Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7460/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı X1 Cavabdeh ASC-yə “müqavilənin bağlanmış hesab edilməsi və müqaviləsinin etibarlı olması” tələbinə dair mülki iş üzrə ərazi aidiyyatının müəyyən edilməsi barədə məhkəmələr arası fikir ayrılığına dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-nin Göyçay “Aqrartikinti” filialına qarşı “əmr və müqavilənin bağlanmış hesab olunması və həmin müqavilənin etibarlı olması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təsərrüfatlararası Sənaye Tikinti Birliyinin xx.xx.1995-ci il tarixli, 37 saylı əmri ilə Cavabdeh Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 265 saylı əmri və xx.xx.1995- ci il tarixli, 143 saylı əmri əsasında TSTBnin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə ona satılmasına dair müqavilənin bağlanılmış hesab olunması və həmin müqavilənin etibarlı olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Göyçay Rayon Məhkəməsinin icraatında baxılarkən İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh ASC-nin Göyçay “Aqrartikinti” filialının əsl Cavabdeh ASC ilə əvəz olunmasını xahiş etmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən Cavabdeh ASC-in Göyçay «Aqrartikinti» filialı Cavabdeh ASC-i ilə əvəz edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1834/2023 saylı qərardadına əsasən məhkəmə araşdırması zamanı, iş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh ASC-nin Göyçay “Aqrartikinti” filialının əsl Cavabdeh ASC ilə əvəz olunması və Cavabdeh ASC-nin «AZEMİS» elektron məhkəmə informasiya sistemi çıxarışına əsasən hüquqi ünvanının ünvan 1yyət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması qənaətinə gəlinərək 2(046)-1834/2023 saylı mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi hesab etmişdir ki Göyçay Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi aidiyyət qaydaları pozulmadan icraata qəbul edilmiş, daha sonra iş üzrə iddiaçının ərizəsi əsasında Cavabdeh ASC-nin Göyçay “Aqrartikinti” filialı əsl Cavabdeh ASC ilə əvəz olunmuş və əsl cavabdehin hüquqi ünvanının Yasamal rayon ərazisi olması əsası ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini Göyçay Rayon Məhkəməsinə təqdim etdiyindən və məhkəmə tərəfindən də, iddia ərizəsi aidiyyət qaydaları pozulmadan icraata qəbul edildiyindən, məhkəmə sonradan mulki işin MPM-nin 44.2.2, 45.1-ci maddələrinə istinad edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Bu səbəbdən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5994/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-nin Göyçay “Aqrartikinti” filialına qarşı “əmr və müqavilənin bağlanmış hesab olunması və həmin müqavilənin etibarlı olması” tələbinə dair iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Hazırki işdən göründüyü kimi, iddiaçı X3 ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Göyçay Filialının hüquqi ünvanı ünvan 3z edilməsini xahiş etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən Cavabdeh ASC-in Göyçay «Aqrartikinti» filialı Cavabdeh ASC ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Yəni, artıq həmin vaxtadək olan bütün prosessual hərəkətlərin mövcudluğu nəzərə alınmadan yenilənir və yenidən həyata keçirilərək işə baxılır. Hazırki halda əvəz edilmənin də məqsədi budur ki, əvvəlki cavabdeh iddia tələbi üzrə cavab vermək, iddia tələbini yerinə yetirmək vəzifəsi daşımır. Bu baxımdan da kollegiya hesab edir ki, əsl cavabdehin, yəni iddia tələbinə cavab verməli olan şəxsində hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayon Məhkəmənin ərazi yurisdiksiyasına düşür işə mahiyyəti üzrə baxılması da həmin məhkəmədə həyata keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X1 Cavabdeh ASC-yə qarşı iddia tələbi üzrə mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7460/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7460/2023
04.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver