Məhkəmə qərarları › İş №2(103)-7724/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7724/2020

20.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7724/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-719/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 215000 manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 719/2020 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia qismən təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-719/2020 saylı qərardadı ilə prosessual müddətin ötürülməsi əsası ilə qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə xx xxxx 2020-ci il tarixdə təqdim edilməsi, prosessual müddətin ötürülməməsi və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-nin 395.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Məhkəmə kollegiyası məruzəni və izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli,birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli,iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən,hər kəsin hüquqvə azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Apellyasiya şikayətini qaytararkən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh qərardaddan şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, qətnamə xx xxx 2020-ci il tarixdə cavabdehin ünvanına göndərilmiş, qətnaməni ala bilməməsi barədə işdə məlumat yoxdur. Cavabdeh xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində məhkəmə qətnaməsini əldə etməməsi səbəbi ilə rəsmi qaydada təqdim olunmasını xahiş etmiş, xx xxxx 2020-ci il tarixli cavab məktubu ilə məhkəmə qətnaməsi ona göndərilmiş, xx xxxx 2020-ci il tarixdə xəbərnaməyə imza etməklə əldə etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, işdə olan xx xxx 2020-ci il tarixli reyestrdən cavabdehin qətnaməni alması müəyyən edilmir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh xx xxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qətnaməni almaması səbəbindən ona rəsmi qaydada təqdim olunmasını xahiş etmiş, xx xxxx 2020-ci il tarixli cavab məktubu ilə qətnamə ona göndərilmiş, xx xxxx 2020-ci il tarixdə isə xəbərnaməyə imza etməklə əldə etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qətnamənin ilk dəfə cavabdehə göndərilməsini əsas tutaraq prosessual müddətin ötürülməsi nəticəsinə gəlmiş, lakin məhkəmə qətnamənin rabitə orqanı tərəfindən ilk dəfə hansı tarixdə cavabdehə rəsmi qaydada təqdim olunması və ya təqdim olunmamasının səbəblərini ümumiyyətlə araşdırmamışdır. Məhkəmə aktınını çıxarıldığı tarix və ya qətnamənin rabitə orqanına təqdim olunması faktı prosessual müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ilk dəfə xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada xəbərnaməyə imza etməklə təqdim olunmasını, bununla da prosessual müddəti ötürməməsini göstərmişdir. MPM-in 129.3-cü maddəsinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Birinci birinci instansiya məhkəməsi qətnamənin ilk dəfə cavabdeh tərəfindən hansı tarixdə alınmasını və apellyasiya şikayətinin hansı tarixdə rabitə orqanlarına verilməsini dəqiq müəyyən etməklə müddətlə bağlı məsələyə qiymət verə bilər. Çünki, «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu özünün xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə,qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur.MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın)çıxarıldığı tarixdən deyil,onun təqdim olunduğu (alındığı)andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur.Bu isə o deməkdir ki,qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir,məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qərardadı ləğv edilərək, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-719/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-719/2020 saylı qərardadı ləğv edilsin, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar