Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7670/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı10, İddiaçı9, İddiaçı18, X1, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı16, İddiaçı11, İddiaçı2, İddiaçı6, İddiaçı14, İddiaçı4, Şərbətov Rövşən Rasim oğlunun, İddiaçı1 və İddiaçı7 Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, şagirdlərin təhsillərinin davam etdirilməsinin təmin olunması və cavabdehin üzərinə vəzifələr qoyulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixdə qəbul etdiyi qeyd olunan qərardaddan cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Qeyd olunan mülki iş birinci instansiya məhkəməsinin iş materiallarında mövcud olmayanxx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh MMC-nin nümayəndəsinin verdiyi şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, şikayət olunan məhkəmə aktı iş materiallarında olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur; Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4698/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixdə qəbul etdiyi bildirilən qərardaddan cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətüzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş göstərilən çatışmazlığın aradan qaldırılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7670/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7670/2020
01.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver