Məhkəmə qərarları › İş №2(103)-7520/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7520/2020

02.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7520/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(006)-5877/2018 №-li iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan iddiaçılar İddiaçı2 və X1 birgə verdikləri şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı (iş v. 88-89) ilə iddianin bir hissəsinin baxılmamış saxlanılmış hissəsi üzrə icraatın bərpasını və həmin hissədə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər (iş v. 179). Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-cü il tarixli qərardadla ərizəni təmin etmişdir (iş v. 207-208). İddiaçılar İddiaçı2 və İddiaçı3 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişlər (iş v. 217). Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, qərardaddan verilmiş şikayət qismən təmin edilməli və iddiaçılar İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş “iddianin bir hissəsinin baxılmamış saxlanılmış hissəsi üzrə icraatın bərpası barədə” ərizələrinə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). İş materiallarından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı3nnın “iddianin bir hissəsinin baxılmamış saxlanılmış hissəsi üzrə icraatın bərpası barədə” ərizələrinə baxmış Rayon Məhkəməsi iş üzrə tərəflərin məhkəmə baxışı iclasında iştiraklarını MPM-nin 185-ci maddəsində müəyyən edilmiş qaydada təmin etməmiş, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məhkəmə bildirişini göndərməmişdir. Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmuşdur. Qərardan çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli və iddiaçılar tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və X1 birgə verdikləri şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən birgə verilmiş “iddianin bir hissəsinin baxılmamış saxlanılmış hissəsi üzrə icraatın bərpası barədə” ərizəyə baxılması üçün iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar