Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7584/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdeh1 MTK-nın nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikintisi Kooperativi və Kooperativin sədri Cavabdeh2 qarşı ("xxxx" MMMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilə öhdəliklərinin icra olumaması, dayanacağa sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 saylı qətnaməsindən cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı 31 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MTK-nın üzərinə İddiaçı ilə ünvan 1 ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması, İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna Cavabdeh1 MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması, Cavabdeh1 MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20117 manat və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 250 manatın Cavabdeh1 MTK-dan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4239/2022 saylı 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixdə məktuba imza ataraq qətnaməni rəsmi qaydada qəbul etmişdir. Cavabdeh1 MTK tərəfindən xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti verilmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 qətnamədən məlumatı olmadığını, ərizə ilə müraciət etdikdən sonra qətnamənin surətini əldə etdiyini göstərdi. Digər cavabdehin nümayəndəsi-vəkili də cavabdeh tərəfin qətnamədən məlumatlı olmadığını qeyd etdi. İddiaçının vəkili isə cavabdehlərin qətnamədən məlumatlı olduğu halda prsosessual hüquqlardan sui-istifadə etdiyini bildirdi. Kollegiya hesab edir ki, qətnamədən cavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qətnamənin surəti cavabdehlərin ünvanına bir məktubla göndərilmiş və poçt zərfi “yoxdur” qeydi ilə geri qaytarılmışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, cavabdehlərin nümayəndəsi-vəkili qismində çıxış edən Vəkil1 qətnamənin elan edildiyi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir. Daha əvvəlki müxtəlif tarixli məhkəmə iclaslarında həmçinin Cavabdeh2 özü də məhkəmə iclaslarında iştirak etmişdir. Daha sonra iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması ilə bağlı həm Vəkil1, həm də Cavabdeh2 (eyni zamanda digər cavabdeh MTK-nın sədri) telefon nömrəsinə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi də nümayəndə-vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Görünən odur ki, cavabdehlərin ünvanına göndərilmiş qətnamə geri qaytarılmış olsa da, cavabdehlərin nümayəndəsi-vəkili məhkəmə iclasında iştirak etmiş, qətnamədən məlumatlı olmuş, eyni zamanda daha sonra iddiaçının şikayəti üzrə işə Bakı Apelyasiya Məhkəməsində baxılması barədə cavabdehlərə SMS bildiriş göndərilmiş, yəni məlumatlandırılmışlar, qətnamə isə həmin nümayəndə-vəkilin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehlərin birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatsız olmaları inandırıcı və ağlabatan hesab edilmir. Cavabdeh2 bir neçə məhkəmə iclasında iştirak etmiş, yəni mübahisədən, məhkəmə icraatında işin olmasından məlumatlı olmuş, həmçinin nümayəndə-vəkil qismində çıxış edən Vəkil1 qətnamənin elan edildiyi məhkəmə iclasında iştirak etmiş və məlumatı olmuşdur, belə olan halda barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı olan tərəf qətnamənin surətini əldə etmədiyi halda vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdeh isə məlumatlı olduğu halda uzun zaman hərəkətsizlik göstərmiş, yalnız qətnamə icraya yönəldikdən sonra ərizə ilə müraciət edərək qətnamənin surətini əldə etmiş və apelyasiya şikayəti vermişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yönəlmişdir. Ona görə də apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 saylı qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş apelyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli 2(103)-7584/2022 saylı qərardadı ləğv olunsun, apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7584/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7584/2022
30.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver