Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7707/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “pul”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh İddiaçı qarşı “vicdansızcasına əsassız iddia qaldırılması ilə əlaqədar pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-515/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC- yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Şərq Kimya Şirkəti- Bakı” Məhdud Məsuliyyətli Cəmiyyətindən 259299.76 ABŞ dollar, 73799.928 ABŞ dollar maddi ziyan və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC cavabdeh İddiaçı qarşı “vicdansızcasına əsassız iddia qaldırılması ilə əlaqədar pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən İddiaçı “Şərq Kimya Şirkəti-Bakı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vicdansızcasına heç bir hüquqi əsasa söykənməyən pul tələbinə dair iddia qaldırdığı üçün ondan Şirkətin və dövlətin xeyrinə ümumilikdə 100000 manat məbləğində pulun tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-515/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmiş, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,o ümumiyyətlə kredit müqaviləsi bağlamamış və ən əsası Cəmiyyətin baş direktoru vəzifəsində işləmiş X5 məhkəmə iclasında təsdiq etmişdir ki, həqiqətən də tərəfindən həmin pul vəsaiti Cəmiyyətin kassasına mədaxil edilmişdir. İş materialları ilə sübut olunur ki, pul vəsaiti cəmiyyətin kassasına mədaxil olunan zaman X5 Cəmiyyətin baş direktoru vəzifəsində işləmişdir. Bunu da qeyd edir ki, onun pul vəsaitinin cavabdeh şirkətdə olmasını həmin cəmiyyətdə çalışan hər bir işçi bilmişdir. O cümlədən onun və mərhum İlhamın qohumlarının hamısı onun pulunun şirkətində olmasını bilmişlər. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixində Eyyubova Ramina və Mehman Rəşidovun şirkətə hər hansı aidiyyəti olmamışdır. Bununla bağlı qeyd edir ki, xx.xx.2014-cü il tarixdə X2 əmək müqaviləsinə xitam verilmişdir. Şirkətə tərəfindən 89172 (səksən doqquz min yüz yetmiş iki) ABŞ dolları 02.12.13-cü il tarixdə mədaxil edilmişdir. Yəni, göstərilən məbləği mədaxil edərkən X2 əmək müqaviləsinə xitam verilməmiş və o, həmin pul vəsaitini qəbul edə bilərdi. Bundan başqa ümumiyyətlə Eyyubova Raminanın və Mehman Rəşidovun şirkətə hər hansı aidiyyəti olmamasını müzakirə edərkən, buna diqqət yetirmək lazımdır ki, pul vəsitini qəbul etmək səlahiyyətini və göstərişini onlara kim vermişdir. Çünki, o, onların hansı səlahiyyətə malik olmasını bilə bilməzdi. Bundan başqa pul vəsaitinin ödənilməsinə dair sənədin ciddi hesabat blankı olmaması pul vəsaitinin verilməməsi anlamına gələ bilməz. O, pul vəsaitini verərkən həmin sənədi ciddi hesabat blankı kimi qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının ilkin iddia tələbinə aid hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Beləliklə, mülki işin materiallarından müəyyən edilmişdir ki,“xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin (VÖEN **********) qanuni təmsilçisi Sevda Yusubovadır. İddiaçı adına “excel”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx"xxxxxxxxxxxxxx xxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxx xxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi E.F.Quliyev tərəfindən imzalanmış 1 saylı, xx.xx.2010-cu il tarixli əmrdən görünür ki, X5 xx xxxxxxx 2010-cu il tarixindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxx xxxxxxxx” MMC-nin təsisçisi Yusubova S. tərəfindən imzalanmış 37 saylı, xx.xx.2016-cı il tarixli əmrdən görünür ki, xx.xx.2016-cı il tarixdən Baş direktor X5 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xitam verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi Quliyev E.F. tərəfindən imzalanmış 12 saylı, xx.xx.2014-cü il tarixli əmrdən görünür ki, xx.xx.2014-cü il tarixdən X4 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin "a”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi Yusubova S. tərəfindən imzalanmış 24 saylı, xx.xx.2018-ci il tarixli əmrdən görünür ki, xx xxx 2018-ci il tarixindən Eyyubova Ramina “xxxxxxxxxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxx xxxxxxxx” MMC-nin təsisçisi Yusubova Sevda tərəfindən imzalanmış 41 saylı, xx.xx.2019-cu il tarixli əmrdən görünür ki, xx.xx.2019-cu il tarixdən X3 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Eyyubova Raminanın H/010-12-02 nömrəli, xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, cəmiyyətin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xx xxxx 2019-cu il tarixindən xitam verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 2013-cü ilin dekabr ayı və 2014-cü il üçün tərtib olunmuş memorial orderlərinə əsasən İddiaçı adından Şirkətin hesabına pulun mədaxil edilməsi və hesabından məxaric edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə pul vəsaitinin verilməsi iş materialları ilə öz təstiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehə pul verdiyini və həmin məbləğdən cavabdeh tərəfindən 259.299,76 ABŞ dolları məbləğində pulun qaytarılmadığını iddia etsə də, buna dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh şirkətin iddiaçıya qeyd edilən məbləğdə borclu qaldığını təsdiq edən yeganə sübut İddiaçı adına “excel” kompüter proqramı vasitəsilə tərtib edilmiş sənəddir. Həmin sənəd isə ciddi hesabat blankı olmamaqla hər-hansı hüquqi nəticələr yaratmır. Belə ki, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarının 1.2-ci maddəsinə əsasən ciddi hesabat blankları ciddi hesabat blanklarının hazırlnamsı fəaliyyətinə xüsusi razılıq almış hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərinin vəsaiti hesabına çap edilir. Həmin Qaydaların 1.4-cü maddəsinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Qaydaların 2.1-ci bəndinə görə ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir: ciddi hesabat blanklarının sifarişçisi: fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı və VÖEN-i, hüquqi şəxs olduqda adı və VÖEN-i, ciddi hesabat blanklarını çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i), ciddi hesabat blanklarının adı, seriya və nömrəsi, təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları. Beləliklə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənəd qüsurlu olduğundan, yəni qanunvericiliklə bu cür sənədlərin tərtibatı üçün nəzərdə tutulan qaydalara uyğun olmadığından, tərəflərin faktiki borc münasibətlərinə girdiklərini təsdiq edən sübut kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Bundan başqa işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istinad etdiyi sənədin tərtib edildiyi zaman sənədin tərtibatında və imzalanmasında iştirak etmiş şəxslər Eyyubova Ramina və Mehman Rəşidovun şirkətin adından hər hansı hüquqi hərəkətin edilməsinə, xüsusilə də şirkətin hesabına pulun mədaxil və məxaric edilməsinə səlahiyyətli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə, həmin sənəddə Eyyubova Raminanın və Mehman Rəşidovun nə adları, nə də imzaları mövcud deyil. Bundan başqa kollegiya qeyd edirki, birinci instansiya məhkəməsi şahid ifadələrinə haqlı olaraq tənqidi yanaşaraq, ifadələrini mötəbər sübut kimi qiymətləndirməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehdən borc pul vəsaitinin tutulması tələb edilsə də, tərəflər arasında borc münasibətlərinin yaranmasına və cavabdehin üzərinə öhdəliklər qoyulmasına əsas olan sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-515/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilkin iddia üzrə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7707/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7707/2020
17.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver