Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7667/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 Firmasının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3980/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 Firması tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 Firmasına və digərinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "Cavabdeh1" Firması və Cavabdeh2 13.800 manat maddi ziyan, 10.000 manat mənəvi zərər, 111,50 manat vəkil orderi və etibarnamənin alınması üçün ödənilmiş xərc, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaiti olmaqla ümumilikdə 23.941,50 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə əlavə edərək, Cavabdeh1 Firmasının mülkiyyətində “Lexus LX570 Minik” markalı buraxılış ili 2014-cü il olan **-AA-*** dövlət nömrə nişanlı və “X3-Prado” MİNİK markalı, buraxılış ili 2007-ci il olan **-AH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri üzərində sərəncam vermək hüququ və bununla əlaqədar sənədləşdirmənin aparılmasına və avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3980/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh1 Firması həmin qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Ə. Kazımov şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayət ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda qeyd etdi ki, Cavabdeh2 sözügedən hadisəni işçisi olduğu Cavabdeh1 Firmasının tapşırığını yerinə yetirərkən törətmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3980/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı qismən, yəni Cavabdeh1 Firmasına məxsus 2007-ci il buraxılış, “X3-Prado” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması hissəsində ləğv edilməli, həmin avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Həmin qərara əsasən, təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Hazırkı halda kollegiya qeyd edir ki, iddianın təmin tədbiri əsas tələbə mütənasiblik prinsipinə uyğun olmadığından, cavabdehin ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1. və 162.2-ci maddələrinə görə iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqında məsələyə baxmağa mane olmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3980/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı qismən, yəni cavabdeh yəni Cavabdeh1 Firmasına məxsus 2007-ci il buraxılış, “X3-Prado” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması hissəsində ləğv edilməli, həmin avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının..., işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3980/2020 saylı, xx xxxxxxxx 2020-ci iltarixli qərardadı qismən, yəni Cavabdeh1 Firmasına məxsus 2007-ci il buraxılış, “X3-Prado” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması hissəsində ləğv edilsin və Cavabdeh1 Firmasına məxsus 2007-ci il buraxılış, “X3 Prado” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması hissəsində ərizə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7667/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7667/2020
14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver