Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7684/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçılar Nümayəndə və qeyrilərinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar sahiblik hüququnun verilməsi ilə bağlı əmlakın kompensasiya məbləğinin qanuna müvafiq müəyyən edilməsi tələbinə dair 2(004)-4228/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçılar Nümayəndə və İddiaçı4 birgə verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Nümayəndə, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar sahiblik hüququnun verilməsi ilə bağlı əmlakın kompensasiya məbləğinin qanuna müvafiq müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçılar Nümayəndə, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar sahiblik hüququnun verilməsi ilə bağlı əmlakın kompensasiya məbləğinin qanuna müvafiq müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. İddiaçılar Nümayəndə və İddiaçı4 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4228/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadının ləğv edilməsini və mülki işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015 tarixli, 4 nömrəli qərarını nəzərə almamışdır. Burada məhkəmə işlərinin predmet aidiyyəti məsələsinin mühümlüyünün müəyyən edilməsi zamanı inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmlər və mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olan ictimai və xüsusi-hüquqi xarakterli işlərin fərqləndirilməsinə prinsipial yanaşmalar məhkəmələr üçün ətaflı, çox dəqiq şəkildə izah edilmişdir. Həmin Qərarın 2, 3.1, 4, 5.1, 5.2, 6.1 və 6.2-ci bəndinə xüsusilə diqqət çəkir: " Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq (qeyd bizimdir), mülki məhkəmə icraatı qaydasında baxılır." Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh olan Bakı şəhəri Cavabdeh inzibati orqandır. İddiaçılar məhkəməyə müraciət etdikləri ərizə ilə inzibati orqan olan cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, bu cür tələb inzibati məhkəmə icraatı qaydasında baxılan öhdəliyin icrası haqqında iddialara aid edilmişdir. Belə olan halda, işə məhkəmədə baxılmalı olmaması əsası ilə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Kollegiya tərəfindən iddiaçılara bir daha izah olunur ki, inzibati orqanların hərəkət və hərəkətsizliklərindən inzibati qaydada Bakı İnzibati Məhkəməsinə müraciət edə bilərlər. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4228/2020 nömrəli mülki iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7684/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7684/2020
13.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver