Məhkəmə qərarları › İş №2(103)-7636/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7636/2020

19.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7636/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Əliyeva Aytən Rafyel qızının katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1020/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh2 ASC ilə arasında bağlanmış kredit müqaviləsi üzrə Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən müddət üçün vaxtında ödənilməmiş 3560.34 manat və 133 manat məbləğində cərimənin tutulması barədə verilmiş xx xxxxxx 2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh2 ASC ilə İddiaçı arasında RO/64976/54/22 saylı kredit müqaviləsinə əsasən kreditor borc alana illik 28.86%-lə, 60 ay müddətinə 5 521 manat kredit vermişdir. Müqavilə şərtlərinə əsasən verilmiş ödəniş cədvəlinə əsasən hər ay banka tərəfindən 174.78 manat ödənişlər edilmişdir. Belə ki, tərəfindən banka təxminən 3000 manatdan artıq ödənişlər edilmiş və bu barədə onda ödəniş qəbzləri saxlanılmışdır. Lakin Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən 8İ-1853 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş, xx xxxxxx 2019-cu il tarixli, RO/64976/54/22 saylı kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 3560 manat 34 qəpiyin və 133 manat məbləğində cərimənin İddiaçı tutulması barədə İcra Qeydi vermişdir. Tərəfindən Bakı şəhəri 25 saylı Notariat ofisinə ünvanlandırdığı etiraz ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Bu səbəbdən də göstərilənləri nəzərə alıb aidiyyəti üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. Hesab edir ki, bankla aralarında bağlanmış kredit müqaviləsi üzrə götürülmüş məbləğin çox hissəsi tərəfindən ödənildiyi bir halda Notariat bürosu bankın təqdim etdiyi borc məbləğinin yaranması barədə təqdim etdiyi sənədlər əsasında İddiaçı RO/64976/54/22 saylı kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 3560 manat 34 qəpiyin və 133 manat məbləğində cərimənin tutulması barədə verdiyi İcra Qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı və cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontorun səlahiyyətli kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətlə razılaşmayaraq rədd olunmaasını xahiş edən cavabdeh tarixdə Cavabdeh2 ASC-nin əlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İddiaçı tərəfindən 25 saylı Notariat ofisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli etiraz ərizəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 25 saylı Notariat ofisinin Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı RO/64976/5 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3560.34 manat, 133 manat cərimə və 20 manat dövlət rüsumunun tutulması barədə icra qeydinin ləğv edilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, ərizəçiyə bildirilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. İddia tələbindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 ASC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, RO/64976/54/22 saylı kredit müqaviləsi üzrə Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən verilmiş icra qeydinin ləğv edilməsini xahiş etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Həmin maddədə, eyni zamanda, qeyd edilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılmasının qayda və şərtlərini müəyyən etmiş, işin məhkəmə iclasında araşdırılması zamanı iddiaçı mübahisələndirilən icra qeydinin qanunvericilikdə nəzərdə tutulan qayda və şərtlərə uyğun gəlməməsinə dair öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar