Məhkəmə qərarları › İş №2(103)-768/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-768/2025

10.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-768/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “hüququn dövlət reyestrində qeydə alınması üçün tələb olunan sənədlərin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-2181/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 2181/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunub. Cavabdeh MMC-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv olunsun və iddia rədd olunsun. Apellyasiya icraatı zamanı Cavabdeh MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qərara aldı: Apellyasiya şikayətindən imtina qəbul olunsun. İddiaçı Cavabdeh MMC-yə qarşı “hüququn dövlət reyestrində qeydə alınması üçün tələb olunan sənədlərin verilməsi barədə” iddiasına dair mülki iş üzrə apellyasiya icraatına Cavabdeh MMC-yə münasibətdə xitam verilsin. Mülki iş Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar