Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7560/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayon Dövlət Yol Polisi Şöbəsinə və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: "maddi və mənəvi zərərin ödənilməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayon X9 Şöbəsinə və Cavabdeh2 qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2037/2022 saylı işi üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçının Bakı şəhəri Nizami rayon X9 Şöbəsinin vurduğu maddi zərərə görə 100 manat, mənəvi zərərə görə isə 1000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin alınaraq ona ödənilməsinə dair iddiası (iş səh. 35,45) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2037/2022 saylı işi üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1115; Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1, 78.1, 80, 81, 88,119.1, 218.1-ci maddələrinə istinadən) təmin edilməmiş, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. İddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 632/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının surətinə əsasən, İddiaçı, onun barəsindəki inzibati xəta haqqında protokoldan şikayətinin geri qaytarılması qərara alınmışdır; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-764/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətinə əsasən, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir(səh. 3,6-7, 9-10). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2037/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri Nizami rayon X7 dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 manat pulu tutularaq ona ödənilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” qərarı; Maddi mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008 ci il tarixli 7 saylı qərarının 1,2,4-cü bəndləri, “İnsan Hüquqları və X3 Haqqında Konvensiya” nın 41ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1; Mülki Prosessual Məcəllənin 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hakim məcəlləni düzgün tətbiq etməmişdir, çünki mənəvi zərərin ödənilməsi dedikdə, zərərçəkən şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkət və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığam pozulması nəticəsində fiziki əzab çəkməsi anlayışıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlaranın pozulmasının müstəqil nəticəsidir.O,həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir, bu işdə aydındır ki, o bununla bağlı nəsə sübutu kağız formasında və ya başqa formada təqdim edə bilməyəcəkdi, hazırki iddia ilə Nizami rayon məhkəməsinə ona görə müraciət etmişdir ki, əsassız protokol tərtib edən inspektor hazırki cavabdeh bundan sonra bu qanunsuzluqlara yol verməsin. O, cavabdehin əməllərindən ciddi şəkildə iztirablar keçirmişdir, onun tərtib etdiyi protokola görə uzun uzadı məhkəmə proseslərinə cəlb edilib. Burada sual yaranır ki, niyə görə o, Cəbrayılı İlqar tərəfindən qanunsuzluqlara görə əzab əziyyətlər çəkməlidir? Ona görə də bu kimi qanunsuz hərəkətlər edərək vətəni incidən ona qarşı əsassız və qanunsuz mövqe nümayiş etdirərək heç bir sübut, fakt, əsas olmadan cərimə tətbiq edilməsi barədə protokol tərtib edən cavabdeh maddi və mənəvi təzminat ödəməlidir. Cəbrayılı İlqara dövlət ona görə əmək haqqı ödəyir ki, əsassız protokollar yazsın. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə hüquqa ziddir, hüququn alt üst edilməsi deməkdir. Bundan başqa bütün dünyada inkişaf etmiş ölkələrdə qanunsuz hərəkət edən hüquqi və fiziki şəxslər məsuliyyət daşıyır, onların qəbul etdikləri qərarlar insanların əleyhinə olduqda ləğv edildiyi təqdirdə hüquqi və ya fiziki şəxs tərəfindən vurulmuş mənəvi zəzər kompensasiya edilir, ancaq Nizami rayon Məhkəməsi qanunsuz qətnamə yazmaqdan başqa heç nə etməmşdir, bu da gələcəkdə insanların hüquqlarının pozulmasi ilə nəticələnəcəkdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsi apellyasiya şikayətinə elektron məhkəmə sistemi vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı qarşı YPX inspektoru Cavabdeh2 tərəfindən hər hansı kobudluq, qanun pozuntusu edilməmişdir, sadəcə onun tərəfindən yol hərəkəti qayda pozuntusu törədildiyindən həmin faktı aşkar etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. İddiaçı xüsusi hüququ olan sürücülük hüququndan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduğuna görə 2022-ci il ərzində İXM-nin 327.2, 329.1, 329.1, 327.2-ci maddələrinə əsasən bir neçə inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilmiş,həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsinə əsasən inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə inzibati xəta haqqmda protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Göründüyü kimi İddiaçı iddia tələbi əsassızdır və ona qarşı inzibati xəta haqqında protokol tərtib edilən və qərar çıxarılan zaman ona hər hansı maddi və mənəvi ziyan vurulmamışdır.
5. İddiaçı apellyasiya şikayətini müdafiə edərək,iddiasının maddi zərərə aid hissəsinə dair hər hansı sübutunun olmadığını, bu baxımdan iddiasının mənəvi zərərə aid olan hissəsinin Nizami rayon Dövlət X8 tutulmasını xahiş etmiş, cavabdehin etirazının əsassız olduğunu, qeyd edilən protokolların məhkəmə tərəfindən ləğv edildiyini bildirmişdir.
6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Bakı şəhəri Nizami rayon X9 Şöbəsi və Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə-yəni tələbin mənəvi zərər hissəsində yoxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsi öz etirazında iddiaçıya maddi və mənəvi zərərin dəymədiyini qeyd etmiş və başqa əsaslarla etiraz irəli sürməmiişdir. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir
9. Polis haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 5 . İ. Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur. İİ. Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır. İİİ. Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir. İV. Hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir. V. Polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir. Vİ. Şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur. Vİİ. Polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən: Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 5.1. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Maddə 5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Maddə 5.3. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. 11.Təhqiqat, İbtidai İstintaq, Prokurorluq Və Məhkəmə X1 X4 X5 Haqqında Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4 . Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Maddə 7 . Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə X1 nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində zərər çəkmiş şəxsin (bu şəxs öldüyü, yaxud fəaliyyət qabiliyyətini itirdiyi hallarda isə - onun hər hansı qohumunun) tələbi ilə məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış yerinə məlumat verməli, habelə şübhəli və ya təqsirləndirilən şəxsi ləkələyən məlumatlar dərc edən kütləvi informasiya vasitəsi vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir. Göstərilən halda kütləvi informasiya vasitəsi Tərəfindən icrası məcburi olan müvafiq tələbi həmçinin ərazi və ya ixtisaslaşdırılmış prokuror verməyə haqlıdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları onların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir. Maddə 11. Şəxs barəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, habelə inzibati xəta barədə iş üzrə icraata xitam verildikdə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində X5 cinayət təqibinin və ya inzibati xətalar haqqında işlər üzrə icraatın gedişində mümkün olmadıqda, həmin orqan buna hüququ olan şəxsə (bu şəxs olmadıqda isə - onun hər hansı qohumuna) pozulmuş hüquqlarının bərpa edilməsi və X5 qaydalarını izah etməlidir. Maddə 12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə X1 X4 X5 barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
13. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.
14. Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslılığını yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 26, 60, 71; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 372, 385, 386, 387-ci maddələrinə istinadən tam və hərtərəfli araşdırma aparıb, apellyasiya şikayəti ilə (mübahisələndirilən dəlillərlə) əlaqəli şəkildə nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilən hissədə işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilərək iddia ərizəsi üzrə qismən düzgün olmayan nəticəyə hasil olunmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi sübutların mənəvi zərər hissəsində işin halları ilə uzlaşdırmayaraq mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, cavabdehin (polis əməkdaşının) hərəkətləri və s. vacib hallar nəzərə alınmayaraq, mənəvi zərərə görə məbləğin tutulması təmin edilməmişdir. Mənəvi sarsıntıya dair qeyd edilməlidr ki, bu sarsıntının insana kiminsə tərəfindən mənəvi ziyan vurması üçün sonuncu qanuna zidd əməlləri sübuta yetirilməlidir ki, bu da, digər inzibati xəta haqqında işə dair proses üzrə qəti sübuta yetirilən əsaslara uyğun müəyyən edilə bilər. Mülki məsuliyyətinin müəyyən edilməsi üçün cavabdehin hərəkətlərinin qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin biləvasitə iddiaçıya yönəlməsi və məhz bunun nəticəsində sonuncuya mənəvi zərər dəyməsi sübuta yetirilməlidir ki, inzibati xəta haqında qərarla iddiaçının təqsirli olması sübuta yetirilmədiyindən bu halın əlavə olaraq mülki icraat çərçivəsində sübuta yetirilməsinə zərurət qalmır. Hamıya bəlli olan hallar sübuta ehtiyacı yoxdur. İnzibati xətanın törədilməsində təqsirləndirilən və bu müstəvidə polis orqanı əməkdaşının (işçinin) əməlləri nəticəsində çəkişmələrə məruz qalmış iddiaçının mənəvi sarsıntıların keçirməsinin sübuta ehtiyacı olmadığından müvafiq polis orqanı bölməsi (işəgötürən) mülki məsuliyyət daşımalıdır.Aydınlaşdırılmalı hal-mübahisə edilən hissədə-mənəvi zərərə görə qət edilən kompensasiyanın məbləği ola bilər ki, bu da ağlabatanlıq, mütənasiblik, tərəflərin maddi vəziyyətlərinə və digər diqqətəlayiq xüsusatlara müvafiq olan meyarlara cavab verməlidir.
15. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi ilə bağlı mənəvi zərərə görə qət edilən kompensasiyanın məbləği inzibati xəta haqqında qərar və hərəkətlər üzrə mütənasiblik təşkil etməli və iddiaçının xeyrinə tutulmalı olan məbləğ 300 manat dəyərində müəyyən edilməlidir. Belə ki, maddi zərərin müəyyən edilmədiyi və iddiaçının şikayət vermədiyi prosessual vəziyyətdə, mənəvi sarsıntıların dərəcəsinə dair sübutların təqdim edilmədiyi nəzərə alınaraq, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında qərarla müəyyən edilənlərə əsasən ağlabatanlıq meyarları rəhbər tutulmalıdır.
16. Tələb olmadığından apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsümu - məhkəmə xərci onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Mənəvi sarsıntı özlüyündə qeyri-əmlak səciyyəli olsa da, onun nəticəsində vurulmuş mənəvi zərər tələbi əmlak ekvivalentində ifadə olunduğundan əmlak xarakterli hesab edilir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8- 14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)- 2037/2022 saylı işi üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsi qismən (mənəvi zərərin təmin edilməməsi hissəsində) ləğv edilsin və həmin hissədə qismən təmin edilsin. Mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin Bakı şəhəri Nizami RPİ Nizami rayon Dövlət X8 tutularaq İddiaçı ödənilməsi təmin edilsin. İddia qalan (mübahisələndirilən) hissədə təmin edilməsin və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.