Məhkəmə qərarları › İş №2(103)-7592/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7592/2022

18.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7592/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, iddiaçı Həsənəliyeva (Abdullayeva) Natəvan Əfsəl qızının cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə, mənzilə istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınma barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı Natəvan Həsənəliyevanın şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qarardadla qərara alınıb ki, Səbail RM-nin 2(009)-827/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə Cavabdeh1 ərizəsi təmin edilsin və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı Natəvan Həsənəliyevanın şikayətində tələb olunub ki, qərardad ləğv edilsin, Cavabdeh1 ərizəsi təmin edilməsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qətnamənin aid olduğu mülki iş məhv edilib, ona görə də itirilmiş icraat sayılır. Bu səbəbdən qətnamənin Cavabdeh1 verilib-verilmədiyini, əgər verilibsə hansı tarixdə verildiyini müəyyənləşdirən sənəd yoxdur. Cavabdeh1 özü bildirir ki, qətnaməni xx.xx.2020-ci ildə alıb. Cavabdeh1 ilk dəfə xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verib, lakin bu şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilib, səbəb isə ondan ibarət olub ki, hazırkı vəziyyətdə apellyasiya şikayətinə baxılması mümkün deyil, itirilmiş məhkəmə icraatı bərpa edildikdən sonra bunun mümkünlüyü məsələsinə baxıla bilər. Bundan sonra Cavabdeh1 itirilmiş məhkəmə icraatının bərpası üçün ərizə ilə Səbail RM-nə müraciət edib. Həmin ərizənin əsasında itirilmiş məhkəmə icraatının bərpası başlanıb, Səbail RM-nin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, ərizə təmin edilsin, 2(009)-827/2007 nömrəli mülki iş üzrə məhv edilmiş (itirilmiş) icraat bərpa edilsin. İtirilmiş icraat bərpa edildikdən sonra Cavabdeh1 Səbail RM-nin 2(009)-827/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti verib, eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib. Məhkəmə, xx.xx.2007-ci il tarixli qətnamənin aid olduğu 2(009)-827/2007 nömrəli mülki işin məhv edildiyini (itirildiyini), daha sonra isə itirilmiş məhkəmə icraatının bərpa edildiyini nəzərə alaraq hesab edir ki, Səbail RM qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsinin səbəbini üzrlü hesab etməklə düzgün nəticəyə gəlib, bu nəticə Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinin mahiyyətinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, səbəbin üzrlü hesab edilməsi müddətin bərpası mənasını verir. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar