Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-748/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə ünvan 3 xx.xx.2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Binəqədi rayonu Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı arasında xx.xx.2004-cü il tarixdə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan uşaqların ananın yanında saxlanılması qət edilmişdir.
2. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 552 saylı, 20 oktyabr 2007-ci il tarixli qərarına əsasən vətəndaş İddiaçı müraciəti nəzərə alınaraq, 6-cı mkr qərb hissəsində bələdiyyənin 460 saylı, xx.xx.2010-cu il tarixli qərarı ilə mülkiyyətinə verilmiş 100 kv.m torpaq sahəsinə bitişik, əlavə istifadə etdiyi 150 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq vətəndaş İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır.
3. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-11516/2014 saylı, 19 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı, xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr. qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsindən ibarət olan əmlakın ½ hissəsinə iddiaçı Cavabdeh, ½ hissəsinə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi və həmin paylara uyğun Cavabdeh və İddiaçı adlarına bəldiyyə qərarının verilməsinin Binəqədi Bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, İddiaçı Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsinin qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr qərb hissəsində yerləşən, Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, şəhid İbrahim Sadıqlı (köhnə adı Sad Park 94) ünvanında olan torpaq sahəsi üzərində tikilmiş 3 (üç) mərtəbəli evə köçürülməsinin təmin edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə qurduqdan sonra Binəqədi rayon Bələdiyyəsinin 460 saylı, xx.xx.2007-ci il tarixli və 552 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə onun adına olan Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr. qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsində üç mərtəbəli fərdi yaşayış evi tikərək orada yaşamağa başlamışdılar. Həmin mübahisəli torpaq sahəsinin üzərində 3 mərtəbəli mənzili rəhmətlik atası Baba kişinin maddi köməyi hesabına tikib. Həmin mənzilin bütün kommunal ödənişləri onun adınadır. Həmin mənzil xx.xx.2023-cü il tarixədək onun istifadəsində olubdur. Lakin hal-hazırda mənzil Cavabdeh istifadəsindədir və mənzildə qalaraq onu evə qanunsuz olaraq buraxmır. Cavabdeh qanunsuz hərəkətlərinə görə onun tərəfindən tikilən 3 mərtəbəli evdən istifadə edə bilmir. Həmin ev onun yeganə yaşayış yeridir. Cavabdeh özünə məxsus ünvan 2 ünvanında mənzili vardır.
6. ünvan 3 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr-n qərb hissəsində yerləşən, şəhid İbrahim Sadıqlı (köhnə adı Sad Park 94) ünvanında olan 250 kv.m torpaq sahəsi üzərində tikilmiş 3 (üç) mərtəbəli evə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli evin tərəflərin birgə nikah dövründə əldə edilməsi və evin alınmasında iddiaçının pul xərcləməsi, tərəflərin həmin evdə birgə yaşayıb, istifadə etmələri işin faktiki halları ilə, eləcə də iddiaçı tərəfin öz izahatları ilə təsdiq olunur. İddiaçı cavabdehlə birlikdə mübahisəli evə dair “qanuni gözləntiyə”malik hüququ var. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan tikilmiş olsa da, lakin həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi məhkəmə aktı əsasında tərəflərin paylı mülkiyyətində olduğundan, mübahisəli ev birgə nikah dövründə tikildiyindən və gələcəkdə istinad edilən qanunvericiliyə uyğun sənədləşdirilməsi istisna edilmədiyindən, əksinə qanunverici bu halı mümkün hesab etdiyindən iddiaçının da cavabdehlə bərabər həmin əmlaka daha öncə qeyd olunan gözlənti hüququ vardır. Məhkəmə hesab edir ki, hazırki halda cavabdeh özbaşına tikili olsa belə iddiaçının da əməyi və əmlakı hesabına əldə edilmiş mübahisəli evə dair hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzu olunmaz nəticələrə gətirib çıxara bilər. Mübahisəli ev özbaşına tikili olsa da, cavabdeh həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsinə, 43-cü maddəsinə, Mənzil Məcəlləsinin 13.3-cü maddəsi, Ailə Məcəlləsinin 32.1, 32.2, 32.3-cü maddəsi, Mülki Məcəlləsinin 16, 157.4, 157.8, 164.1, 560.3.4-cü maddəsi, “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 216-220-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2941/2023 nömrəli qətnaməsini ləğv edərək, iddiaçı HacıquliyevRamil Baba oğlunun Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr-in qərb hissəsində yerləşən, şəhid İbrahim Sadıqlı (köhnə adı Sad Park 94) ünvanında olan 250 m torpaq sahəsi üzərində tikilmiş 3 mərtəbəli evə köçürülməsi tələbi barədə iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnamə qəbul edən zaman yalnış olaraq belə bir mövqeyə gəlmişdir ki, mübahisəli evin tərəflərin birgə nikah dövründə əldə edilməsi və alınmasında İddiaçı pul xərcləməsi, tərəflərin həmin evdə birlikdə yaşayıb, həmin evdən istifadə etmələri işin faktiki halları ilə, habelə iddiaçı tərəfin öz izahatları ilə təsdiq olunur. Məhkəmə tərəflər arasında yaranmış mübahisə üzrə mülki işə baxarkən hazırda iddiaçının yaşamağa evinin olduğuna, hətta onun adına daşınmaz əmlakın olduğuna dair məhkəməyə tərəfimdən təqdim edilmiş sübutları araşdıraraq onlara hüquqi qiymət verməmişdir. Belə ki, DƏDRX-nin 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına paylı mülkiyyət hüququ ilə ½ hissədə payı qeydə alınmışdır. Buna dair sübut tərəfimdən işə məhkəmədə baxılan zaman birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bundan başqa, qeyd olunan mübahisə predmeti olan evdə mən iki yetkinlik yaşına çatmamış oğlu və yaşlı (ondan başqa baxanı yoxdur) anasıgillə yaşayır. İki oğlu 10-cu və 11-ci sinif şagirdləridir, universitetə qəbul olmaq üçün hazırlaşırlar və bu da xüsusi uyğun şərait tələb edir. Bundan başqa o, ağır LAM (limfoangiomiyelamatozis) xəstəsidir, ömrünün sayılı günləri qalmışdır. Xəstəliyindən dolayı nəfəs çatmamazlığı yaşayır, bu da öz növbəsində xüsusi baxım şəraiti tələb edir. İddiaçı uşaqlarının təhsil almasına əsaslı şəkildə maneə törədir və ona qarşı bir neçə dəfə psixoloji və fiziki şiddət tətbiq edib. 10 fevral 2023-cü il tarixdə bununla bağlı 4 nömrəli Polis bölməsinə şikayət ərizəsi verib. İddiaçı mübahisəli fərdi yaşayış evinə köçüb yaşaması onun və uşaqlarının psixi və fiziki sağlamlığı üçün böyük təhlükədir. Göründüyü kimi, qeyd olunan mübahisə üzrə işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən bu kimi hallar nəzərə alınmadan İddiaçı hazırda yetkinlik yaşına çatmayan övladları və yaşlı anası ilə birlikdə yaşadığı evə köçürülməsinə dair qanunsuz və əsassız qərar qəbul edilmişdir. Qeyd olunan mübahisəli fərdi yaşayış evi yalnız onun vəsaiti hesabına inşa edilmişdir. İddiaçı həmin fərdi yaşayış evinin tikilməsinə hər hansı bir məbləğ sərf etməyib. Bu kimi mühüm hallar da işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticədə hüquqlarımın pozulmasıyla nəticələnən məhkəmə qətnaməsinin qəbul olunmasına gətirib çıxarmışdır.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, o 2004-cü ilin dekabrında cavabdehlə evlənib. Tibb Universitetinin məzunudur. O, vəzifədə işləyirdi və yaxşı əmək haqqı alırdı. Evlilik zamanında Ramil heç vaxt işləməyib. O, uşaqlar dünyaya gələndən sonra da işləyib və özünə firma açıb. Onun vəsaiti hesabına torpaq alınıb. Bundan sonra o öz qazancı ilə ev inşa eləyib. 2013-cü ildə ona Türkiyədən Beynəlxalq direktor vəzifəsinə təyin olunmağı barədə təklif gəldi, o övladlarını götürüb Türkiyəyə köçüb. Orada da yaşadığı müddətdə o uşaqların özəl məktəbdə oxutdurub. 2007-ci ildən etibarən Raminin bir sinifyoldaşı var idi, vəhhabi təriqətindən idi, Ramin də ona qoşulub vəhhabi oldu. Türkiyəyə köçmə səbəbi iddiaçının ona daim psixoloji basqı etməsi və hicab bağlamağa məcbur etməsi olub. Bununla bağlı ciddi mübahisələr oldu. Uşağını özəl məktəbinə yazdırıb, ona elektron piano alıb. Uşaq pianinoda ifa edəndə iddiaçı bunun günah olduğunu deyərək uşağı pis bir şəkildə vurmuşdu. Uşağın indi 18 yaşı olmasına baxmayaraq hələ də çapıq onda qalıb. 2019-cu ildə əli aparata düşüb, əli amputasiya olundu. O, 6 ay belə qalmaq məcburiyyətindəydi, ondan sonra pandemiya başladı. Pandemiyada Azərbaycana gələ bilməyib, Ramilin orada yaşamadığını, evi istifadəyə verdiyini bilirib. Raminin 2019-cu ildə dəfələrlə Dağıstana gedib-gəlmişdir. Onun ağciyərlərində problem yarandı. Uşaqlar universitetə qəbul olmadı, o daha da pisləşdiyinə görə Azərbaycana qayıtmalı olub. Bilirib ki,iddiaçı vəhabilərə evi verib. Dəfələrlə bununla bağlı mübahisə ediblər. Ramilə zəng edib, Dağıstanda idi. Atasından qalan Masazırda yerləşən ikiotaqlı mənzilə köçüblər. Vəhabi qadın israrla evdən çıxmayacağını dedi, o aylarla kirayə evdə qalıb. O qadını evdən çıxarmaq üçün gedib akt veriblər. Ramil o evdə heç yaşamayıb, evə ehtiyacı da yoxdur.Ramin Dağıstanda yaşayır,heç bir işlə məşğul olmur. Ramil dayısı qızı ilə hazırda dini nikahdadır. O onunla yaşaya bilməz və onunla yaşamağa ehtiyacı da yoxdur. İdidaçı onu şiddət göstərib. O dəfələrlə polisə müraciət edib. Onu evdən məcburi çıxarıb evi özü kimi vəhabi təriqətinə vermək istəyir. Atasından qalma böyük boş ev olmasına baxmayaraq orada yox, Biləcəridə olan evində yaşayır. O iddiaçı ilə yaşaya bilməz. Evin vəsaitini ödəyib, uşaqlarını o saxlayır. Ev olan hissənin ona aid edilməsini istəyir.
13. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, tərəflərin mübahisə etdiyi mənzil yox, üçmərtəbəli olan fərdi yaşayış evidir. Üçmərtəbəli yaşayış evinə dair hər hansı bir sənəd yoxdur. Nə iddiaçı da,nə də cavabdehdə sənəd yoxdur.Torpaq sahəsi də yalnız 2014-cü il rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilib.Həmin torpaq sahəsində 250 kv.metrlik torpaq sahəsinin 125 kv.metri iddiaçı,125 kv.metrinin cavabdehin olması müəyyən edilib. Bununla bağlı Bakı İnzibati Məhkəməsində inzibati işdə olub. Torpaq sahəsi üzərində yalnız bələdiyyə qərarı var idi Həmin qərarda ancaq cavabdein adı qeyd edilmişdi.Sonradan qərara dəyişiklik edildi və Bələdiyyə İddiaçı adını əlavə etdi. Ev mübahisə predmeti olsa belə,evlə bağlı hüquq müəyyənedici sənəd yoxdur.Torpaq barədə bələdiyyə qərarından başqa heç bir sənəd yoxdur.Torpaq sahəsi boş deyil,üzərində tikili var.O tikili sahəsinin torpağın hansı hissəsində yerləşməsi müəyyən edilməyib. İddiaçı tərəfində qaldırılan iddia torpaq sahəsinin naturada bölünməklə müəyyən edilməsi olmuşdu.Sonradan iddianı dəyişərək evə köçürülmə iddiası oldu.Evə köçürülmə iddiasının verilməsinin əsas məğzi Cavabdehin 2023-cü ilin yanvar ayına qədər evdən qeyri-qanuni istifadə edən "Damla" adlı İctimai birliyə qarşı müvəqqəti təminat tədbirinə aid hissədə ərizə ilə müraciət etməsi olmuşdur.Bundan sonra Raminin ona qarşı münasibətləri daha da pisləşib.Ona görə də iddiaçı iddianı dəyişdirərək mənzil köçürülmə edib.Birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının iddia tələbinin gözləntiyə dair olan hissəsində təmin edib, yəni məhkəmə 2014-cü il Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsaslanıb.Lakin,torpaq hissəyə bölünüb, amma heç birinin çıxarışı yoxdur.Birinci instansiya məhkəməsində iddiaya etirazımızda bildirilmişdir ki, tərəfin nə qədər ki, həmin fərdi yaşayış evi üzərində hüququ yoxdursa,yəni 2014-cü ilin qətnaməsinin nə vaxt icra edilib-edilməyəcəyi müəyyən deyilsə, o buna əsas vermir. Ramil Azərbaycan Respublikasında uzun müddət olmur,Dağıstanda yaşayır.O il ərzində Azərbaycanda cəmi heç bir ay olmur.Ondan əlavə onun adına xüsusi mülkiyyətdə olan əmlak var,yeganə əmlakı deyil.Xanımın isə ümumiyyətlə,heç bir əmlakı yoxdur. İddiaçı iddiasını belə əsaslandırıb ki, onun yeganə yaşayış yeri ora olduğu üçün Azərbaycan Respublikasına gələndə ora gedir,xanım da qoymur. Bununla bağlı tərəflər arasında razılaşma ilə həll etməyin mümkün olacağını məhkəmədə bildirmişdilər. Kompensasiya məsələsi ilə bağlı birinci instansiya məhkəməsində hakim dəfələrlə iddiaçıya bildirsə də,iddiaçıdan təklif olmadı. Ümumiyyətlə, iddiaçının bütün istinadları 2014-cü il Binəqədi Rayon məhkəməsinin qətnaməsinədir. Binəqədi Rayon Məhkəməsi o dövrdə sənədi olmayan, əmlak siyahısına daxil olmayan əmlak üzərində pay müəyyən edə bilməzdi. Amma nə qədər ki evin çıxarışı yoxdursa, mübahisə predmeti olan fərdi yaşayış evinə dair olan hissədə məhkəmə mövqe bildirə bilməz. Qətnamə payı müəyyən etmir və edə də bilməz. Hal-hazırda iddiaçı başqa bir şəxslə qeyri-rəsmi nikahdadır. Evə kimin köçürülməsi qeyri-müəyyəndir. Bələdiyyə hər hansı bir daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydə alan bir qurum deyil. Bununla bağlı yeganə qurum Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətidir. Torpaq sahəsi veriləndə onun üzərində fərdi yaşayış sahəsi mövcud olub.İlkin bələdiyyə qərarı veriləndə situasiya planı verilib, situasiya planı verildikdə həmin fərdi yaşayış sahəsi olan torpaq sahəsi xanıma tərəf olan hissədə göstərilib. Daha sonra İnzibati Məhkəmədə qərar mübahisələndiriləndə dəyişən hissə Hacıquliyev Raminin adının ora daxil olmasıdır. Torpaq sahəsinin kimə məxsus olması yenə də qeyrimüəyyəndir. Torpaq sahəsinin hansı hissəsinin kimin mülkiyyətində olduğu bilinmir, torpağa çıxarış yoxdur. Bələdiyyə qərarı var, o da mübahisələndirilib və İnzibati Məhkəmədə baxıldı.
14. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, müdafiə etdiyi şəxsin atası uzun müddət işlədiyinə görə o evi özü alıb və tikib. Tərəf gələndə ev artıq hazır idi. İddiaçı işçilər arasında dərman preparatlarının hazırlanması sahəsində pul maliyyələşdirib,ona görə də hər iki şəxs Türkiyəyə köçüb. Uzun müddət Türkiyədə yaşayıblar, xanım o sahənin mütəxəssisi olduğu üçün xanımı direktor olub. Türkiyədə yaşayarkən onlar arasında mübahisə olub, xanım gizlincə nikahın pozulması ilə bağlı iddia verib,iddiaçının xəbəri olmayıb. Xanım əmlak bölgüsü ilə bağlı iddia ərizəsi verib,yenə də iddiaçının xəbəri olmayıb.Evin üzərindəki tikilinin çıxarışı olmadığı üçün bölünməməsi, ancaq gələcək mülkiyyətçi üçün payın yarı-yarıya olacağı qərara alınıb. Xanım şikayət etməyib, qərar qanuni qüvvəsini alıb. Məhkəmə də naturada bölgü ilə hesablayıb. Naturada bölgüdə də boş torpağı iddiaçıya, üzərində ev olan torpağı isə cavabdehə verib. Qanuni qüvvəyə minmiş qətnamə var ki, ev nikah dövründə tikilib, paylar da müəyyən edilib. İddiaçı burada yaşamır, Dağıstanda ailəlidir. Sadəcə olaraq yaşadığı yer yoxdur ki, yoldaşını gətirsin. Xanım şiddət göstərməsinə görə polisə müraciət edəndə polis ora gəlib heç bir şiddət olmadığını ortaya çıxarmışdır. Sadəcə olaraq xanım iddiaçını oradan uzaqlaşdırmaq üçün belə müracətlər edib. Onlar da natura şəklində bölünməsini istəyiblər, amma xanım evi istədi və uşaqlarının olduğunu bildirdi. O da iddiaçıya deyib ki,xanım uşaqların olduğuna görə evi bölmək istəmir. O razılaşdığını bildirdi,natura bölgüsü yox,evə köçürmə etməyə razılaşdı ki, iddiaçı da uşaqlarını görə bilsin.İddiaçı paydan istifadə etmək istəyir, evə köçmək istəyir.Ona görə də həmin paylardan istifadə etmək üçün apellyasiya şikayətinin təmin edilməməsini istəyir və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Bildirir ki, xanımın adına 2 ev var
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin halları odur ki, tərəflərin nikahı pozulmuşdur. Cavabdeh övladları ilə hazırda mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr-n qərb hissəsində yerləşən, şəhid İbrahim Sadıqlı (köhnə adı Sad Park 94) ünvanında olan 250 kv.m torpaq sahəsi üzərində tikilmiş 3 mərtəbəli evdə yaşayır. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı mübahisə predmeti olan evə köçürülməsini tələb edir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan evin birgə nikah dövründə, tərəflərin birgə gəlirləri hesabına inşa edilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsilə müəyyən edildiyindən hazırda həmin hallar yenidən sübut edilmir.§16
23. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-11516/2014 saylı, 19 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı, xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr. qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsindən ibarət olan əmlakın ½ hissəsinə iddiaçı Cavabdeh, ½ hissəsinə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi və həmin paylara uyğun Cavabdeh və İddiaçı adlarına bəldiyyə qərarının verilməsinin Binəqədi Bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir.
24. Həmin qətnamədə o cümlədən qeyd edilmişdir ki, birgə nikah dövründə tikilmiş tikiliyə də paylar bərabər olmaqla, ½ hissədə arvadın, ½ hissədə ərin əmlak hüquqları olsa da, lakin hazırkı mərhələdə tikiliyə dair hər hansı bir sənəd təqdim edilə bilmədiyindən, hazırkı mərhələdə tikilinin bölünməsi mümkün deyildir. Gələcəkdə tikili reyestrdən qeydiyatdan keçərkən paylar bərabər hesab edilməlidir.
25. Məhkəmə kolegiyası qeyd edir ki, mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, tərəflərin nikah dövründə qazandıqları əmlak olmaqla onların ümumi mülkiyyətidir.
26. Əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini, yəni şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Bu mənada, şəxsə mənsub maddi dəyərə malik olan bütün hüquqlar əmlakın aktivinə, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə passivinə aid olunur.
27. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 12 iyul tarixli 2017-ci il Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir
28. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının evə köçürülmə tələbini təmin etməklə düzgün qənaətə gəlmişdir.
29. İddiaçının mülkiyyətində digər əmlakın olması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində başqa əmlakın olması onun hazırkı mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə etmək hüququnu məhdudlaşdırmır.
30. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. ünvan 3 xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev