələbində qoyulmuş 25966.97 manat əldən çıxmış faydaya görə faiz borcunun təmin olunmaması barədə qənaətini onunla əsaslandırır ki, iddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi gecikmənin nə vaxtdan başladığının müəyyən edilməsini əsas təşkil edən xx.xx.2007-ci il tarixli 283AKN/07 saylı kredit müqaviləsini məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə, gecikmənin həqiqətdə hansı müddəti əhatə etdiyini müəyyən edərək müvafiq hesablamanı aparmaq mümkün olmamışdır. Bununla bağlı iddiaçı apellyasiya şikayətində qeyd edir ki, iddia ərizəsində 25966.97 manat əldən çıxmış faydaya görə faiz borcunun təmin olunmasını kredit müqaviləsi bağlanan tarixdən deyil, 2013-ci il tarixdən, yəni xx.xx.2013-cü il tarixli, 2834TQH saylı tələbin güzəşt edilməsi haqqında müqaviləyə əsasən tələb etmə hüququnun Bank tərəfindən iddiaçı ASC-yə ötürülməsi tarixindən hesablamış, 9 il gecikdirilməyə görə hər il üçün 5 faiz, 25966.97 manat məbləğində cavabdehdən faiz tutulmasını xahiş etmişdir. Məhkəməyə tələbin güzəşt edilməsi haqqında müqavilə təqdim olunmuş, o cümlədən xx.xx.2007-ci il tarixli 283AKN/07 saylı kredit müqaviləsinin və xx.xx.2013-cü il tarixli, 2834TQH saylı tələbin güzəşt edilməsi haqqında müqavilələrin mövcudluğunu təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarları da (Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(004)-555/2019 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2021-ci il tarixli, 2(103)-100/2021 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4888/2021 saylı qərarı) Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Eyni zamanda, iddiaçı Məhkəmənin xx.xx.2007-ci il tarixli 283AKN/07 saylı kredit müqaviləsinin təqdim olunması barədə tələbi ilə əlaqədar 2 dəfə, 22 iyun 2022-ci il tarixdə və 29 sentyabr 2022-ci il tarixdə məktubla "xxxx" Kommersiya Bankı ASC-yə müraciət etmiş, lakin onlardan cavab ala bilmədiyi üçün Azərbaycan Respublikası MPM-in 78.2-ci maddəsinə əsasən həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət etmiş, lakin məhkəmə onun vəsatətini təmin etməmişdir. Beləliklə, Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir, maddi hüquq normalarına əsaslanmır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, bu səbəbdən, maddi və proessual hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyindən, qətnamənin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Hazırkı halda "xxxx" KB ASC ilə “X3” MMC arasında bağlanmış 28 fevral 2013-cü il tarixli tələbin güzəşti barədə müqavilə qeyd olunan qanunvericilik normasının tələblərinə zidd olaraq bağlanılmışdır.MPM-in 218.1 və 220-ci maddələrinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlarvə normativ hüquqi aktlar göstərilməlidir, göründüyü kimi, bütün məhkəmələr üçün məcburi olan bu qərarın tələblərinə əsasən məhkəmə tərəflərin istinad etdiyi sübutların və dəlillərin hər birinə öz münasibətini bildirməli, bu və ya digər dəlilin qəbul və ya rədd edilməsinimüvafiq qaydada əsaslandırmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual qanunvericilik normalarının tələbləri açıq-aşkar şəkildə pozulmuş, iddia tələbinin təmin edildiyi hissədə məhkəmə qətnaməsi əsaslandırılmamışdır. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən "xxxx" KB ASC ilə “X3” MMCarasında bağlanmış 28 fevral 2013-cü il tarixli müqaviləyə istinad etmişdir. Halbuki, MPM-in 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Lakin qeyd etmişdir ki, cavabdeh tərəf tərəflər arasında bundan əvvəl olmuş məhkəmə mübahisələri zamanı da, onların tələb etməsinə baxmayaraq qeyd olunan 28 fevral 2013-cü il tarixli müqavilənin əslini məhkəməyə təqdim edə bilməmişdir. Onlar, ümumiyyətlə sözügedən müqavilənin mövcudluğunu, həmin müqavilənin qeyd olunan tarixdə bağlanılmasını istisna edirlər. Necə ola bilər ki, qeyd olunan müqavilə mövcud olsun və keçən uzun müddət ərzində həmin müqavilənin icrası ilə bağlı hər hansı bir addım atılmamış olsun.Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən göstərilən prosessual hüquq normalarının tələbləri pozulmuşdur.Eyni zamanda rayon məhkəməsi məhkəmə iclaslarının vaxtı və yeri barədə ona qanunla müəyyən edilmiş qaydada məlumat verilməmiş, cavabdeh tərəfin iştirakı qanunsuz olaraq təmin edilməmişdir. MPM-in 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən maddi və proessual hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyindən, qətnamənin qismən-iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin bütünlüklə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf rayon məhkəməsində iştirakları təmin edilmədiyindən apellyasiya instansiya məhkəməsinə iddia müddətinin tətbiqinə dair yazılı ərizə təqdim etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi A.Tağıyev apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Bildirdi ki, cavabdeh hazırda kredit müqaviləsini bağlamadığını bildirsə də, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 100/2021 saylı qətnaməsindən də göründüyü kimi izahatında bildirmişdir ki, bankdan götürdüyü kredit müqaviləsi üzrə ödənişlər etmiş, lakin məhkəmə bunu nəzərə almamışdır, həmçinin bildirdi, hal-hazırda nə onlara güzəşt olunan tələbin əsasını təşkil edən kredit müqaviləsinin, nə də ki, tələbin güzəşti barədə müqavilələrin əsllərini məhkəməyə təqdim edə bilmirlər, çünki üzun müddət keçdiyindən həmin müqavilələrin əsllərini tapa bilməmişlər, həmin müqailələrin əsllərinin əldə edilməsi üçün banka da müraciət etmişlər, bank da onlara həmin müqavilələrin müddətin keçməsi səbəbindən saxlanmadığını bildirmişdir, hesab edirlər ki, hazırkı halda həmin müqavilələrin əsllərinin olmasına elə bir ehtiyac da yoxdur, cavabdehin həmin müqavilələrdən məlumatsız olması, hər hansı kredit müqaviləsini imzalamaması barədə bildirdiklərinin əhəmiyyəti ola bilməz, çünki cavabdeh bundan əvvəlki mülki işdə özü bankdan kredit alıb mənzilə görə borcunu ödədiyini bildirmişdir, həmin iş üzrə qüvvədə olan məhkəmə qətnaməsi ilə də bu hal müəyyən olunmuşdur, eyni zamanda da kredit müqaviləsi ortada olmasa da, tələbin güzəştinə dair müqavilədə cavabdehin əsas və faiz borcunun məbləği qeyd olunmuşdur, cavabdeh xx.xx.2013-cü il tarixindən tələbin güzəşti müqaviləsinə əsasən həmin məbləğdə pulu onlara ödəməli idi, lakin cavabdeh bu öhdəliyini həmin tarixdən etibarən pozmuş, icra etməmiş və müvafiq olaraq da xx.xx.2013cü il tarixindən hesablanmaqla əldən çıxmış fayda kimi iddia ərizəsində göstərilən həcmdə pul vəsaitini də onlara ödəməlidir. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə isə iddiaçının nümayəndəsi bildirdi ki, onlar iddia müddətini ötürməmişlər, kredit müqaviləsinin müddəti uzun müddətli olmuş, ona görə onlar məhkəməyə gec müraciət etmişlər, eyni zamanda da, onlar bundan öncə də cavabdehə qarşı aldığı mənzilin geri qaytarılmasına dair 2018-ci ilədə məhkəmədə iddia irəli sürmüşlər, həmin mülki iş üzrə məhkəmə mübahisələri bir neçə il davam etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh kredit götürməmiş, heç bir kredit müqaviləsinə imza etməmişdir, həmin müqavilə olsa belə, iddiaçı tələbin güzəşti müqaviləsinin bağlanmasına əsas olan həmin kredit müqaviləsinin nə surətini, nə də əslini təqdim edə bilmir. Tələbin güzəşti müqaviləsindən iddiaçının məlumatı olmamışdır, tələbin güzəştinə dair müqavilə 2013-cü ildə bağlansa da, bundan əvvəl “iddiaçı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə məhz mənzil tələbinə dair xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edən zaman da nə iddia ərizəsində, nə də ki, həmin iş üzrə izahatlarında həmin müqavilənin mövcudluğuna belə istinad etməmiş, həmin müqavilədən tam xəbərsiz olmuş, yalnız həmin iş üzrə onların apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılarkən üçüncü şəxs kimi işə qoşulan bankın nümayəndəsinin verdiyi izahatdan sonra iddiaçı ASC belə bir müqavilənin olmasından xəbər tutmuş, məlumat əldə etmişdir. Bu isə onu təsdiq edir ki, iddiaçının iddia tələbində istinad etdiyi xx.xx.2013-cü il tarixli tələbin güzəşti edilməsi haqqında müqavilə iddiaçı ilə bankın sövdələşməsinin nəticəsi olaraq sonradan ortaya çıxmış-tərtib olunmuşdur. Necə ola bilərdi ki, böyük bir şirkət xx.xx.2013-cü ildən belə bir hüququ ola-ola və mənzilin dəyərinin ödənildiyini biləbilə, cavabdehə qarşı dəyəri tam ödənilmiş mənzilin – məhz dəyərinin ödənilməməsi əsası ilə mənzilin geri qaytarılmasına dair iddia ilə 2018-ci ildə məhkəmələrdə iddia irəli sürmüş, hələ bu azmış kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının həmin tələbinin əsassız olması, yəni cavabdehdən geri tələb olunan mənzilin dəyərinin xx.xx.2013-cü ildə tam olaraq ödənildiyi müəyyən olunmasına baxmayaraq, iddiaçı ondan kassasiya şikayəti vermişdir. Bura, iddiaçı tərəfindən məhkəməyə həmin müqqavilənin əslinin və ya qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surətinin təqdim olunmamasını da əlavə etdikdə, onda, iddiaçının tələbinin əsası kimi istinad etdiyi müqavilənin həqiqiliyi əsaslı şübhələr doğurur. Bundan başqa, vəkil qeyd etdi ki, rayon məhkəməsində işə baxılarkən cavabdehə lazımi qaydada məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır, onun məhkəmədə dinlənilmək kimi hüququ pozulmuş, cavabdeh olaraq onların mövqeyi bundan ibarətdir ki, iddiaçının hazırkı tələbi tam əsassızdır, eyni zamnda da iddiaçı tərəf həm də iddia müddətini ötürmüşdür, bu səbəbdən iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia müddəti ötürüldüyündən qətnamənin ləğv edilməsi və iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki işin materiallarında olan:
7. 28 fevral 2013-cü il tarixli 284TQH №-li tələbin güzəşt edilməsi haqqında müqavilədən görünür ki, "xxxx" Kommersiya Bankı ASC (kreditor) ilə "xxxx" ASC (yeni kreditor) arasında tələbin güzəşt edilməsi haqqında müqavilə bağlanmış və kreditor onun borcalan Cavabdeh ilə bağladığı xx.xx.2007-ci il tarixli 283AKN/07 saylı kredit müqaviləsinə əsasən borcalana qarşı irəli sürə biləcəyi əsas kredit və faiz borcunun ödənilməsi üzrə tələblərini “yeni kreditor”a kredit müqaviləsi üzrə əsas kredit və faiz borcunun kreditora ödənilməsi müqabilində güzəşt edir və yeni kreditor kredit müqaviləsi üzrə əsas kredit və faiz borcunun bu müqavilə ilə müəyyən edilmiş müddətdə “Kreditor”a ödəməyi öhdəsinə götürmüşdür.
8. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, “kreditor”un tələbi bu müqavilənin imzalandığı tarixdə mövcud olmuş həcmdə (kredit müqaviləsi üzrə əsas borc: 38402.39 manat, faiz borcu: 19302 manat) və şərtlərlə, xüsusilə də kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək üçün bağlanmış xx.xx.2007-ci il tarixli 283AK/07 saylı girov müqaviləsi üzrə girov hüququ, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən girov müqaviləsi üzrə girov predmetinin sığortası üzrə faydalanan şəxs kimi sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ güzəşt olunan tələbin həcminə mütənasib olaraq “yeni kreditor”a keçir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-555/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair" iddia tələbi təmin edilərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzilin alğı-satqısına dair bağlanmış 17 may 2007-ci il tarixli, 3463 saylı müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzil boşaldılaraq, iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 100/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2019-cu il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və sair tələbləri barədə” iddiası təmin edilməməsi qət edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 4888/2021 saylı qərarından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 100/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 100/2021 saylı qətnaməsindən məlum olur ki, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi bildirmişdir ki, mənzilin alınmaı məqədilə həqiqətən bank ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixli kredit müqaviləsi bağlanmış, xx.xx.2013-cü il tarixli tələbin güzəşti müqaviləsi ilə bankın tələb etmə hüququ iddiaçıya ötürülmüşdür.
13. “Qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki,..eyni zamanda Məhkəmə iş üzrə üçüncü şəxs olan Bankın təqdim etdiyi sənədlər ilə bağlı bildirir ki, Bank ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixdə 283AKN/07 saylı “Kredit müqaviləsi” bağlanmışdır. xx.xx.2013-cü il tarixdə bağlanmış tələbin güzəşt edilməsi haqqında müqaviləyə əsasən, 57.704,39 manat məbləğində pul Bank tərəfindən iddiaçı ASC-yə ödənilmiş, bununla da, tələb etmə hüququnu Bank tərəfindən iddiaçı ASC-yə ötürülmüşdür. Məhkəmə bildirir ki, bu halın mövcudluğu, ötürülmüş tələbin cavabdeh tərəfindən ödənilməməsi iddiaçı ASC ilə cavabdeh arasında mənzilə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin ləğvi üçün əsas ola bilməz. Çünki bu hal onlar arasında başqa hüquq münasibətinin yaranmasına səbəb olmuşdur ki, həmin münasibət üzrə yaranmış mübahisə hazırkı apellyasiya baxışında olan iddianın predmeti deyil.”
14. "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş 31 yanvar 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh öhdəliklərinin yerinə yetirməməyə görə xəbərdar edilmişdir.
15. 12.05.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 341 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
16. Hazırkı işə baxılması ilə əlaqədar Yasamal Rayon Məhkəməsində baxılmış iddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə” dair 2(004)-555/2019 saylı, 263 vərəqdən ibarət mülki iş tələb edilmişdir. Həmin mülki işdə olan xx.xx.2018-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə” dair iddia ərizəsinin məzmunundan məlum olur ki, iddiaçı cavabdehdən mənzilə görə müqavilədə olan aylıq ödənişlərin edilməməsi əsası ilə müqavilənin ləğvini, mənzilin boşaldılaraq təhvil verilməsini tələb etmiş, nə kredit müqaviləsi, nə də tələbin güzəştindən bəhs olunmamışdır (i/v 3-4). Həmin mülki işdə iddiaçının cavabdehə ünvanladığı 09-01/744 saylı, xx.xx.2018-ci il tarixli pretenziya məktubunda da mənzilə görə müqavilədə olan aylıq ödənişlərin ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət edilməsi qeyd edilmiş, nə kredit müqaviləsi, nə də tələbin güzəştindən bəhs olunmuşdur (i/v 16-17). Həmin mülki işdə "xxxx"ASC-nin Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli arayışdan məlum olur ki, həmin arayış ona görə verilir ki, Cavabdeh ilə (bundan sonra “Alıcı") "Akkord İnşaat (hazırda hüquqi varisi-"xxxx" ASC) (bundan “Korporasiya”) arasında xx.xx.2007-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən, bina 1, blok 1, mərtəbə 15, 141 saylı, 2 otaqdan ibarət ümumi sahəsi 82,1 kv.m olan mənzilin alınmasına dair 3463 saylı alqı-satqı müqaviləsi bağlanmış, Alıcı mənzilin dəyərini 649,96 AZN olmaqla 180 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Alıcı müqavilə bağladığı tarixdən xx.xx.2018-ci il tarixinə qədər 90344,44 AZN (doxsan min üç yüz qırx dörd manat, 44 qəp.) və ya 139 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 26229,96 AZN (iyirmi altı min iki yüz iyirmi doqquz manat, 96 qəp.) və ya 40 ay aylıq ödəniş ödəmişdir. Alıcının qrafik üzrə 64.114,48 (altmış dörd min yüz on dörd manat 48 qəp.) və ya 99 ay aylıq ödəniş məbləği və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur (tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı öhdəsinə götürdüyü aylıq ödəməni gecikdirərsə o zaman onun müqaviləyə əsasən, ödəməli olduğu tarixdən etibarən 5 (beş) təqvim günü “Satıcı” tərəfindən güzəştli gün kimi təyin edilir. 5 (beş) günlük güzəşt müddəti keçdikdən sonra Alıcı öhdəsinə götürdüyü hər ay üçün ödəməni gecikdirdiyi halda, hər bir gecikdirilmiş gün üçün müqavilədə nəzərdə tutulmuş aylıq ödəniş məbləğinin 1 faizi məbləğində cərimə ödəməlidir). Alıcı xx.xx.2013-cü il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətində gecikmə 2999 gün təşkil edir (i/v 47). Məhkəmə tərəfindən "xxxx" Kommersiya Bankı ASC-yə sorğu ilə müraciət edilərək, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin əslinin, "xxxx" Kommersiya Bankı ASC ilə "xxxx" ASC arasında bağlanmış 28 fevral 2013-cü il tarixli, 284TQH nömrəli tələbin güzəşt edilməsi haqqında müqavilənin əslinin, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlərin hansı hissəsinin Cavabdeh, hansı hissəsinin isə "xxxx" ASC tərəfindən ödənilməsinə dair ətraflı arayışın məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. "xxxx" Kommersiya Bankı ASC həmin sorğuya xx.xx.2023-cü il tarixli cavab məlumatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” təlimata əsasən Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlərin saxlanma müddəti 5 il olduğuna görə həmin sənədlərin təqdim edilməsi qeyri-mümkündür. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermiş, ərizəsində iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddia müddəti tətbiq etməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə
17. Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.
18. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
19. 194.3. Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir.
20. 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.
21. Maddə 195. Tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər.
22. Maddə 196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər.
23. Maddə 197. Əgər tələb sahibi eyni tələbin güzəşti barədə bir neçə şəxslə şərtləşərsə, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, tələb onun sahibinin daha əvvəl münasibətlər yaratdığı şəxsə keçir. Bunu müəyyənləşdirmək mümkün olmadıqda, tələb, haqqında borcluya daha əvvəl məlumat verilmiş şəxsə keçir. Eyni qayda gələcəkdə yaranan tələblərə də şamil edilir.
24. Maddə 198.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər.
25. 198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur.
26. Maddə 199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.
27. 199.2. Əgər borclu borc öhdəliyi barədə sənəd vermişsə, borc öhdəliyinin təqdim edilməsi üzrə tələbin güzəşti zamanı o, yeni kreditor qarşısında buna istinad edə bilməz ki, öhdəlik münasibətlərinə girməsi və onların təsdiqi yalnız görüntü yaratmaq üçün edilmişdir və ya ilkin kreditorla razılaşmaya görə güzəşt istisna edilmişdir, amma güzəşt zamanı yeni kreditorun işin təfsilatını bildiyi və ya bilməli olduğu hallar istisna təşkil edir.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
30. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
31. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
32. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarı.
33. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
34. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarındagöstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
35. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
36. Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarı
37. İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. 89.5. İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir).
42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
44. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
45. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
46. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
49. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
50. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
51. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
52. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.
53. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi MPM-in 82.4-cü maddəsinə əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və sair” tələbləri barədə mülki iş üzrə məhkəmə aktlarına istinad edərək qeyd etmişdir ki, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" KB ASC arasında bağlanmış 28 fevral 2013-cü il tarixli müqaviləyə əsasən "xxxx" KB ASC tərəfindən borcalan Cavabdeh xx.xx.2007-ci il tarixli müqavilə üzrə 38.402,39 manat məbləğində əsas borc və 19302 manat məbləğində faiz borcu olmaqla, cəmi 57704,39 manat məbləğində borcun tələb etmə hüququ iddiaçıya ötürüldüyü hazırkı işin mübahisəsiz halı kimi qəbul edilməlidir.
54. Kollegiya bununla razılaşmır və bildirir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və sair” tələbləri barədə mülki iş hazırkı işə baxılması ilə əlaqədar Yasamal Rayon Məhkəməsində baxılmış iddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə” dair 2(004)- 555/2019 saylı, 263 vərəqdən ibarət mülki iş tələb edilmişdir.
55. Həmin mülki işdə olan xx.xx.2018-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə”dair iddia ərizəsinin məzmunundan məlum olur ki, iddiaçı cavabdehdən mənzilə görə müqavilədə olan aylıq ödənişlərin edilməməsi əsası ilə müqavilənin ləğvini, mənzilin boşaldılaraq təhvil verilməsini tələb etmiş, nə kredit müqaviləsi, nə də tələbin güzəştindən bəhs olunmamışdır (i/v 3-4).
56. Həmin mülki işdə iddiaçının cavabdehə ünvanladığı 09-01/744 saylı, xx.xx.2018ci il tarixli pretenziya məktubunda da mənzilə görə müqavilədə olan aylıq ödənişlərin ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət edilməsi qeyd edilmiş, nə kredit müqaviləsi, nə də tələbin güzəştindən bəhs olunmuşdur (i/v 16-17).
57. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-100/2021 saylı qətnaməsindən məlum olur ki, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi bildirmişdir ki, mənzilin alınması məqədilə, həqiqətən də bank ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixli kredit müqaviləsi bağlanmış, xx.xx.2013-cü il tarixli tələbin güzəşti müqaviləsi ilə bank tələb etmə hüququnu iddiaçıya ötürülmüşdür (i/v 215).
58. Kollegiya qeyd edir ki, iddiaçı hazırkı tələbində "xxxx" Kommersiya Bankı ASC (kreditor) ilə "xxxx" ASC (yeni kreditor) arasında tələbin güzəşt edilməsi haqqında” 28 fevral 2013-cü il tarixli 284TQH №-li müqaviləyə istinad edir.
59. Hazırkı halda iddiaçı tələbin güzəşti müqaviləsinin bağlanmasına əsas olan "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin əslinin, yaxud da qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmişdir.
60. İddiaçının nümayəndəsi məhkəmə iclasında kredit müqaviləsinin nə əslinin, nə də ki surətinin onlarda olmadığını, tələbin güzəşt edilməsi haqqında müqavilənin isə yalnız surətini təqdim etmək imkanının olduğunu bildirmişdir.
61. Məhkəmə kollegiyasının həmin müqavilələrin təqdim edilməsi barədə sorğusuna "xxxx" Kommersiya Bankı ASC xx.xx.2023-cü il tarixli cavab məlumatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” təlimata əsasən Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlərin saxlanma müddəti 5 il olduğuna görə həmin sənədlərin təqdim edilməsi qeyri-mümkündür.
62. İddia tələbinə etiraz edən cavabdeh kredit müqaviləsindən məlumatı olmadığını, onunla belə bir müqavilə bağlanmadığını, tələbin güzəşt edilməsi haqqında müqavilənin isə sonradan tərtib olunmuş, əsli olmayan və bu səbəbdən də heç bir sübut əhəmiyyəti olmayan sənəd olduğunu bildirmişdir.
63. Kollegiya cavabdeh tərəfin bu dəlili ilə razılaşmır və qeyd edir ki, Yasamal Rayon Məhkəməsində baxılmış iddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə” dair mülki işdən verdiyi apellyasiya şikayətində, eləcə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 100/2021 saylı qətnaməsindən də göründüyü kimi izahatında bildirmişdir ki, bankdan götürdüyü kredit müqaviləsi üzrə ödənişlər etmiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli 2(103)- 100/2021 saylı qətnaməsi ilə də cavabdehin ASC-dən aldığı mənzilə görə borcunun qalmadığı, həmin borcun bir hissəsinin cavabdehin özü tərəfindən bilavasitə, qalan hissəsinin isə bankdan aldığı kreditlər hesabına ödənildiyi müəyyən olunmuşdur.
64. Demək ki, cavabdehin iddiaçıya mənzilin alınmasına görə olan borcunu bankdan aldığı kredit hesabına bağladığı müəyyən olunur. Belə olan halda Kollegiya cavabdehin həmin etiraz dəlilini, yəni bankdan heç vaxt kredit almamasına dair bildirdiklərini əsassız hesab edir.
65. Bununla belə, iddiaçının hazırkı tələbi ilə bağlı kredit müqaviləsi təqdim edilmədiyindən, yəni bank tərəfindən ona güzəşt edilmiş tələb üzrə əsas, faiz və cərimə borcunu müəyyən etmək mümkün deyil. Başqa sözlə desək, tələb edilən hüququn nədən ibarət olması, daha doğrusu hazırkı halda onun həcmini müəyyən etmək mümkün olmur. Baxmayaraq ki, iddiaçı tələbin güzəşt edilməsi haqqında müqavilənin də nə əslini, nə də ki, qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətini təqdim edə bilməmişdir, bununla belə, hətta həmin müqavilənin əslinin olması halında belə, həmin müqavilə yalnız tələbin güzəşti ilə bağlı tərəflər- tələb sahibi ilə üçüncü şəxs - arasındakı münasibətləri tənzimləyir və bu müqavilə əsas öhdəliyin predmetini, həcmini, ölçüsünü və s. şərtlərini müəyyən edən müqavilə hesab olunmur. Başqa sözlə, iddiaçı ona güzəşt olunan tələbin həcmi və şərtlərini sübut etməlidir. Hazırkı halda isə iddiaçı ona güzəşt olunmuş öhdəliyin həcmi və şərtləri barədə məhkəməyə sübut təqdim edə bilməmişdir.
66. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır ( MPM, maddə 89.1.).
68. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (MPM 89.3.)
69. Bununla da, iddiaçı tərəfindən hazırkı tələblə bağlı MPM-in tələblərinə cavab verən və əsaslı şübhədənkənar sübutlar məhkəməyə təqdim edilməmişdir.
70. Cavabdeh apellyasiya icraatı mərhələsində iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Məhkəmə kollegiyası cavabdehin həmin ərizəsinin apellyasiya icraatı mərhələsində verməsinin əsaslarını araşdıraraq hesab etmişdir ki, rayon məhkəməsində işə baxılmasında cavabdehin iştirakı təmin edilmədiyindən və cavabdeh tərəf bu hüququnu rayon məhkəməsində həyata keçirmək imkanına malik olmadığından, onun müddətin tətbiqinə dair ərizəni hazırkı mərhələdə təqdim etməsi yolveriləndir. Kollegiya bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin bildirişi poçt vasitəsilə cavabdehin ünvanına göndərilmiş, lakin zərf “ünvan düzgün deyil” qeydi ilə geri qayıtmışdır (i/v 57, 83). Belə olan halda, cavabdehin həmin ərizəni apellyasiya icraatı zamanı verməsi gecikmiş kimi qiymətləndirilə bilməz, çünki o birinci instansiya məhkəməsində aparılan icraatdan məlumatsız olmuş və iştirak etməmiş, bu səbəbdən də Məhkəmə tərəfindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi qəbul edilmişdir
71. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında göstərilir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.
72. İddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə” dair mülki işdə olan "xxxx"ASC-nin Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli arayışdan məlum olur ki, həmin arayış ona görə verilir ki, Cavabdeh ilə (bundan sonra “Alıcı") "Akkord İnşaat (hazırda hüquqi varisi-"xxxx" ASC) (bundan “Korporasiya”) arasında xx.xx.2007-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən, bina 1, blok 1, mərtəbə 15, 141 saylı, 2 otaqdan ibarət ümumi sahəsi 82,1 kv.m olan mənzilin alınmasına dair 3463 saylı alqı-satqı müqaviləsi bağlanmış, Alıcı mənzilin dəyərini 649,96 AZN olmaqla 180 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Alıcı müqavilə bağladığı tarixdən xx.xx.2018-ci il tarixinə qədər 90344,44 AZN (doxsan min üç yüz qırx dörd manat, 44 qəp.) və ya 139 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 26229,96 AZN (iyirmi altı min iki yüz iyirmi doqquz manat, 96 qəp.) və ya 40 ay aylıq ödəniş ödəmişdir. Alıcının qrafik üzrə 64.114,48 (altmış dörd min yüz on dörd manat 48 qəp.) və ya 99 ay aylıq ödəniş məbləği və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur (tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı öhdəsinə götürdüyü aylıq ödəməni gecikdirərsə o zaman onun müqaviləyə əsasən, ödəməli olduğu tarixdən etibarən 5 (beş) təqvim günü “Satıcı” tərəfindən güzəştli gün kimi təyin edilir. 5 (beş) günlük güzəşt müddəti keçdikdən sonra Alıcı öhdəsinə götürdüyü hər ay üçün ödəməni gecikdirdiyi halda, hər bir gecikdirilmiş gün üçün müqavilədə nəzərdə tutulmuş aylıq ödəniş məbləğinin 1 faizi məbləğində cərimə ödəməlidir).
73. Alıcı xx.xx.2013-cü il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətində gecikmə 2999 gün təşkil edir (i/v 47).
74. Beləliklə, iddiaçının təqdim etdiyi xx.xx.2018-ci il tarixli arayışdan məlum olur ki, alıcı xx.xx.2013-cü il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətində gecikmə 2999 gün təşkil edir.
75. Məhkəmə kollegiyasının iclasında da iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmayan əldən çıxmış faydaya dair hissəsinə dair izahatında həmin məbləğin hesablanması əsasına dair qeyd etmişdir ki, həmin məbləğ xx.xx.2013-cü ildən hesablanmışdır, çünki cavabdehin həmin tarixdən onlara güzəşt olunmuş borcu ödəmək öhdəliyi yaranmışdır. Demək iddiaçının bəyanına əsasən cavabdehin öhdəliyinin icra müddəti xx.xx.2013-cü ildən yaranmışdır. Bununla belə iddiaçı müddətin axımının kəsilməsi və dayanmasına dair də hər hansı sübut verməmiş, belə bir hal müəyyən olunmamışdır. İddia müddətin tətbiqi məsələsi müzakirə olunarkən iddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdehə qarşı 2018-ci ilə başqa bir iddia – mənzilin təhvil verilməsinə dair iddia irəli sürdüklərini, həmin məhkəmə mübahisəsinin bir neçə il davam etdiyini bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı xüsusi olaraq qeyd edir ki, MM-in 380.1-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı yalnız borclunun etiraf edici hərəkətləri nəticəsində kəsilə bilər, iddiaçının, həm də başqa bir iddia verməsi müddətin axımını kəsən hal kimi nəzərdə tutulmamışdır. Bundan başqa, iddia müddətinin axımının kəsilməsi özü iddia müddəti daxilində baş verməlidir. Hazırkı halda iddiaçı tərəf bildirir ki, cavabdehin öhdəliyinin icra müddəti xx.xx.2013-cü ildən hesablanmalıdır (iddiaçı tərəf öhdəliyin icra edilməməsinə görə əldən çıxmış faydanı da məhz həmin tarixdən hesablamışdır), belə olan halda məlum olur ki, həmin öhdəliyə görə iddia müddəti xx.xx.2016-cı ildə bitmişdir.
76. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
77. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
78. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
79. İddiaçı hazırkı tələbində 28 fevral 2013-cü il tarixli 284TQH №-li tələbin güzəşt edilməsi haqqında müqaviləyə istinad edir.
80. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.
81. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
82. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).
83. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).
84. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. MM-in 387.2.2-ci maddəsinin tələbinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.
85. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsaslı olmasına dair gəlinən nəticə öz-özlüyündə iddiaçı tərəfin apellyasiya şikayətinin əsassız olması və təmin edilə bilməzliyini şərtləndirir. Nəticə:
86. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi hüquq normasının tətbiq və təfsirində səhvə yol verildiyindən, eləcə də cavabdehin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən və bununla da onun məhkəmədə dinlənilmək və sübutlar təqdim etmək kimi mühüm prosessual hüquqları təmin edilmədiyindən, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müddəti tətbiq olunmaqla iddia tələbi təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.
87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
88. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, cavabdehin apellyasiya şikayəti verilməsi üçün ödədiyi 171 manat dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.
89. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4394/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün ödədiyi 171 (yüz yetmiş bir) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC- dən alınaraq cavabdehə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov