Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-769/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili X2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi olmaqla) "servitut hüququnun təmin edilməsi" tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi olmaqla) "servitut hüququnun təmin edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “servitut hüququnun təmin edilməsi” tələbinə dair ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri 8 mkr. H.Hüseynov küçəsindəki torpaq sahəsindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda 0.1725 ha torpaq sahəsinə giriş-çıxış üçün eni 5 metr olan yolun servitut formasında İddiaçı xeyrinə yüklü edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 2 “C” ünvanda 0.1725 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası iddiaçının mülkiyyətindədir. Həmin qeyri-yaşayış binasına xx.xx.2017-ci il tarixdə Daşınmaz Əmakın Dövlət Reyestri Xİdmətinin Bakı Ərazi İdarəsi tərəfindən “Texniki Pasport” verilmişdir. Həmin sənədə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdehin mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış qapısı vardır. Lakin cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka giriş-çıxış beton bloklar qoyulmaqla məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu 8 mkr, H.Hüseynov küçəsində yerləşən 0.04 ha mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Cavabdeh İddiaçı, üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “servitut hüququnun təmin edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda 0.1725 ha torpaq sahəsindən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri 8 mkr, H.Hüseynov küçəsindəki torpaq sahəsinə giriş-çıxış üçün eni 5 metr olan yolun servitut formasında Cavabdeh xeyrinə yüklü edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu 8 mkr, H.Hüseynov küçəsində yerləşən 0.04 ha torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə xx.xx.2014- cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən **********93 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” verilmiş və həmin sənədə əsasən Cavabdeh Hüseyn oğlunun mülkiyyətində olan torpaq sahəsinin İddiaçı mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış qapısı vardır. İddiaçı tərəfindən Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq avtodayanacaq kimi istifadə edildiyinə görə və Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən beton bloklar qoyulmaqla öz sərhədini müəyyən etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il il tarixli, 2(001)- 104/2020 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il il tarixli, 2(001)-104/2020 nömrəli qətnaməsinin ləğv olunmasını, ilk iddianın rədd, qarçılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə əhəmiyyətli olan bütün halları nəzərə almamışdır. İddiaçı torpaq sahəsinə piyada və avtomobillə giriş-çıxışını birbaşa eni 10 metr olan yola açılan İX literli dəmir qapının ölçüsünü lazımi qədər artırmaqla təmin etmək mümkündür ki, bu da Cavabdeh torpaq sahəsini yüklü etmədən də mümkündür. xx.xx.2019-cu il tarixli 15784 №-li ekspert rəyində texniki pasport üzrə “Vİİİ” literli darvazanın girişində iki torpaq sahəsi arasındakı yolun eninin bir tərəfdən 0.70 metr, digər tərəfdən isə 2.40 metr olduğu göstərilir. X1 xx.xx.2006-cı il tarixli 92 №-li qərarına əsasən İddiaçı 196 kv.metr torpaq sahəsi icarəyə verilərkən həmin qərara əlavə edilmiş təklif olunan 196 kv.metr torpaq sahəsinin situasiya planına əsasən həmin torpaq sahəsi ilə “Vİİİ” literli darvaza tərəfdən Cavabdeh məxsus torpaq sahəsi arasında 2 metrlik məsafə olmuşdur. Lakin iddiaçı qanunsuz olaraq bir tərəfdən hasarını 1.30 metr irəli çəkməklə həmin tərəfdən məsafəni 0.70 metrə qədər azaltmış və iddiaçıya aid daşınmaz əmlakın texniki pasportu da məhz bundan sonra, xx.xx.2017-ci ildə torpaqayırma sənədlərinə əsasən deyil, mövcud vəziyyətə uyğun tərtib olunmuşdur. Texniki pasportun titul səhifəsindəki “Pasport xx.xx.2017 tarixdə olan vəziyyətə əsasən tərtib olunub” qeydi də bunu təsdiq edir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddiaçının vəkili və nümayəndəsi X5, həmçinin vəkili X7 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin inümayəndələrinin ştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa və Texniki Pasporta əsasən Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, 15C ünvanı (0.1725 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası) İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8195/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə, mübahisə mahiyyəti üzrə baxılıb həll edilənədək Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsində yerləşən 0.04 ha ölçüdə torpaq sahəsindən, ünvan 1 ünvanda yerləşməklə İddiaçı məxsus 0.1725 ha torpaq sahəsinə giriş-çıxışa hər hansı formada məhdudiyyət qoyulmasının Cavabdeh qadağan edilməsi, Cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi və hər hansı bir formada yüklü edilməsinin Cavabdeh və Azərbaycan Respublika Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qadağan edilməsi, Cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsində yeni tikililərin inşa edilməsinin Cavabdeh, həmin torpaq sahəsində yeni tikililər inşa edilməsi üçün layihə sənədlərinin təsdiq edilməsinin isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə dair sənədlərə əsasən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu 8 mkr, H.Hüseynov küçəsində yerləşən 0.04 ha torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışa və Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlərə əsasən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu 8 mkr. H.Hüseynov küçəsində yerləşən 0.04 ha torpaq sahəsi mülkiyyət hüququ ilə X3 verilmiş, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın AN–İ 0425821saylı alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi X6 tərəfindən Cavabdeh satılmış və həmin torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 15784 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ünvan 2 “C” saylı ünvanda yerləşən İddiaçı mülkiyyətində olan 0.1725 ha topaq sahəsi hasara alınarkən müvafiq texniki pasportda olan göstəricilərə riayət olunmuşdur. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda mülkiyyətində olan topaq sahələrinin sərhədlərinin (hüdudların), müvafiq hüquqmüəyyənedici və texniki sənədlərə əsasən bir-birinə bitişik olmadığı, torpaq sahələri arasında bir tərəfdən təqribən 0,70 metr, digər tərəfdən isə təqribən 2,40 metr ara məsafəsi olduğu müəyyən edilir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin əsas giriş darvazasından (hazırda fəaliyyət göstərən) obyektin ərazisinə piyadaların, nəqlıyyat vasitələrinin, eləcə də fövqəladə hallarda tətbiq olunan müvafiq (xüsusi) avtotexnikanın (ölçüləri nəzərə alınmaqla) sərbəst giriş-çıxışının təmin edilməsi üçün Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin (baxış keçirilən dövrdə heç bir tikinti işi aparılmamışdır) bir hissəsindən «servitut» qaydasında (özgənin əmlakından, mülkündən müəyyən dərəcədə istifadə etmə hüququ) 5,0 metr enində keçid yolunun tələb olunduğu müəyyən edilir. İddiaçı məxsus torpaq sahəsini əhatə edən daş hasar üzərində texniki pasport üzrə «Vİİİ» literli dəmir darvaza və «İX» literli dəmir qapı nəzərdə tutulmuş, darvaza və qapının ölçüləri texniki pasportda əks olunmamışdır. Mövcud vəziyyətdə, iddiaçının torpaq sahəsinin «Vİİİ» literli darvazasının cavabdehin mülkiyyətində olan 0.04 ha torpaq sahəsi ilə həmsərhəddə olan keçid yoluna tərəf açıldığı, həmin darvazanın faktiki olaraq 3.35 metr enində olduğu müəyyən edilir. Texniki pasport üzrə nəzərdə tutulmuş «İX» literli qapının öz konstruktv quruluşuna görə, ərazinin arxa ehtiyat qapısı olan piyada yolu kimi layihələndirildiyini və həmin qapının yerləşdiyi ərazinin (torpaq sahəsi) quruluşuna görə qapalı şəkildə olduğunu, eləcə də həmin ərazidə yerləşən tikililərin planda yerləşməsini, yeraltı və yerüstü kommunikasiya xətlərinin mövcudluğunu və digər texniki göstəriciləri nəzərə alaraq texniki pasport üzrə və faktiki olaraq 3,35 metr enində olan darvazanın öz konstruktv quruluşuna və təyinatına görə, ərazinin əsas giriş çıxış yolu (nəqliyyat və piyada yolu) kimi layihələndirildiyini nəzərə alaraq, Azərbaycan Respublikasında qüvvədə olan Tikinti Norma və Qaydaları İİ-89-80* (CHiP) «Sənayə obyektlərinin baş planı» bölməsinin 5.38 bəndinin tələblərinə müvafiq olaraq, 5.0 metrə qədər (ən azı 4.5 metr olmalıdır) genişləndirilməsi mümkün deyildir. Lakin texniki pasport üzrə “Vİİİ” kimi nəzərdə tutulmuş və faktiki olaraq 3,35 metr enində olan darvazanın öz konstruktv quruluşuna və təyinatına görə, ərazinin əsas giriş çıxış yolu (nəqliyyat və piyada yolu) kimi layihələndirildiyini nəzərə alaraq, Azərbaycan Respublikasında qüvvədə olan Tikinti Norma və Qaydaları İİ-89-80* (CHiP) «Sənayə obyektlərinin baş planı» bölməsinin 5.38 bəndinin tələblərinə müvafiq olaraq, 5.0 metrə qədər (ən azı 4.5 metr olmalıdır) genişləndirilməsi texniki cəhətdən mümkündür. Cavabdeh mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin hüquqmüəyyənedici və texniki sənədlərə əsasən, torpaq sahəsindən avtomobil yoluna sərbəst çıxışı vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 31733 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ünvan 2 «C» saylı ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışa (qeydiyyat tarixi xx.xx.2017) əsasən İddiaçı məxsus obyektin yola tərəf sərbəst hasarının olduğu müəyyən edilmişdir. İddiaçı məxsus obyektin yola tərəf sərbəst hasarından 1.0x2,3 m ölçüdə metal qapı mövcuddur. Həmin qapıdan ölçüləri və yerləşmə mövqeyinə görə obyektin əsas qapısı qismində (yük daşımaları, fövqəladə hallarla bağl yanğınsöndürən və digər böyük ölçülü avtomobillərin girişi üçün) istifadəsinin faktiki vəziyyət üzrə mümkün olmadığı müəyyən edilir. Tədqiq olunan obyektin yerləşmə planını, obyektin texniki pasporta tam uyğun olmasını, obyektin ərazisində yerləşən tikililərin və çoxillik yaşıllıq zolaqlarının faktiki yerləşmə vəziyyətlərini, yol boyunca yerləşən hasarın yolun bilavasitə kənarında yerləşdiyini və səkinin olmamasını, həmin hissədə yerləşən 1,0 m enində dəmir qapının birbaşa yola açıldığını və yuxarıda qeyd olunmuş normativ aktların tələblərini nəzərə aldıqda, yolun kənarı ilə çəkilmiş hasardan obyektin ərazisinə giriş darvazasının açılmasının (torpaq sahəsindən küçəyə qapının açılması xəstəxanaya təcili giriş-çıxışla bağlı maneə yarada bilməyini nəzərə almaqla) mümkünlüyü, qeyd olunan hallarla bağlı müvafiq qurumlar tərəfindən (Azərbaycan Avtomobil Yollarının Dövlət Agentliyi, Yerli İcra Hakimiyyəti orqanları, Ekologiya və TS nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və s...) razılıqlar və texniki şərtlər aldıqdan sonra müəyyən oluna bilər. İşin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 «C» saylı ünvanda yerləşən əmlaka aid 0,1725 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 8 mkr. H.Hüseynov küçəsində yerləşən 0,04 ha torpaq sahəsi bir-biri ilə qonşu ərazilərdə yerləşir. Həmin sahələr arasında bir tərəfi 0,70 m, digər tərəfi isə 2,40 m olan torpaq sahəsindən ibarət zolaq vardır. İddiaçıya məxsus əmlakın əsas giriş-çıxış darvazası (texniki pasportda Vİİİ literi ilə göstərilmişdir) həmin torpaq zolağına açılır. İddiaçıya məxsus 0,1725 ha torpaq sahəsi daş hasara alınmaqla, bu əmlaka dair tərtib edilmiş texniki pasportun göstəricilərinə uyğun yerləşmişdir. Bu hallar həmin əmlaka dair ƏMDK yanında DƏDRX tərəfindən tərtib edilmiş əmlaka dair texniki pasportda da öz əksini tapmışdır. Həmçinin, iddiaçıya məxsus əmlakın küçəyə tərəf piyada keçidi üçün nəzərdə tutulmuş giriş-çıxış qapısı da vardır. Lakin həmin qapının genişləndirilərək əmlakın əsas giriş-çıxış qapısı kimi istifadə edilməsi həmin ərazidə tikililərin və çoxillik yaşıllıq zolaqlarının olması, həmin hissədə hasarın çol tərəfində səkinin olmaması və qapının birbaşa yolun hərəkət hissəsinə açılması nəzərə alınmaqla, müvafiq dövlət qurumları tərəfindən razılıqlar və texniki şərtlər alındıqdan sonra müəyyən edilə bilər. Qarşılıqlı iddiaçıya məxsus olan 0,04 ha torpaq sahəsinin üzərində hər hansı tikinti mövcud deyildir və həmin sahənin avtomobil yoluna tərəf olan hissəsi hasarla əhatə olunmamışdır, həmin hissədən yola sərbəst giriş-çıxışı mövcuddur. Həmçinin, müəyyən edilir ki, iddiaçıya məxsus 0,1725 ha torpaq sahəsinin Vİİİ literli əsas giriş-çıxış darvazası qarşılıqlı iddiaçıya məxsus torpaq sahəsi ilə aralarında yerləşən ensiz torpaq zolağına (torpaq zolağının eni bir qurtaracaqda 0,70 m, digər qurtaracaqda isə 2,40 metrdir) açılır və həmin torpaq zolağının ölçüləri iddiaçının öz əmlakına girişçıxışını təmin etmir. Bu səbəbdən iddiaçının öz torpaq sahəsinə giriş-çıxışını təmin edən darvazadan onun təyinatına uyğun istifadə edə bilməsi yalnız qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin iddiaçının giriş-çıxış darvazasından başlayaraq, qeyd edilən torpaq zolağı boyunca avtomobil yoluna qədər hissəsindən istifadə edilməklə mümkündür. İş materiallarını araşdıran apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmin Məcəllənin 255.6-cı maddəsinə əsasən servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 256.1-ci maddəsinə əsasən servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Həmin Məcəllənin 257.1-ci və 257.2-ci maddələrinə əsasən servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o, öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. İşin müəyyən edilmiş hallarını və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi üçün Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən eni 5 metr olan yolun servitut şəklində yüklü edilməsinə dair tələbi əsaslı olmuşdur. Bu qənaətə gələrkən məhkəmə kollegiyası ilk növbədə işin o halına əsaslanır ki, iddiaçıya məxsus ünvan 2 «C» saylı ünvanda yerləşən əmlaka aid 0,1725 ha torpaq sahəsinə dair ƏMDK yanında DƏDRX tərəfindən tərtib edilmiş texniki pasportda həmin torpaq sahəsinin əsas giriş-çıxış qapısının Vİİİ literli darvazadan olması göstərilmişdir və əmlak həmin vəziyyətdə daşınmaz əmlakın Dövlət reyetrində qeydiyyata alınmışdır. Qarşılıqlı iddiaçı həmin sənədlərin həqiqiliyini mübahisələndirməmişdir. Bundan başqa müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsinin daş hasarının bir tərəfindən avtomobil yolu istiqamətində piyada keçidi üçün quraşdırılmış 1 metr enində qapı mövcuddur. Qarşılıqlı iddiaçı həmin qapının genişləndirilərək iddiaçının yola girişçıxış darvazası quraşdıra bilməsini qeyd etmişdir. Lakin iş üzrə keçirilmiş ekpsert rəylərində göstərilənlərə əsasən bu qənaətə gəlmək olur ki, həmin qapının genişləndirilərək giriş-çıxış darvazasının quraşdırılması bu ərazidə olan çoxillik yaşıllıq zolağının məhv edilməsi, həmin qapıya yaxın inşa edilmiş tikililərin sökülməsi ilə nəticələnəcəkdir ki, bunlar da iddiaçının iqtisadi cəhətdən hədsiz yükə məruz qalmasına səbəb olacaqdır. Eyni zamanda qarşılıqlı iddiaçının öz torpaq sahəsinin servitut ilə yüklü edilməsinə görə iddiaçıdan kompensasiya almaq və bununla da məruz qaldığı mülkiyyət hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasını əvəzləşdirmək hüququ vardır. Belə ki, Mülki Məcəllənin 261.1-ci maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Həmin Məcəllənin 261.2-ci maddəsinə görə haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Qarşılıqlı iddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, İddiaçı özünə məxsus olan torpaq sahəsinin hasarını onun torpaq sahəsi istiqamətində 1,30 metr qabağa çəkməklə, həmin ərazidə mövcud olmuş yolu daraltmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə İddiaçı istifadəsində olan torpaq sahəsinin DƏDRX tərəfindən tərtib edilmiş texniki pasporta uyğun olması müəyyən edilmişdir. Belə olan halda, iddiaçının hasarı qabağa çəkməklə onların arasındakı torpaq zolağını daratlmasına dair dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Bundan başqa, qarşılıqlı iddiaçı onun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin mövcud olmasını, birinci instansiya məhkəməsi tərəfindən həmin qətnamələrin nəzərə alınmamasını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh Binəqədi rayon icra hakimiyyətinə qarşı sərəncamın verilməsi və maneələrin aradan qaldırılmasına dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, onun iddiası təmin edilmiş və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə Cavabdeh məxsus torpaq sahəsində qeyri-yaşayış binasının eskiz layihəsi əsasında inşa edilməsinə icazə verilməsi barədə sərəncam verilməsi və torpaq sahəsinin daş hasara alınmasına yaradılan maneələrin aradan qaldırılması cavabdehin üzərinə vəzifə kimi qoyulmuşdur. Göründüyü kimi, həmin məhkəmə qərarı Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə edilməsinə rayon icra orqanları tərəfindən yaradılan maneələrin aradan qaldırılması ilə bağlı olmuşdur və hazırkı iddia tələbi ilə hər hansı əlaqəsi olmamışdır. Məhkəmə kollegiyası iş üzrə qarşılıqlı iddianın təmin edilməməsinin əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız hesab edir. Belə ki, qarşılıqlı iddiaçı mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədi ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 5 metr hissəsinin onun xeyrinə servitut ilə yüklü edilməsini xahiş etmişdir. Lakin işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində heç tikili mövcud deyildir və torpaq sahəsinin bir yanı avtomobil yolu boyunca yerləşməklə yolu birbaşa çıxışa malikdir. Belə olan halda, qonşu torpaq sahəsindən giriş-çıxış yolunun tələb edilməsinə dair qarşılıqlı iddia Mülki Məcəllənin 255.4-cü maddəsinin tələblərinə cavab verməyən iddia kimi dəyərləndirilməlidir. Həmin maddənin tələbinə görə, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il il tarixli, 2(001)- 104/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-769/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-769/2021
09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver