Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-770/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3188/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı «İddiaçı” Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Əşrəfov Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Subary-İmpreza” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1000 manat sığorta ödənişi məbləğin və ərizənin verilməsi ilə bağlı ödənilmiş 30,40 manat dövlət rüsumun, cəmi 1030,40 manat (bir yüz yetmiş manat qırx qəpik) məbləğində pul vəsaitin cavabdehlər Cavabdeh1 MMC-dən və Əşrəfov Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3188/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə Cavabdeh1 MMC-dən pulun tutulması hissəsində əsassızdır. Belə ki, xx xxx 2015-ci il tarixdə Əşrəfov Cavabdeh2 AL-969 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil M.Əşrəfovun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmçinin Cavabdeh1 MMC tərəfindən M.Əşrəfova avtomobilin idarə olunmasına dair xx xxx 2015-ci il tarixli etibarnamə verilmiş və həmin etibarnamənin müddəti xx xxxx 2015-ci il tarixdə bitmişdir. Cavabdeh1 MMC tərəfindən xx xxxx 2015-ci il tarixdə lizinq alan Əşrəfov Cavabdeh2 xəbərdarlıq məktubu göndərilərək avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin bitməsi və lizinq obyektindən heç bir hüquqi əsası olmadan istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Həmçinin iddiaçının hazırkı subroqasiya hüququnun yaranmasına əsas delikt yox, iddiaçı ilə cavabdeh M.Əşrəfov arasında bağlanmış xx.xx.2015-ci il tarixli sığorta şəhadətnaməsi olmuşdur. Bu səbəbdən, hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq, qətnamənin ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 MMC-yə münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh M.Əşrəfov məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki işdə olan AB 492583 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin suərtindən görünür ki, “Subary-İmpreza” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə electron çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixli PAT********** saylı İcbari Sığorta Müqaviləsi əsasında ** AM *** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobil "İddiaçı” Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Quba RDYPİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında xx xxxxxx 2018-ci il tarixli, MYP 629712 №-li protokolunun surətinə əsasən Əşrəfov Cavabdeh2 ** AM *** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobili idarə edərkən xx.xx.2015-ci il tarixdə Quba şəhəri, H.Əliyev prospektində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin tələbini pozaraq avtomobili sürücülük hüququ olmadan idarə edərək “Subary-İmpreza” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə vurmuşdur. Xəta nəticəsində X2 maddi zərər vurulmuşdur. Törədilmiş xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 152.4-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi zamanı sürücü Əşrəfov Cavabdeh2 verilmiş etibarnamənin müddəti bitmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 3(027)- 676/2015 saylı Qərardan görünür ki, Əşrəfov Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 21-ci maddəsi tətbiq edilməklə ona qanunla nəzərdə tutulduğundan daha yüngül cəza – xəbərdarlıq cəzası təyin edilmişdir. "İddiaçı” Sığorta Şirkəti ASC-nin X1 tərəfindən tərtib edilmiş 019706 saylı sığorta aktına əsasən, “Subary-İmpreza” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 1000 manat məbləğində müəyyən edilmişdir. X3 tərəfindən "İddiaçı” Sığorta Şirkəti ASC-yə ünvanlanmış ərizədən görünür ki, X3 ona ödəniləcək sığorta ödənişin özünə məxsus bank hesabına köçürülməsini xahiş etmişdir. xx.xx.2015-ci il tarixli, 4637 saylı ödəniş tapşırığından görünür ki, "İddiaçı” Sığorta Şirkəti ASC tərəfindən X2 ödənilməli olan sığorta ödənişi ona məxsus bank hesabına ödənilmişdir. “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, ** PD *** dövlət qeydiyyat nişanlı “Subary-İmpreza” markalı avtonəqliyyat vasitəsinə 1000 manat məbləğində zərər vurulmuşdur. xx.xx.2015-ci il tarixli “Bayce Limited”xxxx“İddiaçı Sığorta Şirkəti” ASC-dən 1000 AZN sığorta ödənişini almaq, “Bayce Limited” şirkətini təmsil etmək və bunula bağlı bütün zəruri hərəkətləri etmək hüququ Əskərov Kamran Eldar oğluna etibar edilmişdir. Cavabdeh1 MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, ** AM *** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobil xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Əşrəfov Cavabdeh2 etibar edilmişdir. Pretenziya məktublarından müəyyən olunur ki, “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən cavabdehlər Əşrəfov Cavabdeh2 və Cavabdeh1 MMC-yə xəbardarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 MMC-nin şikayətinə əsasən MMC-yə aid mübahisləndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən Cavabdeh1 MMC-yə aid hissədə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi Cavabdeh1 MMC münasibətdə təmin edilməməlidir. Kollegiya hesab edir ki, cavabdeh MMC vurulan zərərə görə məsuliyyət daşımır. Belə ki, cavabdeh MMC ilə M.Əşrəfov arasında bağlanmış lizing müqaviləsinə əsasən, həmin avtomobil cavabdeh M.Əşrəfovun sahibliyinə verilmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh M.Əşrəfov həmin avtomobilə qanuni əsaslarla sahiblik etmişdir. Cavabdeh1 MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, ** AM *** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobil xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Əşrəfov Cavabdeh2 etibar edilmişdir. Kollegiya həmin etibarnamənin qəza olan vaxt müddətinin keçməsi ilə bağlı isə aşağıdakıları qeyd edir. Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitələri, o cümlədən də avtomobillər yüksək təhlükə mənbəyi hesab olunduğundan, onların qanunvericiliklə müəyən olunmuş qaydada qeydiyyata alınması, habelə əməli və ya etibarnaməli idarəçiliyə və ya istifadəyə verilməsinin də müvafiq qaydada qeydə alınması yalnız ictimai maraqlar baxımından əhəmiyyət kəsb edir və bu məqsəd ilə həyata keçirilir. Burada məqsəd yüksək təhlükə mənbəyi tərəfindən üçüncü şəxslərin həyat və sağlamlığına, habelə onların əmlakına vurulan zərərə ögrə məsülliyyət daşıyan şəxsin (həm qanuni, həm də faktiki sahibin) kimliyinin müəyyən olunmasından, həmin şəxsinmülki, inzibat və cinayət məsuliyyətinin labüdlüyünün təmin edilməsindən ibarətdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 21 maddədən ibarət xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332ci maddəsində etibarnamə olmadan avtomobiliin idarə olunması inzibati xəta kimi nəzərdə tutulmuşdur. Bununla belə, hətta həmin maddənin dispozisiyasına diqqət yetirdikdə məlum olur ki, izibati xəta haqqında qanunvericildik də nəqliyyat vasitəsinə sahiblik etmək hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halı istisna kimi müəyyən olunmuşdur, yəni nəqliyyat vasitəsinin sahibi avtomobildə olduqda, həmin nəqliyyyat vasitəsini idarə edən üçüncü şəxsə etibarnamə verilməsi zəruri deyildir. Qanunvericinin bu mövqeyi olduqca məntiqli və anlaşılandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində də «Hərəkət təhlükəsizlik və nəqliyyat vasitələrinin istismarı əlehinə olan cinayətlər» adlı xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur. Həmin Fəsildə …yol hərəkəti qaydalarını və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozulmasının nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ağırlaşdırıcı hal kimi xüsusi normada (maddə, 263-1.1.) nəzərdə tutulmuşdur. Qeyd olunanlardan da məlum olur ki, nəqliyyat vasitəsinə dair üçüncü şəxslərə etibarnamə verilməsi müstəsna olaraq mülkiyyətçi və ya buna səlahiyyəti olan mükəlləfiyyətli şəxsin subyektiv hüququ ilə bağlı olub, yalnız etibar edənlə onun adından çıxış edən etibar olunan arasındakı mülki münasibətləri tənzimləyir, həmin etibarnamələrin müvafiq qaydada qeydə alınması isə yalnız ictimai maraqlarla bağlı olub, həmin yüksək təhlükə mənbələrinin vurduqları istənilən (mülki, inzibati, cinayət) zərərə görə məsul olan şəxsin kimliyinin müəyyənləşdirilməsinə xidmət edir və bu məsələnin sığorta, eləcə də könüllü sığorta qanunvericiliyi ilə tənzimlənən münasibətlərə hər hansı aidiyyatı yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, cavabdeh M.Əşrəfov avtomobilə qanuni əsaslarla sahiblik etdiyi üçün iddiaçının cavabdeh MMC-yə qarşı subroqasiya hüququ yaranmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət verməyərək, nəticədə iş üzrə düzgün olmayan qənaətə gəldiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin cavabdeh MMC-yə aid təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi Cavabdeh1 MMC-yə aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinəəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılmasında iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, qətnamə qismən, iddia tələbinin cavabdeh MMC-yə aid təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi Cavabdeh1 MMC-yə aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3188/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin Cavabdeh1 MMC-yə aid təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh1 MMC-yə aid hissədə təmin edilməsin. Qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 MMC –nin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-770/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-770/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver