Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7502/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Borclu iştirakı ilə, kreditor "xxxx" KB ASC-nin Borclu qarşı əmr icraatı qaydasında “kredit müqaviləsi üzrə borcun tutulması barədə” ərizəsinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, borclunun hazırkı iş üzrə 03.11.2016-cı il tarixli məhkəmə əmrinə verdiyi etiraz geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikyət qismən təmin olunmalıdır. Belə ki, etirazın geri qaytarılması onunla əsaslandırılıb ki, etirazın verilməsi üçün müddət keçib. Mülki-Prosessul Məcəllənin 282-ci maddəsinə görə etirazın verilməsi müddəti 10 gündür, həmin müddət borclu məhkəmə əmrini aldığı gündən başlayır. Poçt xəbərnaməsindən (iş v. 18) görünür ki, borclu əmri 01.12.2016-cı il tarixdə yaşadığı ünvanda alıb. Etiraz isə 4 ildən sonra – 08.06.2021-ci il tarixdə verilib. Lakin borclu bildirir ki, 01.12.2016-cı il tarixdə həbsdə olub, yaşadığı ünvanda əmri ala bilməzdi. Borclu cinayət işi üzrə hökmdən çıxarışı məhkəməyə təqdim edib (iş v. 35). Lakin həmin sənəddən borclunun hansı dövrdə həbsdə olması görünmür. Məhkəmə əmrinə etiraz məhkəmə müdafiəsi hüququnun təkib hissəsidir. Məhkəmə etirazın verilməsi müddətinin keçməsi barədə qənaətə gələrkən şübhədən kənar sübutlara istinad etməlidir. Odur ki, qərardad ləğv edilməli, borclunun müddəti ötürüb-ötürmədiyi barədə məsələyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Bu məsələyə yenidən baxılarkən poçt xəbərnaməsində göstərilən tarixdə borclunun həbsdə olub-olmadığı, habelə poçt xəbərnaməsindəki imzanın borcluya məxsus olub-olmadığı yoxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli qərardadı ləğv edilsin və məhkəmə əmrinə verilmiş etirazın mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7502/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7502/2021
23.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver