Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7550/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(009)- 183/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti cavabdehlər Cavabdeh1 və "X9 Kompleksi" MTK-nə qarşı "mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X9 Kompleksi” MTK tərəfindən Cavabdeh1 250.000 (iki yüz əlli min) AZN kompensasiya ödənilməklə sonuncunun Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 2 saylı evin 50 nömrəli mənzili üzərindəki mülkiyyət hüququna xitam verilməsi və həmin mənzilin boşaldılaraq cavabdeh MTK-ya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(009)- 183/2023 saylı qərardadı ilə iddiaçılar X4, X2, X3, Cavabdeh1 və X5 cavabdehlər "X9 Kompleksi” MTK-ya, Bakı şəhər icra Hakimiyyətinə və Bakı şəhəri Səbail rayon icra Hakimiyyətinə qarşı mənzillərin sökülməsi ilə əlaqədar mənzillərin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzillərin faktiki sahəsindən 30 faiz artıq sahəli mənzillərlə təmin edilmələri, mənzillə təmin olunanadək kirayə haqqının və mənəvi ziyanın tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-5238/2023 saylı mülki iş üzrə (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2023 saylı mülki iş üzrə) yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək məhkəmənin icraatında olan hazırkı 2(009)-183/2023 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Cavabdeh1 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(009)-183/2023 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi heç bir hüquqi və faktiki əsas olmadan iş üzrə icraatın dayandırılması qənaətinə gəlmişdir. Halbuki, iddiaçı Səbail Rayon İcra Hakimiyyətinin Cavabdeh1 qarşı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki işlə iddiaçı Cavabdeh1 mənzil verilməsi və ziyanın ödənilməsi tələbinə dair işin tərəfləri, predmeti, əsasları müxtəlifdir. Hazırkı iş üzrə müəyyən edilmiş və ya müəyyən ediləcək halların hazırda apellyasiya instansiyası məhkəməsinin icraatında olan digər işlə heç bir əlaqəsi mövcud deyil. İddiaçının ciddi cəhdlə hələ qüvvəyə minməmiş Səbail Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qətnaməsinə və həmin qətnamədə irəli sürülmüş məhkəmənin subyektiv mövqeyinə istinad etməsi anlaşılan deyil. Adıçəkilən qətnamənin hazırki işlə bağlılığı qeyrimüəyyəndir. Məhkəmə iş üzrə icraatın dayandırılması barədə vəsatətə dair cavabdehin etirazına hüquqi qiymət verməmiş, etirazı təkzib edən hər hansı mövqe nümayiş etdirə bilməmişdir. Məhkəmə hazırkı iş üzrə iddia predmetini təşkil edən əmlakın artıq mövcud olmadığını, cavabdeh Dadaşovaya məxsus mənzilin ona heç bir məlumat verilmədən Bakı şəhər İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti və “X9 Kompleksi” MTK tərəfindən söküldüyünü və bununla da mülkiyyətçiyə ciddi maddi və mənəvi ziyan vurulduğunu bilərəkdən nəzərə almamış, iş üzrə icraata xitam vermək yerinə iddiaçı yerli icra hakimiyyəti orqanının cavabdeh Dadaşovaya qarşı əsassız tələblərdən çıxış edərək, məhkəmə prosesini süni şəkildə ləngitməsinə şərait yaratmışdır. Beləliklə, hazırkı iddianın predmetini təşkil edən mənzil artıq mövcud olmadığından, iş üzrə icraatın dayandırılması barədə qərardad ləğv edilməklə, iş üzrə icraata xitam verilməsi haqqında yeni qərardad çıxarılmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(009)- 183/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. MPM-nin 256.0.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X4, X2, X3, Cavabdeh1 və X5 cavabdehlər "X9 Kompleksi” MTK-ya, Bakı şəhər icra Hakimiyyətinə və Bakı şəhəri Səbail rayon icra Hakimiyyətinə qarşı mənzillərin sökülməsi ilə əlaqədar mənzillərin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzillərin faktiki sahəsindən 30 faiz artıq sahəli mənzillərlə təmin edilmələri, mənzillə təmin olunanadək kirayə haqqının və mənəvi ziyanın tutulması tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5238/2023 saylı bildirişindən görünür ki, iddiaçılar X4, X2, X3, Cavabdeh1 və X5 cavabdehlər "X9 Kompleksi” MTK-ya, Bakı şəhər icra Hakimiyyətinə və Bakı şəhəri Səbail rayon icra Hakimiyyətinə qarşı mənzillərin sökülməsi ilə əlaqədar mənzillərin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzillərin faktiki sahəsindən 30 faiz artıq sahəli mənzillərlə təmin edilmələri, mənzillə təmin olunanadək kirayə haqqının və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi üzrə Bakı Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçıların apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5238/2023 saylı iş kimi hakim Fərrux Qasımovun icraatındadır və həmin iş üzrə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraatının dayandırılması mülki prosessual qanunvericiliyin müddəalarından irəli gəlir. Belə olan halda birinci instansiya məhkəməsi Bakı Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçıların apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılan 2(103)-5238/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək icraatın dayandırılmasının zəruri olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün hər hansı əsas görmür. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(009)- 183/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7550/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7550/2023
18.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver