Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-751/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Davidova Güldəniz Zöhrab qızının, onun vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Davidova Güldəniz Zöhrab qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh Davidova Güldəniz Zöhrab qızına qarşı pulun geri qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-2791/2015 saylı qərardadından Davidova Güldəniz Zöhrab qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Davidova Güldəniz Zöhrab qızı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair ilkin, Cavabdeh2 isə Davidova Güldəniz Zöhrab qızına qarşı pulun geri qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(011)-2791/2015 saylı qətnaməsi ilə hər iki iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2015-ci il tarixli 2(103)-5579/2015 saylı qətnaməsi ilə Davidova Güldəniz Zöhrab qızının birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2015-ci il tarixli 2(102)- 5820/2015 saylı qərarı ilə Davidova Güldəniz Zöhrab qızının kassasiya şikayəti təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin xx xxxxxx 2019-cu il tarixli 13(102)-243/2018 saylı qərardadı ilə qanuni qüvvəyə minmiş məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması barədə Davidova Güldəniz Zöhrab qızının, X2, X3 və X4 ərizəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmasından imtina olunmuşdur. xx xxxx 2019-cu il tarixində Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(011)-2791/2015 saylı qətnaməsindən apellyasiya şikayəti və həmin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 xahişini belə əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(011)-2791/2015 saylı qətnaməsi qəbul edilərkən o faktiki olaraq istifadəsində və sahibliyində olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi N.Mahmudov küçəsi 20 A saylı evdə ailəsi ilə birlikdə yaşadığından və Davidova Güldəniz Zöhrab qızı və onun ailə üzvlərinin həmin mənzilə köçürülməsi barədə hər hansı bır mübahisə olmadığından həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-2791/2015 saylı qərardadına əsasən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh2 vəsatəti təmin olunmuş, iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx xxxx 2020-ci il tarixli 2(103)-6133/2020 saylı qərardadla apellyasiya mümkün hesab edilmişdir. Həmin qərardaddan iddiaçı Davidova Güldəniz Zöhrab qızı şikayət verərək şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh həmin qətnaməni aldığı vaxtdan 4 ildən çox müddət keçdikdən sonra müddətin bərpası barədə vəsatət və apellyasiya şikayəti vermişdir. Lakin cavabdeh müddətin buraxılması üçün hər hansı üzrlü səbəbi məhkəməyə təqdim etməmişdir. Buna görə də İddiaçı qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətin rədd edilməsini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-6133/2020 saylı qərardadla apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2(011)-2791/2015 saylı qərardadından şikayətə baxılması üçün iş rayon məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)- 2791/2015 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili şikayətin təmin edilməsini, Cavabdeh2 isə şikayətin təmin edilməməsini məhkmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011 )-2791/2015 saylı qərardadı ləğv edilməli, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prossesual müddətin bərpası barədə vəsatət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, mübahisələndirilən qətnaməni Cavabdeh2 müvafiq məhkəmə qəbzini imzalamaqla şəxsən xx xxxx 2015-ci il tarixdə qəbul etmişdir (i.v.99). Eyni zamanda cavabdeh və onun nümayəndəsi həmin məhkəmə aktı qəbul olunan vaxt məhkəmə iclasında iştirak etmiş, çıxarılan qətnamədən məlumatlı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası vurğulayır ki, iş materiallarından da göründüyü kimi İddiaçı tərəfindən sözügedən qətnamə apellyasiya, kassasiya və əlavə kassasiya qaydasında mübahisələndirilmişdir. Deməli, həmin müddət ərzində də Cavabdeh2 qətnaməni mübahisələndirmək üçün kifayət qədər vaxtı olmuş, lakin qətnamədən apellyasiya şikayəti verməmişdir. Beləliklə, Cavabdeh2 apellyasiya şikayəti vermək üçün buraxılmış prossesual müddətin üzrlü hesab edilməsinə əsas olmuş hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh qətnaməni rəsmi qaydada aldığı vaxtdan 4 ilə yaxın müddətdə şikayət verdiyindən, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə vəsatət təmin edilmədiyindən, qətnamədən apellyasiyanın mümkünlüyü barədə xx xxxx 2020-ci il tarixli 2(103)-6133/2020 saylı qərardad ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-2791/2015 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(011)-2791/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh2 vəsatəti təmin edilməsin. Apellyasiyanın mümkünlüyü barədə xx xxxx 2020-ci il tarixli 2(103)-6133/2020 saylı qərardad ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-751/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-751/2021
09.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver