Məhkəmə qərarları › İş №2(103)-7721/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7721/2020

15.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7721/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2(103)-7721/2020 QƏRARDAD Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx xxxxxxx 2020-ci il Bakı şəhəri Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və tikilinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və tikilinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdehin hazırda mübahisəli evin damını söküb satmaq fikrində olduğunu bildirərək qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə ünvan 1 b ünvandakı evdə (tikilidə) aparılan tikinti-söküntü işlərinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 2359/2020 saylı qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 b ünvanda yerləşən özbaşına tikilidə tikinti və söküntü işlərinin aparılması Cavabdeh və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarçı iddia tələbi irəli sürmə subyektiv hüququ olmayan şəxsdir, onun ailə üzvü deyildir, ev özbaşına tikinti hesab olunmaqla qanunsuz tikilmişdir, iddiaçının həmin tikiliyə sərəncam hüququ yoxdur, onun başqa yaşayış yeri yoxdur, uşaqları ilə orada yağayır, ona görə də təmir işlərinin aparılması üçün qoyulmuş qadağa götürülməlidir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmş Biləcəri Bələdiyəsi tərəfindən verilmiş A-12 nmrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ünvan 1 b ünvanda yerləşən əmlak və torpaq sahəsi İddiaçı məxsusdur və qeydiyyatsz olaraq yaşayır. Məhkəmə hesab edir ki, mübahisəli yerdə cavabdeh tərəfindən tikinti işlərinin aparılması ehtimalı real oduğundan, o cümlədən iş üzrə qətnamənin gələcəkdə icrasının təmin ediliməsi üçün, iddianın təmin tədbiri barədə ərizəni təmin edib, işə mahiyəti üzrə baxılıb həll edilənədək, mübahisəli ünvan 1 b ünvanda yerləşən özbaşına tikilidə tikinti və söküntü işlərinin aparılması Cavabdeh və başqa şəxslərə qadağan edilməsini qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaqla iddianı təmin etmək üçün tədir görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Anar Tanrıverdiyev Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Tofiq Səmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar