Məhkəmə qərarları › İş №2(103)-7682/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7682/2020

13.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7682/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçıovun vəkili və nümayəndəsi Ceyhun Yusifovun, apelyasiya şikayəti vermiş şəxs Maraqlı şəxs və onun vəkili Bəxtiyar Muradovun iştirakı ilə, X1 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 6.000 manat, mənəvi zərərin əvəzi kimi 1.000 manat pul Cavabdehndən tutularaq İddiaçıova verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 6.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. İşdə iştirak etməyə cəlb edilməyən şəxs Maraqlı şəxs apelyasiya şikayəti verib. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Maraqlı şəxs işdə iştirak edən şəxs kimi prosessual hüquqlardan istifadə edə bilməsi, habelə prosessual vəzifələr daşıya bilməsi üçün o, apelyasiya icraatı zamanı üçüncü şəxs kimi tanınmışdır. Maraqlı şəxs apelyasiya şikayətini onunla əsaslandırıb ki, Cavabdeh” adında hər hansı qurum mövcud deyil, bu addan qeyri-yaşayış sahəsinin yerləşdiyi yeri bildirmək üçün istifadə olunur, həmin qeyri-yaşayış sahəsi onun tərəfindən işlədilir. Qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki-Prosesual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Cavabdeh kimi göstərilən Cavabdeh fiziki və ya hüquqi şəxs olmadığından cavabdeh sayıla bilməz. Ona görə də Cavabdehnə qarşı verilmiş iddia üzrə işə məhkəmə qaydasında baxıla bilməz. Mülki- Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iş üzrə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi mümkün deyil. Əvəz etmə üçün cavabdeh mövcud olmalı və həmin cavabdeh iddiaya cavab verməli olmadığına görə “əsl olmayan cavabdeh” sayılmalıdır. Lakin hazırkı işdə cavabdeh yoxdur, olmayan cavabdehin “əsl olmayan cavabdeh” adlandırılması və əvəz edilməsi mümkün deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 391-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. X1 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar