Məhkəmə qərarları › İş №2(103)-769/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-769/2020

27.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-769/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı (cavabdeh) - ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdeh (iddiaçı, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs) Cavabdeh3 Qorxmaz oğlunun nümayəndəsi X3 iştirakı ilə Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh3 Qorxmaz oğluna və Əmlakların Qiymətləndirilməsi Xidməti Cavabdeh2 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və əmlakların yenidən qiymətləndirilməsi” barədə ilkin, Cavabdeh3 Qorxmaz oğlunun ləğv prosesində olan İddiaçı ASC-yə və Suraxanı rayonu İcra və probasiya Şöbəsinə qarşı “ipotekaya xitam verilməsi, ipoteka predmetlərinin ipoteka yüklülüyündən azad edilməsi və əmlakların sənədlərinin qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh3 Qorxmaz oğlu tərəfindən, həmçininləğv prosesində olan İddiaçı ASC-nin “X2 Mərkəzi” MMC-yə qarşı “keçirilmiş hərracların, hərrac protokollarının və hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 Qorxmaz oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən bir icraatda birləşdirilmiş mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv Prosesində olan İddiaçı ASC (bank) Əmlakların Qiymətləndirilməsi Xidməti Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh3 Qorxmaz oğlunu da cavabdeh qismində göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən Cavabdeh2 MMC tərəfindən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Qorxmaz oğluna məxsus, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan: - Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı, 610-cu məhəllə, 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv.metr qeyriyaşayış sahəsi olan 4 otaqlı 27 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv.metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 26 saylı; 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 28 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyriyaşayış sahəsi olan 3 otaqlı 29 saylı; 94.1 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.1 kv.metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 30 saylı; 2 saylı binanın 10-cu mərtəbəsində yerləşən 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 37 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 36 saylı; 2 saylı binanın 11-ci mərtəbəsində yerləşən 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 42 saylı; 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 43 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 41 saylı; 94.1 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.1 kv. metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 44 saylı; 2 saylı binanın 12-ci mərtəbəsində yerləşən 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyriyaşayış sahəsi olan 4 otaqlı 46 saylı; 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri- yaşayış sahəsi olan 4 otaqlı 47 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 45 saylı; 94.1 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.1 kv. metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 48 saylı; 2 saylı binanın 13-cü mərtəbəsində yerləşən 216.6 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 100.2 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 50 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyri- yaşayış sahəsi olan 3 otaqlı 49 saylı; 94.3 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.3 kv. metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 51 saylı; 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 217.5 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 101.1 kv. metr qeyri- yaşayış sahəsi olan 4 otaqlı 53 saylı; 166.6 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.4 kv. metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 52 saylı; 94.3 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.3 kv. metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 54 saylı mənzillərin qiymətləndirilməsinə dair hesabatın etibarsız hesab edilməsi, həmin mənzillərin yenidən qiymətləndirilməsinin təmin olunması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbləri belə əsaslandırılmışdır ki, bank qarşısında kredit öhdəliyini yerinə yetirmədiyi üçün Cavabdeh3 Qorxmaz oğlundan cəmi 3 596 568 (üç milyon beş yüz doxsan altı min beş yüz altmış səkkiz) manat məbləğində borcun və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş borcluya məxsus sadalanan əmlaklara sahiblik hüququna yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılaraq onların satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində banka ödənilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehə qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə icra vərəqəsi göndərilmiş, icra şöbəsinin sifarişi əsasında “xxxx“ MMCnin qiymətləndirici eksperti tərəfindən Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı, 610-cu məhəllə, 2 saylı binada olan 26 saylı mənzil 416 250 (dörd yüz on altı min iki yüz əlli) manat; 27 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 28 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 29 saylı mənzil 416 250 (dörd yüz on altı min iki yüz əlli) manat; 30 saylı mənzil 235 250 (iki yüz otuz beş min iki yüz əlli) manat; 36 saylı mənzil 416 250 (dörd yüz on altı min iki yüz əlli) manat; 37 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 41 saylı mənzil 416 250 (dörd yüz on altı min beş yüz) manat; 42 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 43 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 44 saylı mənzil 235 250 (iki yüz otuz beş min yeddi yüz əlli) manat; 45 saylı mənzil 416 250 (dörd yüz on altı min beş yüz) manat; 46 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 47 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 48 saylı mənzil 235 250 (iki yüz otuz beş min yeddi yüz əlli) manat; 49 saylı mənzil 416 250 (dörd yüz on altı min beş yüz) manat; 50 saylı mənzil 541 500 (beş yüz qırx bir min beş yüz) manat; 51 saylı mənzil 235 750 (iki yüz otuz beş min yeddi yüz əlli) manat; 52 saylı mənzil 416 500 (dörd yüz on altı min beş yüz) manat; 53 saylı mənzil 543 750 (beş yüz qırx üç min yeddi yüz əlli) manat; 54 saylı mənzil 235 750 (iki yüz otuz beş min yeddi yüz əlli) manat məbləğində qiymətləndirilmişdir. Həmin hesabatlardan “xxxx” MMC-dən banka xx.xx.2017-ci il tarixli bildiriş daxil olduğu zaman məlumat almış, bildirişdən aydın olmuşdur ki, bankın xeyrinə yüklü edilmiş Cavabdeh3 Qorxmaz oğluna məxsus Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçəsi 610-cu məhəllə, 2 saylı binada yerləşən mənzillər qiymətləndirildikləri məbləğdə ilkin satış qiymətləri ilə açıq hərraca çıxarılmışdır. Həmin mənzillərin nə vaxt, hansı şəraitdə, kim tərəfindən və kimlərin iştirakı ilə qiymətləndirilməsi onlara məlum deyildir. İcra işi üzrə tələbkar olmalarına baxmayaraq, tələbin yönəldiyi əmlakın qiyməti müəyyən edilərkən onların iştirakı təmin olunmamış, bu əmlakın halhazırda kimin sahibliyində və ya istifadəsində, hansı vəziyyətdə olması barədə onlara hər hansı bir məlumat verilməmişdir. Başqa sözlə, “xxxx” MMC-nin qiymətləndirici eksperti bankda girovda olan mənzillər qiymətləndirilən zaman ipoteka saxlayan kimi onların iştirakını təmin etməmiş, mənzillərə həddindən artıq şişirdilmiş qiymətlər qoymuşdur. Cavabdeh3 Qorxmaz oğlu isə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Suraxanı rayonu İcra və probasiya Şöbəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın xeyrinə ipoteka ilə yüklü edilmiş ilkin iddia ərizəsində göstərilən əmlaklara dair mənzil sertifikatları üzrə hüquqların ipotekasına xitam verilməsi, ipoteka predmetlərinin ipoteka yüklülüyündən azad edilməsi, ipoteka predmetlərinə dair hüquq müəyyənedici sənədlərin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qorxmaz Əsgərov iddia tələblərini belə əsaslandırmışdır ki, “xxxx” MMC tərəfindən qiymətləndirmə üçün əmlaklara baxış keçirilən zaman bankın nümayəndələrinin iştirakının təmin edilməli olması qanunvericilikdə nəzərdə tutulmadığından ilkin iddia tələbi əsassızdır. Mülkiyyətində olan və bankın xeyrinə ipoteka ilə yüklü edilmiş 21 mənzilin açıq hərrac vasitəsilə satılması üçün "X2 Mərkəzi” mMc tərəfindən keçirilən hərraclar zamanı alıcı olmadığından əmlak satılmamış, həmçinin tələbkar bank əmlakları almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiyasının 29, Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən hesab edir ki, ona məxsus olan mənzillərə dair mənzil sertifikatları üzrə hüquqların ipotekasına xitam verilməli, ipoteka predmetləri ipoteka yüklülüyündən azad edilməli, ipoteka predmetlərinə dair hüquq müəyyən edici sənədlər özünə qaytarılmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmiş, həmçinin “X6” MMC tərəfindən aparılmış xx xxx 2019-cu il tarixli ekspertiza tədqiqatının dəyəri olan 500 manatın tərəflərdən müştərək qaydada tutulub “X6” MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, ilkin iddianın təmin olunması barədə; Cavabdeh3 Qorxmaz oğlu apellyasiya şikayəti verərək onun ləğv, qarşılıqlı iddia tələbinin təmin edilməsi və ekspertiza xərclərinin bankdan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sözügedən apellyasiya şikayətləri üzrə apellyasiya baxışı zamanı ləğv prosesində olan İddiaçı ASC-nin “X2 Mərkəzi” MMC-yə qarşı “Cavabdeh3 Qorxmaz oğluna məxsus mənzil sertifikatlarında qeyd olunan mənzillərə sahiblik hüququnun açıq hərracdan satışına dair keçirilmiş hərracların, hərrac protokollarının və hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia qaldırdığı müəyyən olunduğundan, həmin iddia tələbi üzrə yekun məhkəmə aktı çıxarılanadək işin icraatı dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv prosesində olan İddiaçı ASC-nin “X2 Mərkəzi” MMC-yə qarşı qaldırdığı sözügedən iddia tələbi təmin olunmuş, həmin qətnamədən Cavabdeh3 Qorxmaz oğlunun verdiyi apellyasiya şikayəti əsasında mülki iş apellyasiya instansiyasına göndərildikdən sonra isə, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə qeyd olunan mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən ləğv prosesindəki İddiaçı ASC-nin nümayəndəsi Eldar Tanrıverdiyev Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsindən verdikləri şikayəti müdafiə etməklə həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 verdiyi şikayətin əsassız olduğunu bildirmiş, Cavabdeh3 nümayəndəsi hər iki qətnamədən verdikləri şikayətlərin təmin olunmasını xahiş etmiş, digər proses iştirakçıları isə məhkəməyə gəlməmişlər. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdehlər Əmlakların Qiymətləndirilməsi Xidməti Cavabdeh2 MMC və “X2 Mərkəzi” MMC nümayəndələrini məhkəməyə göndərmədiklərindən, işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir (MPM-in 376.2-ci maddəsinə əsasən). Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin verdiyi apellyasiya şikayəti təmin olunmalı, həmin qətnamədən, həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 Qorxmaz oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı ASC-nin Cavabdeh3 Qorxmaz oğluna qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” predmetli iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə qismən təmin olunaraq Cavabdeh3 2 928 000 manat əsas, 702 151 manat faiz borcu olmaqla cəmi 3 630 151 manat borcun və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, tutulacaq məbləğin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan: Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı, 610-cu məhəllə, 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv.metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 27 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv.metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 26 saylı; 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 28 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 29 saylı; 94.1 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.1 kv.metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 30 saylı; 2 saylı binanın 10-cu mərtəbəsində yerləşən 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 37 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 36 saylı; 2 saylı binanın 11-ci mərtəbəsində yerləşən 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 42 saylı; 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 43 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 41 saylı; 94.1 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.1 kv. metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 44 saylı; 2 saylı binanın 12-ci mərtəbəsində yerləşən 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri- yaşayış sahəsi olan 4 otaqlı 46 saylı; 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri- yaşayış sahəsi olan 4 otaqlı 47 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 45 saylı; 94.1 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.1 kv. metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 48 saylı; 2 saylı binanın 13-cü mərtəbəsində yerləşən 216.6 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 100.2 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 50 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyri- yaşayış sahəsi olan 3 otaqlı 49 saylı; 94.3 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.3 kv. metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 51 saylı; 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 217.5 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 101.1 kv. metr qeyri- yaşayış sahəsi olan 4 otaqlı 53 saylı; 166.6 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.4 kv. metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 52 saylı; 94.3 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.3 kv. metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 54 saylı mənzillərə sahiblik hüququna yönəldilməsi, həmin sahiblik hüquqlarının açıq hərracda satılması və onların satışından əldə olunmuş vəsaitin banka ödənilməsi qət edilmiş, bu qətnamədən Cavabdeh3 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə qismən təmin olunaraq qətnamə faiz borcunun məbləğinə aid hissədə dəyişdirilmiş və faiz borcu 668 568 manat müəyyənləşdirilmiş, apellyasiya instansiyasının aktı Ali Məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə icra vərəqəsi göndərilmiş, icra şöbəsinin xx.xx.2017-ci il tarixli sifariş məktubu əsasında “Cavabdeh2“ MMC-nin qiymətləndiricisi tərəfindən Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı, 610-cu məhəllə, 2 saylı binada olan 26 saylı mənzil 416 250 (dörd yüz on altı min iki yüz əlli) manat; 27 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 28 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 29 saylı mənzil 416 250 (dörd yüz on altı min iki yüz əlli) manat; 30 saylı mənzil 235 250 (iki yüz otuz beş min iki yüz əlli) manat; 36 saylı mənzil 416 250 (dörd yüz on altı min iki yüz əlli) manat; 37 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 41 saylı mənzil 416 250 (dörd yüz on altı min beş yüz) manat; 42 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 43 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 44 saylı mənzil 235 250 (iki yüz otuz beş min yeddi yüz əlli) manat; 45 saylı mənzil 416 250 (dörd yüz on altı min beş yüz) manat; 46 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 47 saylı mənzil 538 250 (beş yüz otuz səkkiz min iki yüz əlli) manat; 48 saylı mənzil 235 250 (iki yüz otuz beş min yeddi yüz əlli) manat; 49 saylı mənzil 416 250 (dörd yüz on altı min beş yüz) manat; 50 saylı mənzil 541 500 (beş yüz qırx bir min beş yüz) manat; 51 saylı mənzil 235 750 (iki yüz otuz beş min yeddi yüz əlli) manat; 52 saylı mənzil 416 500 (dörd yüz on altı min beş yüz) manat; 53 saylı mənzil 543 750 (beş yüz qırx üç min yeddi yüz əlli) manat; 54 saylı mənzil 235 750 (iki yüz otuz beş min yeddi yüz əlli) manat məbləğində qiymətləndirilmiş, xx xxxxxxxx 2017-ci il və xx xxxxxxxx 2017-ci il tarixlərində “X2 Mərkəzi” MMC Suraxanı rayon İcra şöbəsinə, Cavabdeh3 Qorxmaz oğluna və İddiaçı ASC-yə bildiriş ünvanlayaraq qeyd olunan mənzillərin satılması üçün açıq hərraca çıxarıldığı və hərracın xx xxxxxxx 2017-ci il tarixdə, saat 11:00-də keçiriləcəyi barədə məlumat vermiş, bu hərracda əmlaklar satılmadığından xx xxxxxxx 2017-ci il və xx xxxxxxx 2017-ci il tarixlərdə bildirişlər göndərilərək hərracın xx xxxxxx 2017-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. İşin müəyyən olunan digər halına görə isə, “X2 Mərkəzi” MMC tərəfindən İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixdə bildiriş ünvanlanaraq ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması təklif olunmuş və xx.xx.2017 il tarixədək əmlakı almadığı halda işin icra şöbəsinə geri qaytarılacağı bildirilmiş, Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə icra vərəqəsinin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Mülki Məcəllənin 296-cı maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə görə isə, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmin Məcəllənin 1078-23.4-cü maddəsinə görə, “qiymətli kağızlar üzrə girovun (ipotekanın) predmeti olan qiymətli kağızlarla rəsmiləşdirilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi və ya hüquqların keçməsi həmin əmlaka tutmanın yönəldilməsi və ya hüquqların keçməsidir. Qiymətli kağızlarla rəsmiləşdirilmiş hüquqlar (daşınmaz əmlakın ipotekası da daxil olmaqla) üzrə mülkiyyətin əldə edənə keçməsi həmin qiymətli kağızın verilməsi ilə həyata keçirilir”. Həmin Məcəllənin 1078-1.2-ci maddəsinə əsasən daşınmaz əmlak sertifikatı adlı qiymətli kağızdır; 1078-23.14-cü və 1078-23.15-ci maddələrinə görə isə, məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında satışa çıxarılır. Girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə, qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır. Mülki Məcəllənin 1078-23.17-ci maddəsinə əsasən, qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutumanın yönəldilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx xxxxxx 2016-cı il tarixli 9-q saylı qərarı ilə təsdiq olunmuş “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutumanın yönəldilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti icra məmurunun investisiya şirkətinə verilən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə fond birjasında satışa çıxarılır; 3.11-ci bəndinə əsasən girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə qiymətli kağızlar nominal dəyər ilə fond birjasında satışa çıxarılır; 3.12-ci bəndinə görə isə, girov predmeti fond birjasında satılmadıqda girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunur. Qanunvericiliyin sadalanan müddəalarından göründüyü kimi, qiymətli kağızlar üzrə girovun (ipotekanın) predmeti olan qiymətli kağızlarla rəsmiləşdirilmiş daşınmaz əmlaka tutma yönəldilməsi barədə qərar qəbul edildikdə, girov predmeti icra məmurunun investisiya şirkətinə verilən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə, girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə isə qiymətli kağızlar nominal dəyərlə fond birjasında satışa çıxarılmalı, girov predmeti fond birjasında satılmadıqda girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunmalıdır. İşin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra tədbirləri qanunvericiliyin göstərilən tələblərinə uyğun həyata keçirilməmiş, sahibinin adına müvafiq daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasına əsas təşkil edən qiymətli kağız olan mənzil sertifikatının təmin etdiyi sahiblik hüquqları nə nominal dəyərlə, nə də girov müqaviləsində müəyyənləşdirilmiş qiymətlə fond birjasında satışa çıxarılmayaraq sertifikatlarda göstərilən daşınmaz əmlaklar qiymətləndirilmiş və sahiblik hüquqları deyil, məhz əmlakların özü açıq hərraca çıxarılmışdır. Buna görə də kollegiya hesab edir ki, ləğv prosesində olan İddiaçı ASC-nin “X2 Mərkəzi” MMC-yə qarşı “keçirilmiş hərracların, hərrac protokollarının və hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə gəlinən nəticə qanuni və əsaslı olmaqla Cavabdeh3 həmin qətnamədən verdiyi apellyasiya şikayətinin təmin olunması üçün hər hansı əsas mövcud deyildir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yuxarıda şərh olunan qənaətinə uyğun olaraq kollegiya həmçinin hesab edir ki, ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh3 Qorxmaz oğluna və Əmlakların Qiymətləndirilməsi Xidməti Cavabdeh2 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” barədə ilkin iddiası üzrə Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə gəlinən nəticə əsaslı olmamışdır; çünkü qeyd olunduğu kimi, qiymətli kağızla rəsmiləşdirilən girovun icra məmurunun sifarişi əsasında qiymətləndirilib açıq hərraca çıxarılması imkanı qanunvericilikdə təsbit edilməmişdir. Bu kontekstdə kollegiya, Cavabdeh3 Qorxmaz oğlunun ləğv prosesində olan İddiaçı ASC-yə və Suraxanı rayonu İcra və probasiya Şöbəsinə qarşı “ipotekaya xitam verilməsi, ipoteka predmetlərinin ipoteka yüklülüyündən azad edilməsi və əmlakların sənədlərinin qaytarılması” barədə qarşılıqlı iddia tələbləri üzrə gəlinən nəticəni əsaslı hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 Qorxmaz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3157/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-91/2019 saylı iş üzrə xx xxxx 2019cu il tarixli qətnaməsi ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh3 Qorxmaz oğluna və Əmlakların Qiymətləndirilməsi Xidməti Cavabdeh2 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. Həmin iddia tələbi təmin edilsin. Cavabdeh3 Qorxmaz oğluna məxsus, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan: - Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı, 610-cu məhəllə, 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv.metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 27 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv.metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 26 saylı; 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 28 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyri- yaşayış sahəsi olan 3 otaqlı 29 saylı; 94.1 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.1 kv.metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 30 saylı; 2 saylı binanın 10cu mərtəbəsində yerləşən 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 37 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 36 saylı; 2 saylı binanın 11-ci mərtəbəsində yerləşən 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 42 saylı; 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 43 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyriyaşayış sahəsi olan 3 otaqlı 41 saylı; 94.1 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.1 kv. metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 44 saylı; 2 saylı binanın 12-ci mərtəbəsində yerləşən 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri- yaşayış sahəsi olan 4 otaqlı 46 saylı; 215.3 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 98.9 kv. metr qeyri- yaşayış sahəsi olan 4 otaqlı 47 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 45 saylı; 94.1 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.1 kv. metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 48 saylı; 2 saylı binanın 13-cü mərtəbəsində yerləşən 216.6 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 100.2 kv. metr qeyri-yaşayış sahəsi olan 4 otaqlı 50 saylı; 166.5 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.3 kv. metr qeyri- yaşayış sahəsi olan 3 otaqlı 49 saylı; 94.3 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.3 kv. metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 51 saylı; 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 217.5 kv.metr ümumi sahəsi, 116.4 kv.metr yaşayış sahəsi, 101.1 kv. metr qeyri- yaşayış sahəsi olan 4 otaqlı 53 saylı; 166.6 kv.metr ümumi sahəsi, 79.2 kv.metr yaşayış sahəsi, 87.4 kv. metr qeyri-yaşayış sahəsi olan 3 otaqlı 52 saylı; 94.3 kv.metr ümumi sahəsi, 56 kv.metr yaşayış sahəsi, 38.3 kv. metr qeyri-yaşayış sahəsi olan 2 otaqlı 54 saylı mənzillərin qiymətləndirilməsinə dair Cavabdeh2 MMC-nin xx xxxx 2017-ci il tarixli 17-516 saylı hesabatı etibarsız hesab olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-91/2019 saylı iş üzrə xx xxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh3 Qorxmaz oğlunun verdiyi apellyasiya şikayəti təmin edilməsin və qətnamə Cavabdeh3 Qorxmaz oğlunun ləğv prosesində olan İddiaçı ASC-yə və Suraxanı rayonu İcra və probasiya Şöbəsinə qarşı “ipotekaya xitam verilməsi, ipoteka predmetlərinin ipoteka yüklülüyündən azad edilməsi və əmlakların sənədlərinin qaytarılması” barədə qarşılıqlı iddia tələblərinin, eləcə də ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh3 Qorxmaz oğluna və Əmlakların Qiymətləndirilməsi Xidməti Cavabdeh2 MMC-yə qarşı “əmlakların yenidən qiymətləndirilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar