Məhkəmə qərarları › İş №2(103)-7508/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7508/2020

02.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7508/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı“maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işüzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə qəbul olunmuş“iddia ərizəsinin qaytarılması barədə” qərardaddan iddiaçının verdiyi şikayətəəsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin hazırki işüzrə xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qərardadla iddiaçının cavabdehə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsi icraata qəbul olunmadan geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinəşikayət verərək qərardadın ləğv edilməsi və işə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi işüzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı iləşikayəti təmin etməmiş və mahiyyəti üzrə baxılmasıüçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə)şikayətin dəlillərini və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsindəşikayət verilmişqərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Rayon Məhkəməsi iddia ərizəsinin qaytarılması barədə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyini göstərsə və tələbini yalnız Nazirliyə qarşı yönəltsə də, iddia ərizəsində üçüncü şəxs kimi digər dövlət qurumlarını və vəzifəli şəxsləri göstərmiş, lakin həmin “üçüncü şəxslərin” iddia tələbinə nə kimi aidiyyətlərinin olmasını göstərməmişdir. Məhkəmə bildirir ki, iddiaçı qeyd edilən qərardaddan şikayət versə də, şikayətdə də, qeyd edilən məsələyə aydınlıq gətirməmişdir. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 149-cu maddəsinin mənasına görə, iddia ərizəsində digər işdə iştirak edən şəxslər, mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar göstərilməlidir. MPM-nin 46-cı maddəsinə görə, iş üzrə tərəflər, üçüncüşəxslər, ərizəçilər, maraqlışəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. MPM-nin 57-ci maddəsinin mənasına görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncüşəxslər o halda işdə iştirak edə bilərlər ki, iş üzrə qəbul edilə biləcək qətnamə onların hüquq və vəzifələrinə təsir edə bilsin. Qeyd edilən prosessual hüquq normaların tələblərini nəzərə alan Məhkəmə bildirir ki, hazırki iş üzrə iddiaçı qeyd edilən tələblərə riayət etməmişdir. MPM-nin 152.1.1-ci maddəsinə görə isə, iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması üçün əsasdır. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi iddianı qaytarmaqda haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qeyd edilənləri nəzərə alan və MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinəəsaslanan Məhkəmə hesab edir ki, qərardaddan verilmişşikayət təmin edilməməli, barəsindəşikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərəəsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar