Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7644/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2397/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 209900 manat məbləğində əsas borcun, 6122 manat məbləğində faiz borcunun, cəmi 216022 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçı iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə baxılıb qurtarana qədər Cavabdeh MMC-nin adına qeydiyyatda olan, ** JD ***, ** JD ***, ** JD ***, ** JD ***, ** JD ***, ** JD ***, ** JD ***, ** JD *** nömrə nişanlı “Mercedes Axor 1840” markalı yük, ** PP *** nömrə nişanlı “Audi A6” markalı minik, ** ZH ***, ** ZH ***, ** ZH ***, ** ZH ***, ** ZH ***, ** ZH ***, ** ZH ***, ** ZH *** nömrə nişanlı “Tırsan Yarımqoşqu” markalı, ** JZ *** nömrə nişanlı “Hyundai County” markalı avtobusun, ** PR ***, ** PR ***, ** PR *** nömrə nişanlı “MİTSİBUSHİ L200” markalı minik avtomobillərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir . Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(007)-2397/2021 saylı qərardadı ilə ərizə təmin olunmamışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddianı təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir və gələcəkdə həmin mülki iş üzrə qətnamənin icrasının sonuncunun daşınar və ya daşınmaz əmlakına yönəldilməsi zərurəti yaranacaqdır. Qətnamənin icrası ilk növbədə daşınmaz əmlaka yönəldildiyi təqdirdə bu hal həmin sahibkarlıq subyektinin istehsalına da təsir edəcəkdir. Lakin daşınar əmlakın üzərinə həbs qoyulması həmin məhkəmə qətnaməsinin gələcəkdə könüllü şəkildə icra ediləcəyi təqdirdə heç bir məhdudiyyət yaratmayacaqdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2021-ci tarixli 2(007)-2397/2021 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil Ağəli oğlu şikayəti müdafiə edib, onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh MMC məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərardadı qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur, şikayət isə əsassızdır. Belə ki, ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-nin nəqliyyat vasitələri barədə kompyuter çıxarışından görünür ki, üzərinə həbs qoyulması xahiş olunan 20 nəqliyyat vasitəsi 2013-cü il, 1 nəqliyyat vasitəsi isə 2012-ci il buraxılışlıdır. 216022 manat məbləğində iddia tələbinin təmin edilməsi üçün 21 ədəd avtomaşının üzərinə həbs qoyulması tələbin həcminə adekvat olmamaqla iddianı təmin tədbirinin məqsədlərinə cavab vermir. Bundan əlavə, iddia ərizəsinin məzmunundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh MMC beton satışı ilə məşğul olan müəssisədir. Üzərinə həbs qoyulması xahiş olunan nəqliyyat vasitələrinin əksəriyyəti isə müəssisənin istehsal fəaliyyəti üçün zəruri olan əmlaklardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2021-ci tarixli 2(007)-2397/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7644/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7644/2021
28.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver