Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7610/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbul etməkdən imtina barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(011)-7727/2023 saylı qərardadından iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən evin В tikilisinin altında və onun ətrafında yerləşən 315,6 kv.m torpaq sahəsinin onun, A tikilisinin payçılar X2 və Cavabdeh xüsusi mülkiyyəti, A tikilisinin altında və onun ətrafındakı, ümumilikdə 28.4 kv.m torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyəti hesab edilərək hal-hazırki və texniki pasportdakı mövcud faktiki vəziyyətə uyğun olaraq evin və torpaq sahələrinin naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(011)- 7727/2023 saylı qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, iddiaçıya aidiyyəti üzrə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Məhkəmə mövqeyini belə izah etmişdir ki, iddiaçı fərdi yaşayış evinin texniki pasportda qeyd edilən sahələrə uyğun olaraq naturada ayrılmasını tələb edir. Mübahisəli torpaq sahəsinə dair tərəflərin paylarının ayrılması müəyyən edilmir. Bu halda, “fərdi yaşayış evinin texniki pasportda qeyd edilən sahələrə uyğun olaraq naturada ayrılması” tələbinə mülki icraat qaydasında baxıla bilməz, əvvəlcə tərəflərdən hər biri fərdi yaşayış evlərinə uyğun torpaq sahəsinin də əks olunduğu ayrıca texniki pasportların və buna uyğun daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün inzibati orqan olan Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinə, imtina olunduğu halda müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Həmin qərardaddan iddiaçının nümayəndəsi-vəkili Vəkil şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ev, 0,0344 ha torpaq sahəsindən ibarət olmaqla, texniki pasporta və faktiki vəziyyətə əsasən əvvəldən bir-birindən təcrid olunmuş “A” və “B” tikililərindən ibarətdir. İlk əvvəl hər iki tikili X1 məxsus olmuşdur. xx.xx.1999-cu il tarixdə o, 18 kv.m olan “A” tikilisini rəsmi alqı-satqı müqaviləsi əsasında Cavabdeh satmışdır. Həmin vaxtdan bu günədək Cavabdeh həmin tikilidə yaşamış, ora sahiblik etmişdir. Evin digər sahəsinin ona heç bir aidiyyəti olmamışdır. Evin “B” tikilisi hazırda xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmçinin “B” tikilisinin ətrafında olan torpaq sahəsi də, onun sahibliyində, sərəncamında və istifadəsində olmaqla xüsusi mülkiyyətindədir. Evin “A” tikilisi isə, yuxarıda qeyd edildiyi kimi, xx.xx.1999-cu il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. “A” tikilisinin önündə olan kiçik torpaq sahəsi də, Cavabdeh istifadəsində olmuş, daha sonra o, həmin sahəni mətbəx və dəhliz kimi inşa edərək, evinə birləşdirmişdir. Yuxarıda qeyd edilən evə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar da, mövcuddur. Sözügedən evə dair çıxarışlarda hər iki mülkiyyətçinin torpaq sahələri cəm olaraq, 0.0344 ha, tikililərin ümumi sahəsi isə 67,50 kv.m olaraq qeyd edilmişdir. Buna səbəb, evin və torpağın naturada ayrılmaması olmuşdur. Yəni, evin ünvanı bir olduğu üçün, torpağın və tikililərin sahəsi hər iki mülkiyyətçinin çıxarışında eyni olaraq qeyd edilmişdir. 2021-ci il tarixdə Cavabdeh əsassız olaraq iddia etməyə başlamışdır ki, çıxarışda qeyd edilən torpaq sahəsinin yarısı ona məxsusdur. Daha sonra o, cavabdehlər İddiaçı, X3 və X6rşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və digər” tələblərə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsin 19 oktyabr 2022-ci il tarixli, 2(011)-330/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(103)-1604/2023 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsin 19 oktyabr 2022-ci il tarixli, 2(011)-330/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər iki məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsin qanuni qüvvəsini almış 19 oktyabr 2022ci il tarixli, 2(011)-330/2022 nömrəli qətnaməsində də, qeyd edilmişdir ki, “İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi əvvəlcə Məryəm Nurmətovanın mülkiyyətində olmuş, sonuncu yalnız mülkiyyətində olan “A” tikilisi adlanan 18 kv.m-dən ibarət fərdi yaşayış evini iddiaçıya satmışdır. Bu hal iş materiallarında olan alqı-satqı müqaviləsi və digər sənədlərlə öz təsdiqini tapır. Belə ki, Fərdi yaşayış evinin alqı-satqısına dair müqavilədə açıq şəkildə, iddiaçının iddia etdiyi və hazırda İddiaçı məxsus olan torpaq sahəsinin deyil, ünvan 2 ünvanında (yeni qaydalarla ünvan 3 sahəsində yerləşən 18,0 kv.m-dən ibarət “A” tikilisinin iddiaçıya satılması göstərilmişdir. İddiaçıya sonrakı düzəlişlə verilmiş xx.xx.1999-cu il tarixli, 002524 saylı Qeydiyyat vəsiqəsində də iddiaçının 18 kv.m yaşayış, 10.4 kv.m k öməkçi sahədən ibarət “A” tikilisi adlandırılan 1 otaqlı fərdi yaşayış evinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmçinin, Məryəm Nurmətovanın miras əmlakına dair verilmiş qanun üzrə vərəsəlik haqqın d a şəhadətnamədə miras əmlakın ünvan 2 ünvanında (yeni qaydalarla ünvan 4isindən və mülkiyyətdə olan torpaq sahəsindən ibarət olması göstərilmişdir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/23 saylı rəyi ilə müəyyən edilmişdir ki, göstərilən ünvanında “A” və “B” tikililərindən başqa əlavə tikili inşa edilmişdir. “A” tikilisinin qarşısında sahəsi 12,25 kv.m mətbəx sahəsi, 10.32 kv.m olan digər tikili inşa edilmişdir. Hər iki tikilinin yola tərəf ayrıca giriş-çıxışı olduğundan “B” tikilisindən isitifadə “A” tikilisindən və onun yerləşdiyi torpaq sahəsindən sərbəst istifadəyə maneçilik yaratmır. Hər iki tikili bir-birindən təcrid olunmuşdur. Onlar arasında olan qalan boş torpaq sahəsi 70 kv.m-dir. Tikililər arasında rəsmi bölgü olmadığından mübahisəli torpaq sahəsinin konkret hansı tikiliyə aid olmasını və “A” tikilisinin yerləşdiyi torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilərkən də “A” və “B” tikililərinin bir-birindən təcrid olunmaları və hər ikisinin ayrıca giriş-çıxışının olması, “A” tikilisindən “B” tikilisinin yerləşdiyi torpaq sahəsinə, ümumiyyətlə hər hansı keçidin olmaması, “B” tikilisinin yerləşdiyi torpaq sahəsinin faktiki olaraq iki hissəyə bölünərək bir hissəsində inşa edilmiş 12,25 kv.m mətbəxdən və 10.32 kv.m-dən ibarət tikilinin Röyala Məmmədovanın və Timur Hacıyevin sahibliyində, digər hissəsinin isə, üzərində olan tikililərlə birlikdə İddiaçı mülkiyyətində olması müəyyən edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının mülkiyyətində yalnız ünvan 2 ünvanında (yeni qaydalarla ünvan 5isindən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi vardır, onun hazırda İddiaçı mülkiyyətində olan “B” tikilisinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir hüququ yoxdur. Həm iddiaçıya, həm də İddiaçı verilmiş çıxarışlarda daşınmaz əmlakın və torpaq sahəsinin eyni ölçüdə qeyd edilməsinin səbəbi isə “A” və “B” tikililərinin eyni ünvanda ünvanda yerləşmələri ilə bağlıdır. Belə ki, ƏMDK yanında DƏDRX Daınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi Bakı şəhər 1 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə Məhkəmənin sorğusuna verdiyi cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi, 3 saylı fərdi yaşayış evinin ümumi sahəsinin 67,5 kv.m, yerləşdiyi torpaq sahəsinin 0,0344 ha olduğu üçün hər iki çıxarışda sahələr eyni göstərilmişdir. Məhkəmə həm də qeyd edir ki, iddiaçı fərdi yaşayış evini xx.xx.1999-cu ildə alaraq orada yaşamasına baxmayaraq, yalnız 2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir.” Hazırda onunla cavabdeh arasında yuxarıda qeyd edilən evlə bağlı mübahisələri davam etməkdədir. Belə ki, Cavabdeh iddia edir ki, evin ümumi torpaq sahəsi hər iki mülkiyyətçi arasında bərabər şəkildə bölünməlidir. Onun iddiası əsassız olduğu üçün, o, həmin iddianı qəbul etmir və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdehin əsassız iddiaları, həmçinin ünvanın bir olması səbəbindən ortaya çıxan bir sıra problemlərin həlli naminə tikililərin və torpaq sahəsinin faktiki vəziyyətə və texniki pasporta əsasən naturada bölünməsi labüddür. Belə olan təqdirdə hər iki tərəfin ünvanı ayrı olmaqla, gələcəkdə yaranacaq digər problemlərin qarşısı alınacaqdır. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən evin texniki pasportunda evin, torpaq sahəsinin faktiki vəziyyəti və ölçüləri dəqiq göstərilsə də, ancaq çıxarışda “A” və “B” tikilisinin, həmçinin də torpaq sahəsinin ölçüləri tam göstərilib. 2(011)-330/2022 nömrəli iş üzrə keçirilmiş məhkəmətikinti ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/23 saylı rəyi ilə müəyyən edilmişdir ki, göstərilən ünvanında “A” və “B” tikililərindən başqa əlavə tikili inşa edilmişdir. “A” tikilisinin qarşısında sahəsi 12,25 kv.m mətbəx sahəsi, 10.32 kv.m olan digər tikili inşa edilmişdir. Hər iki tikilinin yola tərəf ayrıca giriş-çıxışı olduğundan “B” tikilisindən isitifadə “A” tikilisindən və onun yerləşdiyi torpaq sahəsindən sərbəst istifadəyə maneçilik yaratmır. Hər iki tikili bir-birindən təcrid olunmuşdur.” Beləliklə də, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən evə dair çıxarışda mülkiyyətçi ona məxsus olan “B” tikilisinin və torpaq sahəsinin o, cümlədən mülkiyyətçi Cavabdeh məxsus olan “A” tikilisinin və torpaq sahəsinin faktiki vəziyyətdə olan ölçüləri dəqiq göstərilmədiyi üçün bu cavabdehdə çaşqınlıq yaradıb. Hesab edir ki, bununla bağlı olaraq mülkiyyətçiyə məxsus olan payı “B” tikilisi və torpaq sahəsi hal-hazırda və texniki pasportda göstərilən faktiki vəziyyətə uyğun olaraq naturada ayrılmalıdır. Belə olan halda iddiaçının istər Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinə, imtina alacağı təqdirdə isə, İnzibati Məhkəməyə müraciət etməsi mümkün deyil. Belə ki, istər tikililər, istərsə də, torpaq sahəsi naturada ayrılmayınca Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinə müraciət edilməsi mümkün deyil. Hazırki iddia tələbi üzrə iddia təmin olunduğu təqdirdə, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti tərəfindən hər hansı imtinaya görə müvafiq inzibati məhkəməyə müraciət oluna bilər. Tikililərin və torpaq sahəsinin ayrı olması texniki pasportda göstərilsə də, məhkəmə qərarı əsasında ayrılmalıdır. Bu da, ümumi məhkəmənin səlahiyyətidir. Qeyd olunmalıdır ki, hazırki vəziyyətdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən evin ünvanı bir olduğundan, həmin ünvanda olan tikililərin və torpaq sahəsinin naturada ayrılması rəsmi şəkildə olmayacağı təqdirdə, nə ayrıca çıxarışın, nə də ki,ayrıca texniki pasportun alınması mümkün olmayacaqdır. Əgər tərəflər arasında mübahisə olmasaydı, yəni tərəflər aralarında razılaşdırılmış qaydada bölgü sxemini imzalayıb, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinə təqdim etdikləri təqdirdə, imtina alacaqları zaman müvafiq inzibati məhkəməyə müraciət etməli idilər. Bu aydındır. Lakin hazırki vəziyyətdə inzibati orqanla deyil, fiziki şəxs olan tərəflər arasında mübahisə vardır. Mübahisə olduğu təqdirdə hazırki işə inzibati məhkəmədə baxıla bilməz. Mübahisə inzibati orqanla deyildir. Yuxarıda qeyd edilən ünvanda reallıqda, faktiki olaraq, tikililər və torpaq sahəsi ayrılmışdır. Bunun rəsmi qaydada olması üçün isə, məhkəmə tərəfindən naturada ayrılma barədə qərar olmalıdır. Bu da, inzibati deyil, ümumi məhkəmənin səlahiyyətidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7727/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci və 2.0.2-ci bəndlərinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. ...Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi iddianın hansı məhkəmə icraatı qaydasında baxılmalı olmasına dair məsələnin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla (inzibati aktın, mülki-hüquqi əqdin) işə inzibati məhkəmə icraatı qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlak ilə bağlı mübahisələrin də məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Bu məsələlərlə bağlı icraat qaydası həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək icraat qaydası həll edilməlidir. Hazırki mübahisənin hansı icraat qaydasında baxılmalı olmasına dair məsələni həll etmək üçün ilk növbədə qeyd edilməlidir ki, bu mübahisənin tərəflərinin hüquqi vəziyyəti aşkardır, onlardan heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edən şəxs deyildir, bərabər mövqedədirlər və öz iradələrini ifadə etməkdə sərbəstdirlər. Halbuki mübahisənin baxılmasını inzibati icraata aid edilməsi üçün inzibati akt və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının ən azından pozulma halı mövcud olmalıdır. Onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğunu müəyyən edərkən kollegiya hazırki iddianın predmetini, obyektini və onun faktiki əsasını nəzərə alır. Belə ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Hazırki iddiadan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mövcud mübahisə iddiaçı ilə cavabdehin mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarla (vərəsəlik, əqd) mülkiyyət hüququ ilə əldə etdikləri tikililərdən sərbəst, öz iradəsinə uyğun şəkildə istifadə etmək üçün ətrafında olan torpaq sahəsinin kimə məxsus olmasına (maddə 157), bu torpağın naturada bölgüsünün hansı qaydada həyata keçirilməli olmasına dair məsələlərin məhkəmə müstəvisində müəyyən etməkdən ibarətdir. Göründüyü kimi tərəflərin arasındakı münasibətlərin ümumi (publik) predmetinə aid olduğu öz təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, qanunverici tərəfindən müəyyən edilmiş məhkəmə aidiyyətinə riayət olunmaması ədalətli məhkəmə araşdırılmasına dair konstitusion göstərişin, bununla da məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olur. Hər kəsin məhkəmə müdafiəsi hüququ yalnız qanuni, müstəqil və qərəzsiz məhkəmə tərəfindən təmin edildiyindən aidiyyət qaydalarının pozulması ilə qəbul olunmuş məhkəmə qərarı qanuni hesab oluna bilməz, çünki bu qərar işə baxmağa qanun üzrə səlahiyyətli olmayan məhkəmə tərəfindən qəbul edilir ki, bu, işin həllinə təsir edən və ədalət mühakiməsinin mahiyyətini təhrif edən əsaslı pozuntu kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sadalanan əsaslarla iddia ərizəsini məhkəmənin icraatına yolverilməzliyinə görə götürməkdən imtina etməkdə haqlı olmamış, məhkəmə iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuşdur. Ona görə də həmin qərardad ləğv olunmalı, iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi-vəkili Vəkil şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7727/2023 saylı 13 oktyabr 2023-cü il tarixli qərardadı tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-7610/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7610/2023
18.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver