Məhkəmə qərarları › İş №2(103)-7591/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7591/2022

05.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7591/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil1? Cavabdeh2 və 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi-Vəkil2 itirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(001)-173/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 9B ünvanda yerləşən 603.1 kv.m. zirzəmi sahəsinə dair mülkiyyət hüququnun təsbiti haqqında Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iclasında işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçılar Cavabdeh2 və X2 cavabdeh “Yasamal 32” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi ev 9B ünvanında yerləşən 582.30 kv.metr və X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi ev 9B ünvanında yerəşən 589.8 kv.metr qeyri- yaşayış sahələrinə cavabdehin nümayəndələri və qeyriləri tərəfindən olunan müdaxilənin və maneənin aradan qaldırılması barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Yasamal 32” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən apellyasiya şikayəti əsasında başlanmış 2(103)-2022 /2022 saylı mülki iş Bakı Apelyasiya məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyasının iclasında tərəflər mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-2002/2022 saylı mülki işə birləşirilməsinə etiraz etmədiyini bildirmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(103)- 7591/2022 saylı mülki iş, iddiaçılar Cavabdeh2 və X2 cavabdeh “Yasamal 32” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə qarşı “mülkiyyətə müdaxilənin və maneənin aradan qaldırılması” tələbinə dair 2(103)-2002/2022 saylı mülki işlə birləşdirilərək 2(103)-2002/2022 nömrə altında bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar