Məhkəmə qərarları › İş №2(103)-7735/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7735/2021

13.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7735/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair Yasamal Rayon Məhkəməsinin 2(004)-2238/2021 saylı işi üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 6500 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 11500 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinin 24.07.2020-ci il tarixli, HK-1/513 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı şikayəti əsasında araşdırma aparılaraq Cavabdeh əməlində CM 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkibi aşkar edilmədiyindən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərarda izahatı alınmış Cavabdeh bildirmişdir ki, 01.02.2020-ci il tarixdə Aidə Camalaova yoldaşının türmədə olduğunu və ona kömək etmək lazım olduğunu bildirmiş, o da Kənan adlı şəxsin Aidənin yoldaşına köməklik edəcəyini düşünüb Kənan adlı şəxslə birlikdə Aidənin evinə getmiş, Kənan onunla söhbət edərək köməklik edə biləcəyini demiş, Aidə xanım da Kənana ilkin olaraq 3000 manat pul vermişdir. Bundan bir həftə sonra Kənan Aidə xanımdan əlavə 3500 manat pul almış, köməklik edəcəyini bildirmişdir. Bundan sonra Kənan adlı şəxs onlardan gizlənmiş, telefonlara cavab verməmişdir. Aidə xanım da ondan Kənandan pulu alıb ona verməsini tələb etmişdir. O da məcbur olub Aidə xanıma 2000 manat pul vermişdir. Kənan adlı şəxs Aidə xanımdan aldığı puldan ona verməmiş, dəfələrlə Kənanla danışaraq ona Aidə xanımın pulunu qaytarmaslnl dediyini bildirmişdir. (iş.səh.10). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2238/2021 saylı işi üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı cavabdehin onu aldadaraq 6500 manat məbləğində pul almasını, cavabdehin təqsirli hərəkətləti nəticəsində ona mənəvi zərər dəydiyini iddia etsə də iddianı sübut edə bilməmişdir. Eyni zamanda cavabdeh də iddianı etiraf etmir. İddiaçı Cavabdeh 6500 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 11500 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir . İddiaçı Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2238/2021 nömrəli saylı işi üzrə 20.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi Cavabdeh qarşı qaldırdığım 6500 manat maddi 5000 manat mənəvi ümumilikdə 11500 manat məbləğində pul tələbinə dair iddiam təmin edilməməsi haqqında qətnamə qəbul etməyinizi xahiş etmişdir. Şikayətdə məhkəmə mübahisəyə iştirakı olmadan məhkəmə iclasının vaxtı barədə məlumat vermədən baxmaqla MPM -nin 185-ci maddəsinin və Həmin Məcəllənin 77,78,79 və 106.1-ci maddləri ilə qorunan hüquqlarının pozulduğu, hazırki mübahisə ilə bağlı cavabdehin həbsdə olan həyat yoldaşının cinayət işi üzrə ziyanı ödəyəcəyinə dair ondan aldatmaq yolu ilə götürdüyü 6500 manat pulun qaytarılması və bununla bağlı onun barəsində CM-nin 178-ci madəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətinə Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar aparılmış və Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin 24.07.2020-ci il tarixli, HK-1/513 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə cavabdehin əməllərində cinayət xarakterli hərəkətlər müəyən edilmədiyini bu əsasla da mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Həmin qərardan göründüyü kimi cavabdeh 6500 manat pulun götürməsini inkar etməmiş və bildirmişdir ki, guya o, müraciətindən sonra dostu Kənan adında bir şəxsə müraciət etmiş, sonuncu bu məsələdə köməklik göstərə biləcəyini bildirdikdən sonra Kənanla birlikdə onun evinə gəlmiş və əvvələr tanımadığı Kənan adında şəxsə əvvəl 3000 manat daha sonra isə 3500 manat pul vermiş, bundan sonra Kənan adlı şəxs telefon zəglərinə cavab vermədiyindən o, məcbur qalıb 2000 manat pulu qaytarmışdır. Bu tamamilə yalandır 6500 manatı cavabdehə vermiş, onun həmin vəsaitə Kənan adında şəxsə verib - verməməsi barədə heç bir məlumatı olmamış, pulu şəxsən cavabdehə verdiyindən hər zaman ondan şikayət etmiş və pulu da ondan tələb etdiyindən o, cəmi 2000 manat pulu qaytarmış qalan pulu da qısa müddətdə qaytaracağına dair vədlər versə də vədinə əməl etməmiş telefon zənglərini də açmamışdır. Həqiqətəndə qeyd edilmiş 6500 manat vəsaiti cavabdehə verməyini görən və bu halları təsdiq edən şahidləri məhkməyə təqdim etmək niyyətində idi. Lakin məhkəmə MPM -nin 185-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasının iştirakı olmadan və məlumat verilmədən keçirildiyindən həmin şahidləri məhkəmə iclasına dəvət edə bilməmişdir. Məhkəmə kollegiyasından iş üzrə cavabdehə 6500 manat pulun verilməsini görən şahidləri məhkəmə iclasında şahid qismində dindirməyi xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, pulu cavabdehə verdiyini və yalnız onu tanıdığını, cavabdehin işi Kənan adlı şəxs görəcəyi və pulun həmin şəxsə verməsi ilə bağlı söylədikləri ilə razı deyil, onu tanımadığı üçün pulun ona verilməsini etibarı olan cavabdehin vasitəsi ilə verdiyini və sonuncunun məsuliyyət daşımalı olduğunu, hal-hazırda hər ikisi ilə bağlı Binəqədi rayon polis idarəsində cinayət işi üzrə istintaqın həyata keçirildiyini bildirmiş və bu barədə Binəqədi rayon polis idarəsinin məktubunu və cinayət işinin ayrılması barədə 22.08.2021-ci il tarixli qərarını təqdim etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 63, .Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385-388, 560, 1096, 1097; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, şikayətdə qeyd edilən mülahizələrə dair mötəbər sübutlar təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, iddiaçının təqdim etdiyi cinayət işi üzrə materiallardan sadalanan hallar üzrə epizodlar araşdırılmaqda olsada və hər iki şəxs (cavabdehin və X2) dələduzluqda ittiham olunsalarda, qanuni qüvvəyə minmiş məhkəmə qərarının və ya cinayət təqibi orqanının yekun qərarının qəbul edilməməsi səbəbindən bu sənədlərin hazırki iş üçün sebutedici əhəmiyyəti mövcud deyildir. Ona görə, cinayət təqibi üzrə müəyyən edilmiş hallara diqqətin yönəldilməsi, bu təqib çərçivəsində və ya orada müəyyən edilmiş hallar əsasında mülki iddia vermək hüquqları iddiaçıya izah edilməlidir. Belə ki, hazırki əməllərin mülki-hüquqi müstəvidə araşdırılması cinayət təqibinə təsir edəcək və sui-istifadəyə şəraiit yaradan hallar kimi yolverilməzdir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçıya oğluna aid edilməlidır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2238/2021 saylı işi üzrə 20 may 2021 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar