Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7662/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı payın dəyəri olan pulun cavabdehdən alınması və yə əmlakın açıq hərracda satılaraq əldə edilmiş pulun yarısının iddiaçıya verilməsi tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5654/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı payın dəyəri olan pulun cavabdehdən alınması və yə əmlakın açıq hərracda satılaraq əldə edilmiş pulun yarısının iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Audi A5 minik” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo sedan minik” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillərdəki ½ hissədə olan paylarının dəyəri olan pulun cavabdehdən alınıb ona ödənilməsi; cavabdehin həmin pulu verməyə imkanı olmadıqda və ya cavabdeh pulu vermək istəmədikdə, həmin avtomobillərin açıq hərracdan satılması və satış pulunun yarısının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5654/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı payın dəyəri olan pulun cavabdehdən alınması və yə əmlakın açıq hərracda satılaraq əldə edilmiş pulun yarısının iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili şikayətlə məhkəməyə müraciət edərək, şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, məhkəmənin qərarında göstərilən Mülki Məcəllənin 218.2-ci, Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddələrinin tələblərinin pozulmadığını bildirib Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 5654/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5654/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı payın dəyəri olan pulun cavabdehdən alınması və yə əmlakın açıq hərracda satılaraq əldə edilmiş pulun yarısının iddiaçıya verilməsi tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5654/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayət ərizəsi təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən tərəflərin etiraz və ya vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizəyə mahiyyəti üzrə baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işin materiallarından görünür ki, hazırki iddianın predmetini payın dəyəri olan pulun cavabdehdən alınması və yə əmlakın açıq hərracda satılaraq əldə edilimiş pulun yarısının iddiaçıya verilməsi barədə olmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 218-ci maddəsinə əsasən iddaçının öncə daşınar əmlakda özünə aid hissəsini cavabdehə təklif etməli, cavabdeh tərəfindən satın almaqdan imtina edilərsə və ya bildirişin verildiyi gündən 15 gün ərzində onu əldə edilməzsə, iddiaçı sözü gedən əmlakın naturada bölüməsi, əgər bu mümkün olmadıqda isə açıq hərracda satılması tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olması qənaətinə gəlsə də, kollegiya hesab edir ki, qeyd edilən norma ümumi paylı mülkiyyət hüququndakı payın üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçilərinin satın almaqda üstünlük hüququnu müəyyən edir. Hazırkı iddianın isə iddiaçının öz payını üçüncü şəxsə satmaq niyyəti bağlı olmadığından, bu maddənin hazırkı iddiaya tətbiq olunması əsassızdır Həmçinin də kollegiya qeyd edir ki, hazırkı iddia üzrə pretenziya qaydası nə hər hansı müqavilə, nə də hər hansı qanunla nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı payın dəyəri olan pulun cavabdehdən alınması və yə əmlakın açıq hərracda satılaraq əldə edilmiş pulun yarısının iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarmaqda haqlı olmamışdır. Buna görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5654/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5654/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7662/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7662/2022
22.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver