Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7512/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məhəmməd qızı Qurbanovanın katibliyi ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1850/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü ilin noyabr ayından ölkə hüdudlarını keçən və qayıdan zaman dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmanın, dövlət gömrük əməkdaşlarına təhvil verilməyi, gömrük yoxlamasına (məhkəmə qərarı olmadan)axtarışa məruz qalmağı, məcburi gömrük bəyannaməsi yazdırılmağı qanunsuz hesab edilməsi, həmin qanunsuz hərəkətlərin dayandırılması və vurulmuş zərərin əvəzi olaraq 50 000 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1850/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsinin geri qaytarılması, iddiaçının həmin ərizə ilə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə şikayət təqdim edərək, Səbail Rayon Məhkəməsinin 2(009)-1850/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbaiıl Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə Kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Səbail Rayon Məhkəməsinin 2(009)-1850/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. İş materiallarından görünür ki, İddiaçı Dövlət sərhəd keçirilməsi zaman dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmanın, dövlət gömrük əməkdaşlarına təhvil verlməyi, gömrük yoxlamasına-axtarışa məruz qalmağı, məcburi gömrük bəyannaməsi yazdırılmağı qanunsuz hesab edilməsi, həmin qanunsuz hərəkətlərin dayandırılması və vurulmuş zərərin əvəzi olaraq 50 000 manat tutulması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı tələb irəli sürmüşdür. Məhkəmə Kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan vətəşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsiszliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” haqqında 27-ci fəsil çıxarılmışdır.Belə olduğu təqdirdə, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması üçün prosessual normalar mövcud deyildir. Həmçinin, ki, xx xxxx 2009-cu ildən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qəbul edilmişdir və həmin Məcəllə x xxxxxx 2011-ci il tarixdən qüvvədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi inzibati orqanlardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Kollegiya qeyd edir ki, iddiaçının irəli sürdüyü tələb inzibati orqanın qanunsuz hərəkətləri və bu hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan, həmin mübahisəyə baxılması inzibati məhkəməsinin səlahiyyətinə aiddir. Yəni həmin tələbə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxıla bilər. Bu baxımdan Kollegiya hesab edir ki, hazırki mübahisə iddia tələbinin predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Qeyd olunmalıdır ki, mülki prosessııal qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1-ci maddəsində «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə» ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfındən baxılmasının mümkünsüzlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafıq mübahisəyə ixtişaslaşdırılmış məhkəmə tərəfındən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, əvvəllər verdiyi iddia ərizəsinin inzibati məhkəmə icraatı çərçivəsində qəbul edilmiş qərardadla qeyri-mümkün sayılması iddiaçının inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yeni iddia ilə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1850/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “Dövlət sərhəd keçirilməsi zaman dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmanın, dövlət gömrük əməkdaşlarına təhvil verlməyi, gömrük yoxlamasına-axtarışa məruz qalmağı, məcburi gömrük bəyannaməsi yazdırılmağı qanunsuz hesab edilməsi, həmin qanunsuz hərəkətlərin dayandırılması və vurulmuş zərərin əvəzi olaraq 50 000 manat tutulması barədə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunsun. İddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7512/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7512/2020
01.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver