Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7553/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-3171/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Babayev Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxxxxxx» ASC cavabdehlər Babayev Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Babayev Cavabdeh1 9719,45 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-3171/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Babayev Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 8.446 (səkkiz min dörd yüz qırx altı) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərinin– 120 (yüz iyirmi) manatın cavabdehlər Babayev Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada dövlət büdcəsi xeyrinə tutulması qət edilmişdir. X6 Vilayət oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə MY AUTO SERVİS tərəfindən təqdim edilmiş təhvil-təslim aktına əhəmiyyət verilməmişdir. Həmin təhvil-təslim aktına əsasən **-TN-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı avtomobil vasitəsinin ehtiyyat hissələrinin və görülmüş təmir işlərinin ümumilikdə xərci 6920 manat göstərilmişdir.Məhkəmə prosesinin gedişində vurulmuş ziyanın həcminin müəyyənləşdiirlməsindən ötrü ekspertiza tədqiqatı aparılmış, xx.xx.2019-cu il tarixli 18114 nömrəli ekspert rəyi ilə avtohissələrin qiyməti nəzərə alınmaqla 2014-cü il buraxılışlı "Toyota Corolla" markalı, 90-TN- 273 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8 446 manat kimi müəyyən edilmişdir.Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi qətnamə qəbul edərkən yalnız ekspert rəyinə istinad etmişdir. Halbuki ilk öncə iş materiallarında olan bütün sübutlara hüquqi qiymət verilməli idi. Digər tərəfdən məhkəmə nəzərə almalıydıki, **-TN-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı avtomobil vasitəsi 2013-cü il buraxılışlıdır. Həmin vaxtdan bugünə kimi 6 ildən artıq müddət keçmişdir. Avtomobilin ehtiyyat hissələrinin köhnəlmiş olmasını nəzərə alsa, onun dəyəri sözsüz ki, 8.446 manat məbləğində olmayacaqdır. Qətnamədən həmçinin Cavabdeh2 də apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan "İnfiniti G37” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "Cavabdeh2" MMC tərəfindən Babayev Cavabdeh1 istifadəyə verilmiş lizinq obyekti olmuşdur. Babayev Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirdiyindən həm müqavilə və həm də qanunvericiliyin tələbinə uyğun olaraq lizinq verən olaraq "Cavabdeh2" MMC əmlakın lizinq alanın, yəni Babayev Cavabdeh1 mülkiyyətinə keçməsi və müvafiq qaydada qeydiyyata alınması üçün tələb olunan hərəkətləri yerinə yetirmişdir. Lakinbundan sonra Babayev Cavabdeh1 avtomobilin öz adına sənədləşdirilməsini təmin etməmiş və odur ki, avtomobil formal olaraq "Cavabdeh2" MMC-nin mülkiyyəti kimi qalmışdır.Bundan başqa, Babayev Cavabdeh1 lizinqə aldığı "İnfiniti G37" minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı öhdəliklərini "Cavabdeh2" MMC qarşısında tam olaraq yerinə yetirdikdən sonra tərəflər arasında A171 saylı xx xxxxx 2018-ci il tarixli mülkiyyətə vermə aktı da tərtib olunmuşdur.Məhkəmənin, qəzada iştirak etmiş avtomobilin Babayev Cavabdeh1 tərəfindən qanuni əsasla, yəni etibarnamə əsasında idarə etmədiyindən subroqasiya hüququ üzrə tələb olunan məbləğin Babayev Cavabdeh1 ilə yanaşı həm də "Cavabdeh2" MMCdən də tutulmalı olması fikri ilə də razılaşmayaraq bildirirki, lizinq öhdəliyini tam yerinə yetirmiş liziqn alana, yəni lizinq predmetinə mülkiyyət hüququ əldə etmiş şəxsə əmlakın istifadəsi ilə bağlı etibarnamənin verilməsi qanunsuz və əsassız olardı. Belə ki, müqavilə ilə müddəti bildikdən sonra belə bir etibarnamənin verilməsi nə qanunvericiliklə nədəki, lizinq müqaviləsi ilə nəzərdə tutulmamışdır. Bunun əvəzinə, öncə də qeyd olunduğu kimi, avtomobilin Babayev Cavabdeh1 mülkiyyətinə keçməsi ilə bağlı sənəd təqdim olunmuşdur.Nəhayət, məhkəmənin nəticəyə gələrkən istinad eldiyi Mülki Məcəllənin 1108.2-ci maddəsində yüksək təhlükə mənbəyinin sahibinin və həmin mənbəyə hüquqa zidd hərəkətlər nəticəsində yiyələnmiş şəxslərin məsuliyyəti müəyyən olunmuşdur, lizinq predmeti olmuş "İnfiniti G37" minik markalı **-PJ-*** dövləl qeydiyyat nişanlı avtomobili də lizinq müqaviləsinə əsasən məhz Babayev Cavabdeh1 sahibliyinə verilmiş, o, həmin avtomobilə hüquqa zidd hərəkətlər nəticəsində yiyələnməmişdir. Məhkəmə iclasında Cavabdeh2n nümayəndəsi X5 şikayəti müdafiə etdi, həmçinin bildirdi ki, cavabdeh Babayev Əli neçə ay keçməsinə baxmayaraq öz adına avtomobili rəsmiləşdirməyib. “xxxxxxxxxxxx” da onları cavabdeh qoyub. Onların xəbəri olmadan rayon məhkəməsində işə baxılıb. Onlarla müqavilə müddəti bitdiyindən cavabdeh kimi cəlb edilmələri əsassızdır. Onların səhvi ondan ibarət olub ki, cavabdehin avtomobili öz adına keçməsini təmin etməyiblər. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı və cavabdeh Babayev Cavabdeh1 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, cavabdeh Babayev Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Babayev Cavabdeh1 Cavabdeh2 MMC-nin mülkiyyətində olan "İnfiniti G37” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş və nəticədə X1 məxsus «xxxxxxxxxxxx» ASC-də sığortalanmış “Toyota Corolla” markalı, **-TN-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Həmin yol nəqliyyat hadisəsində Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin xx.xx.2018-ci il tarixli TP ******* nömrəli qərarına əsasən Babayev Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. X1 məxsus “Toyota Corolla” markalı, **-TN-*** dövlət nömrə nişanlı avtomobil «xxxxxxxxxxxx» ASC-də sığortalı olduğundan vurulmuş zərər “xxxxxxxxxxxx” ASC tərəfindən ona ödənilmişdir. Həmin hüquqa zidd hərəkət nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında “xxxxxxxxxxxx” ASC-yə keçmişdir. Lakin sübutların məcmusu ilə təsdiq edilmişdir ki, X1 məxsus “Toyota Corolla” markalı, **-TN-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 8.446 manat həddindədir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının avtomobilinə vurulmuş zərərin həcmi kimi ekspert rəyi əsas götürülməlidir. Belə ki, iddiaçı “xxxxxxxxxxxx” ASC sığortalanmış avtomobilə vurulmuş zərərin 9719,45 manat olduğunun sübutu kimi məhkəməyə yalnız hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olan fiziki şəxs X4 tərəfindən verilmiş təmir kartını təqdim etmişdir. Lakin həmin kartın hansı meyarlar əsasında tərtib edildiyi bəlli deyildir. Eynilə, cavabdehlər tərəfindən də dəymiş ziyanın məbləği ilə bağlı məhkəmədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, vurulmuş əmlak ziyanının məbləği ilə bağlı olaraq mötəbər sübut kimi iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən olunmuş nəticə əsas götürülməlidir. Yol nəqliyyat hadisəsi nəticəsində mülki hüquq pozuntusu törətmiş cavabdeh Babayev Cavabdeh1 digər Cavabdeh2 MMC-nin mülkiyyətində olan "İnfiniti G37” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə nəzərdə tutulmuş qanuni əsasla, yəni etibarnamə əsasında idarə etmədiyindən, qeyd olunan məbləğ hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Cavabdeh2 MMC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 ünvanladığı xx.xx.2018-ci il tarixli, 667/18 nömrəli məktubu ilə bağlı qeyd edir ki, borc Babayev Cavabdeh1 tərəfindən Lizinq Şirkətinə tam ödənilsə də, Lizinq Şirkəti avtomobilin Babayev Cavabdeh1 adına keçirilməsinə etiraz etməsə də, yol nəqliyyat hadisəsi baş verən zaman həmin avtomobil Lizinq şirkətinin mülkiyyətində olmuş və Lizinq şirkəti tərəfindən Babayev Cavabdeh1 avtomobilin idarə edilməsi ilə bağlı səlahiyyət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ona aid hissədə ləğv edilməsi və iddianın ona aid hissədə təmin edilməməsi üçün əsasdır, cavabdeh Babayev Cavabdeh1 apellyasiya şikayəti isə, qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas deyildir. Belə ki, iddia tələbinin faktiki əsası (faktiki hallar), Cavabdeh2nə münasibətdə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə Cavabdeh2nə münasibətdə düzgün olmamışdır. Əvvəla, birinci instansiya məhkəməsi vurulmuş zərərin məbləği hissəsində yekun nəticəyə gələrkən nə iddiaçı, nədəki cavabdeh Əli Babayev tərəfindən təqdim edilən “Təmir kartı” yaxud “X11”nı nəzərə almamış, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmiş məbləği əsas götürmüşdür. Belə ki, vurulmuş zərərin məbləğinin düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan istifadə etməklə rəy vermiş, o cümlədən rəy verərkən avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq etmişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi "Cavabdeh2" MMC-yə münasibətdə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, qeyd olunan avtomobil sonuncunun mülkiyyətində qalsa da o lizinq obyekti olmuş və lizinq müqaviləsi əsasında Əli Babayevin istifadəsinə və sahibliyinə verilmişdir. Əli Babayev də lizinq müqaviləsi üzrə öhdəliyini tam yerinə yetirdiyindən MMC tərəfindən avtomobilin lizinq alanın mülkiyyətinə keçməsinə dair xx xxxxx 2018-ci il tarixdə Baş Dövlət Yol Polisinə rəsmi qaydada müraciət edilmişdir. Buna baxmayaraq, sığorta hadisəsi baş verənədək Əli Babayev avtomobilə dair hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq hərəkətləri yerinə yetirməmişdir. X7 etibarnamə əsasında deyil, lizinq müqaviləsi əsasında verilmişdir. Lizinq müqaviləsi üzrə öhdəliklər yerinə yerinə yetirildikdən sonra, yəni faktiki olaraq avtomobilə mülkiyyət hüququ əldə etmiş şəxsə onun istifadəsi ilə bağlı yenidən hansısa səlahiyyətlərin, o cümlədən etibarnamənin verilməli olması nə qanunvericilikdə, nədə lizinq müqaviləsində nəzərdə tutulmamışdır. Göründüyü kimi, Əli Babayev lizinq predmeti olan avtomobilə qanuni əsaslarla sahiblik etdiyindən Mülki Məcəllənin 1108.1-ci maddəsinin 2-ci cümləsində olan normanın tələbinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi sonuncu ilə yanaşı "Cavabdeh2" MMC-nin də üzərinə qoyula bilməzdi. Lakin birinci instansiya məhkəməsi bu hissədə maddi hüquq normalarının tələblərini pozaraq iş üzrə düzgün nəticəyə gəlməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, Babayev Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 isə apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-3171/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 mübahisələndirdiyi hissədə ləğv edilməli, iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2n apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-3171/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi Cavabdeh2nə aid hissədə ləğv edilsin və iddia ona münasibətdə təmin edilməsin. Cavabdeh Babayev Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-3171/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi Babayev Cavabdeh1 mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7553/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7553/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver