Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7567/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4267/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4267/2022 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir.
3. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il il tarixli, 2(001)- 4267/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur.
4. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4267/2022 saylı qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il il tarixli, 2(001)- 4267/2022 saylı qətnaməsindən İddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti, ona əlavə edilmiş sənəd və ödənilmiş 37 manat dövlət rüsumu geri qaytarılmışdır.
5. İddiaçının verdiyi şikayət Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
8. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının apellyasiya şikayəti mümkün hesab edilməlidir.
9. Belə ki, rayon məhkəməsi həmin qərardadında iki fərqli əsasa istinad etmişdir: birincisi, şikayət İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron qaydada imzalansa da, vəkilin apellyasiya instansiyası məhkəməsində səlahiyyətli olmasını təsdiq edən müvafiq order şikayətə əlavə edilməmiş, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı orderdə isə Vəkil yalnız Binəqədi Rayon Məhkəməsində səlahiyyətli olması qeyd olunmuşdur; ikincisi, iddiaçının apellyasiya şikayətində MPM-in 2 saylı Əlavəsində müəyyən olunmuş formaya əməl edilməmişdir.
10. İddiaçının həm də nümayəndəsi olan vəkili tərəfindən həmin qərardadından verilmiş şikayət dair rayon məhkəməsinin xx.xx.20222-ci il tarixli qərardadından məlum olur ki, apellyasiya şikayətini qaytararkən rayon məhkəməsi əlavə əsas kimi şikayətin MPM-in 2 saylı Əlavəsinə uyğun olmamasını qeyd etsə də, rayon məhkəməsi üçün başlıca əsas şikayəti imzalamış vəkilin apellyasiya instansiya məhkəməsində səlahiyyətli olmasına dair orderin şikayətə əlavə edilməməsi olmuşdur.
11. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin həmin mövqeyi əsaslı sayıla bilməz və bununla bağlı aşağıdakıları qeyd edir.
12. Belə ki,MPM-in 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları müəyyən edilmişdir.
13. MPM-in 363.1-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:
14. 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;
15. 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;
16. 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;
17. 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;
18. 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa;
19. 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.
20. Göründüyü kimi, qanunda apellyasiya şikayətinin geri qaytarılması konkret əsasları (halları) göstərilmiş, burada apellyasiya şikayətini imzalamış vəkilin apellyasiya instansiyası məhkəməsində səlahiyyətli olmasını təsdiq edən müvafiq orderin şikayətə əlavə edilməsi kimi bir tələb nəzərdə tutulmamışdır.
21. İddiaçının vəkili rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayətə baxılması barədə qərardadında istinad etdiyi -həm şikayətə apellyasiya mərhələsi üçün vəkil orderinin əlavə edilməməsinə, həm də şikayətin MPM-in 2 saylı Əlavəsinə uyğun olmaması ilə bağlı hallara əsaslandırılmış şəkildə münasibət bildirərək: - apellyasiya şikayəti verilməsinə görə apellyasiya instansiya mərhələsi üçün vəkilin yeni orderinin tələb olunmasının prosessual qanunvericiliyə uyğun olmadığını; - rayon məhkəməsinin qətnaməsində yol verilmiş pozuntuların da şikayətində konkret olaraq, həm də qanun normasına istinad etməklə göstərdiyini, Əlavədə göstərilən qrafaların (bəndlərin) heç də hamısının mütləq şəkildə doldurulmasının tələb olunmadığını xüsusi olaraq göstərmişdir.
22. İddiaçının vəkilinin şikayətinə baxan rayon mıhkəməsi şikayətin dəlilləri ilə razılaşmamış və bu vaxt mövqeyini Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və order markası haqqında” Əsasnaməyə istinad etməklə əsaslandırmışdır.
23. Bunula bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
24. Belə ki, MPM-in 13-cü maddəsində mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar dairəsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının X12ına və normativ xarakterli aktlara əsasən həll edir.
25. Məhkəmə işə baxarkən X12 arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir (maddə 13.2.).
26. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan X12la (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir (maddə 13.3.).
27. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir (maddə 13.4.).
28. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür (maddə 13.5.).
29. İcraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər (maddə 13.6. ).
30. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun (maddə 13.7.).
31. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiyasında Konstitusiyanın hüquqi qüvvəsi, qanunvericilik sisteminə daxil oilan aktlar, eləcə də X12a dair tələblər təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsini müəyyən edən 147ci maddəsinə görə: İ.Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. İİ. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. İİİ. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.
32. Konstitusiyanın 148-ci maddəsində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktların dairəsiaşağıdakı kimi müəyyən edilmişdir: I. Qanunvericilik sistemi aşağıdakı X12dan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. III. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir. IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır. V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.
33. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində X12a dair tələblər nəzərdə tutulmuşdur. I. X12 hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. V. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. VI. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən X12ın qüvvəsi geriyə şamil edilir. Başqa X12ın qüvvəsi geriyə şamil edilmir. VIII. X12 dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. X12ın dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir - “ X12 Haqqında ” Azərbaycan Respublikası Konstitusiya Qanunun 2-ci maddəsində də X12 və onların hüquqi qüvvəsi aşağıdakı kimi göstərilmişdir: 2.1. X12ın növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. 2.2. X12ın hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. 2.3. Referendumla qəbul edilmiş akt (bundan sonra – referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir. 2.4. Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendum aktı tətbiq edilir. 2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. 2.6. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. 2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının X12ı fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. 2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının X12ı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. 2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. 2.10. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının X12ının hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin V hissəsi və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 49-cu maddəsinin İİ, İİİ, İV və V hissələri ilə müəyyən edilir.
34. Həmin qanunun 3-cü maddəsində qeyri-X12 və onların hüquqi qüvvəsi aşağıdakı kimi təsbit olunmuşdur: 3.1. Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-X12 sayılır. 3.2. Qeyri-X12 müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir. 3.3. Qeyri-X12a aşağıdakılar aiddir: 3.3.1. Azərbaycan Respublikası Milli Məclisinin qərarları; 3.3.2. Azərbaycan Respublikası Prezidentinin sərəncamları; 3.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları; 3.3.4. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları; 3.3.5. bu maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ hesab edilən digər hüquqi aktlar.
35. Həmin qanunda həmçinin normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi göstərilmişdir(maddə 4.). 4.1. Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: 4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1- 7-ci bəndlərinə və İV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları; 4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; 4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları; 4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları; 4.1.5. Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları; 4.1.6. yerli özünüidarə orqanlarının qərarları; 4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları. 4.2. Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz. 4.3. Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir. 4.4. X8 4.1.1-ci maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının X12ı ilə ziddiyyət təşkil edə bilməz.
36. Bununla da istinad olunan qanunvericilik aktlarının təhlilindən aydın olur ki, rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında istinad etdiyi Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və order markası haqqında” Əsasnamə MPM-in 13-cü maddəsində təsbit olunmuş və məhkəmənin tətbiq etməli olduğu hüquqi aktlar sırasına aid deyildir.
37. Bundan əlavə, rayon məhkəməsi nəzərə almamışdır ki, hətta hər bir instansiya mərhələsi üçün vəkilin ayrıca orderinin istənilməsi halında belə, vəkilin birinci instansiya məhkəməsi üçün təqdim etdiyi order həmin iş üzrə yekun məhkəmə aktının çıxarılmasını deyil, həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktı üzrə apellyasiya şikayətinin mümkünlüyünə dair qərar qəbul edilənədək həyata keçirilən (hansı instansiyada olmasından asılı olmayaraq) bütün prosessual hərəkətləri, o cümlədən də məhkəmə aktındakı yanlışlıqların aradan qaldırılması, əlavə qətnamənin çıxarılması, qiyabi qətnamənin ləğv edilməsi barədə və s. ərizələrin, eləcə də qətnamədən apellyasiya şikayətinin verilməsini də əhatə edir.
38. Hər hansı əks yanaşma anlaşılmaz olmaqla, həm də yüksək keyfiyyətli hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət etmiş şəxslərin konstitusion hüquqlarına xələl gətirmiş olardı.
39. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna təminat verilmişdir.
40. Bu konstitusion təminat isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən olunmuş qaydada vəkil statusu əldə etmiş vəkillər tərəfindən həyata keçirilir (həmin qanunun 1 və 3-cü maddələri).
41. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən birinci və apellyasiya instansiyası məhkəmələrində mülki işlərə baxılmasında vəkilin iştirakı yalnız müraciət etmiş şəxslə bağlanılan müqavilə əsasında mümkündür (həmin qanunun 5-ci maddəsinin İV bəndi).
42. Belə olan halda, birinci instansiya məhkəməsində yekun məhkəmə aktının çıxarılmasından sonra həyata keçirilən bir sıra prosessual hərəkətlərin hər biri üçün, o cümlədən də apellyasiya şikayətinin verilməsi üçün vəkildən yeni order istənilməsi (tələb olunması), öz -özlüyündə vəkilin hüquqi yardım almaq üçün müraciət etmiş şəxslə yeni müqavilə bağlanmasını nəzərdə tutur ki, bununla da hüquqi yardıma ehtiyacı olan şəxs yenidən müvafiq ödəmələr etməyə məcbur edilir ki, bu isə hər kəsin məhkəməyə müraciət etmək hüququna dair Azərbaycan Respublikası Konstitusiyasında (maddə 60.), eləcə də Avropa Konvensiyasında (maddə 6.1.) müəyyən olunmuş təminatlarla uzlaşmır, başqa sözlə desək, şəxsin məhkəməyə “çatımlılıq” hüququnu əngəlləmiş olur.
43. X13 Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) “Fəhmin Hacıyev Azərbaycana qarşı” işdə (16 iyuun 2015-ci il tarixli qərar) bildirmişdir ki, məhkəməyə müraciət etmək hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən edilmiş hüququn ayrıca hissəsidir.
44. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: “ Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdadfiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.
45. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X7rşı işlər).
46. “X2rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”.
47. Yuxarıda sadalanan məhkəmə presedentlərindən görünür ki, Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən əgər milli qanunvericilikdə mövcud olan boşluq, yaxud nəzərdə tutulmuş qayda Konvensiyaya ziddirsə, belə olan halda Konvensiyanın müddəaları rəhbər götürülməlidir.
48. “X2rşı”, “ Beles və digərləri Çexiya Respublikasına qarşı”, “RTBF Belçikaya qarşı” işlərdə Avropa Məhkəməsi bildirmişdir ki, “prosessual qaydanın daxili məhkəmələr tərəfindən xüsusilə ciddi şəkildə şərh edilməsi məhkəməyə çatım hüququndan məhrum edə bilər”.
49. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüquqnu və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.
50. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X4rşı iş).
51. Demək ki, rayon məhkəməsi tərəfindən hazırkı iş üzrə iddiaçı tərəfin apellyasiya şikayətinin, məhz apellyasiya instansiya üçün orderin əlavə edilməməsi əsasına görə geri qaytarılması qanunsuz və əsassız olmuşdur.
52. Eyni zamanda, iddiaçının həm də nümayəndəsi olan vəkili Vəkil tərtib etdiyi apellyasiya şikayətindən məlum olur ki, şikayətin MPM-in 2 saylı Əlavəsinə uyğun olmaması ilə bağlı rayon məhkəməsinin gəldiyi qənaət də əsaslı deyildir. Çünki qanunvericiliyə əsasən şikayətin həmin Əlavə uyğun tərtib olunması tələbi, heç də bütün hallarda (və yaxud hər bir halda) Əlavədəki bütün hissələrin (qrafaların) doldurulmalı olması anlamına gəlmir. Mümkündür ki, tərəf şikayətində yalnız maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqeyini (dəlillərini) göstərsin və Əlavənin bu hissəsini doldursun, işə baxan məhkəmə tərəfindən hər hansı prosessual pozuntuya yol verilməmişdirsə, onda şikayətçidən Əlavədə prosessual hüquq normasının pozulmasını və ya düzgün tətbiq edilməməsinə dair mövqeyini (dəlillərini) əks etdirməli olduğu hissədə (qrafada) hər hansı mövqe bildirməməsi tamamilə anlaşılandır. Bəzi işlərdə isə bunun tam əksi baş verə bilər, yəni şikayətçi məhkəmənin yalnız prossesual pozuntularını göstərə bilər, (məsələn, işə tərəfiə mləumat vermədən baxılması və s.) maddi hüquq normasının tətbiqi ilə bağlı hər hansı pozuntu olmadığından və ya görmədiyindən, şikayətində Əlavənin bununla bağlı hissəsini(qrafanı) boş saxlaya bilər. Bütün bunlar isə şikayətin MPM-in 2 saylı Əlavəsinə uyğun olmaması kimi qiymətlədirilərək onun geri qaytarılmasının yolverilməz olduğunu göstərir.
53. Bütün yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
55. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
56. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4267/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun və İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4267/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev