Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7508/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə Cavabdeh3 Zülfiqar oğlunun mülkiyyət aidiyyətinin olmaması, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyriyaşayış sahəsinin həbsdən azad olunması və ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmamışdır.
3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
4. Yasamal Rayon Məhkəməsindən xx.xx.2022-ci il tarixdə sorğu daxil omuş, həmin sorğuda qətnamədən Cavabdeh2 Zülfüqar oğlu tərəfindən apellyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur.
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 sorğu ilə əlaqədar mülki işin baxışdan çıxarılmasına etiraz etmədiyini bildirdi.
6. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə onların iştirakı olmadan olmadan baxılması mümkündür.
8. Yasamal Rayon Məhkəməsindən 2(004)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli sorğu daxil olmuş, sorğuda Yasamal Rayon Məhkəməsinin 2(004)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsisindən Cavabdeh2 Zülfüqar oğlu tərəfindən apellyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin apellyasiya baxışından çıxarılaraq rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur.
9. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
11. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7508/2022 nömrəli, xx.xx.2022-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 Zülfüqar oğlu tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev