Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7504/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasına və Cavabdeh2 qarşı “mənzilin ayrılmasına dair protokol və çıxarışın etibarsız sayılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-26/2021 nömrəli saylı işi üzrə 29.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş məktubda qeyd edilir ki, Hazırda iş üzrə iddiaçı X1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Həmin apellyasiya şikayətininin mümkünlük məsələsinə baxılması üçün qeyd edilən mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmasına göstəriş verməyiniz xahiş olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 365-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Mülki iş məhkəmə baxışından çıxarılsın və ərizəyə səlahiyyət həddində qiymət verilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-7504/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7504/2021
15.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver