Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7604/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, Qədir ova Səadət Rövşən qızı, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı19 və İddiaçı20 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşmaq azadlığını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1738/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, Qədir ova Səadət Rövşən qızı, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı19 və İddiaçı20 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşmaq azadlığını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, Ə- S08-003 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq Əhmədovlara 40000 manat pulun tutulması, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin müraciətə cavab verməməsinin qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50.000 manat pul tutulması, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 və İddiaçı14 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 1-S14-003 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 və İddiaçı14 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50.000 manat pul tutulması, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı19 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 1-Sİ5-003 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı19 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 40.000 manat pul tutulması, İddiaçı20 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, İ-176-003 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı20 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1738/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçılara qaytarılması, qərara alımış, iddiaçılara həmin iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Həmin qərardaddan iddiaçılar şikayət verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün yeni baxışa qaytarılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin məktub və hərəkətlərinin qanunsuz hesab edilməsini və buna maneçiliyin aradan qaldırılmasını xahiş etmişlər. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-1738/2020 saylı qərardadı ilə iddanın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Cavabdehin məktublarının hüquqi əsası yoxdur və bu faktiki olaraq sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması deyil, qadağan edilməsidir. Məktubda “Covid-19” pandemiyası ilə bağlı ölkədə karantin rejiminin mövcud olmasına müraciət edilməsi dəlilləri də əsassızdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1738/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, iddiaçılar tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışıdr. Həmin qərardaddan narazı qalan iddiaçılar şikayət verərək, qərardadın ləğv edilməsini, sonrakı prosessual hərəkətlərin həll edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın əsaslandırılması anlaşılan deyil, çünki vəkil orderi Ali Məhkəməyə verilən kassasiya şikayətləri üçün nəzərdə tutulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1738/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçıların Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1738/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 7-508-003 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xx xxxxxx 2020-ci il tarixinədək xüsusi karantin rejimi tətbiq edilmişdir. Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, ölkə ərazisində tətbiq olunmuş karantin rejiminin davam etdiyini nəzərə alaraq, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı aksiya keçirmək deyil, aidiyyəti üzrə müraciət etməyinizi tövsiyə edirik. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2020-ci il tarixində Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında planlaşdırdığınız toplantının keçirilməsini məqsədəmüvafiq hesab etmirik. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası MPM-nin 32.7-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinin tələbinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Şikayətin göstərilən prosessual normaların tələblərinə cavab verməməsi onun Azərbaycan Respublikası MPM-nin 408.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə xx xxxxx 2015-ci il tarixli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, “inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.” Kollegiya qeyd edilən normaların tələblərinə müvafiq olaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-1738/2020 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan ona görə imtina edilmişdir ki, inzibati məhkəməyə aid olan iddia ərizəsi ümumi məhkəməyə verilmişdir, yəni məhkəmə aidiyyəti qaydalarına riayət edilmədiyindən məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. Belə olan halda, aidiyyət məsələsi mübahisələndirildiyindən, birinci instasniya məhkəməsinin həmin qərardadından verilmiş şikayətə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, həmin qərardaddan verilmiş şikayət qanunvericilikdə müəyyən edilmiş qaydada, yəni şikayəti vermiş şəxslərlə (iddiaçılarla) yanaşı, şikayəti tərtib etmiş vəkil tərəfindən də imzalanmalı və şikayətə vəkilin orderi əlavə edilməli olduğundan birinci instansiya məhkəməsinin iddiaçılar tərəfindən verilmiş şikayətin geri qaytarılmasına dair qərardadı əsaslı olmuşdur. Çünki iş materiallarında şikayət verilməsi üçün vəkil orderi mövcud deyildir. Beləliklə, Kollegiya hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1738/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçıların şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1738/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7604/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7604/2020
09.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver