Məhkəmə qərarları › İş №2(103)-7747/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7747/2023

12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7747/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “övladığıa götürmənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “övladığıa götürmənin ləğv edilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, xx.xx.2016-cı il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən X2 barəsində övladlığa götürmə haqqında 22 saylı akt qeydindəki məlumatların ləğv olunması, övladlığa götürmə barədə verilmiş həmin şəhadətnamənin etibarsız hesab edilməsi, övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumatların bərpa olunması (soyadı istisna olmaqla) qət edilmişdir. İddiaçı nümayəndəsinin (vəkilinin) həmin qətnamədən verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Yuxarıda qeyd olunduğu kimi, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmişdir; apellyasiya (lat. apellatio – müraciət, şikayət) şikayəti isə, qəbul edilmiş qərar (qətnamə) ziyanına olan vəya qərarı (qətnaməni) ədalətsiz (qanunsuz) hesab edən şəxslərin ondan yuxarı instansiya məhkəməsinə ünvanladıqları müraciətdir və şəxsin öz xeyrinə olan məhkəmə aktından şikayət verməsi Mülki Prosessual qanunvericiliyin mənasına uyğun deyildir. Qeyd olunmalıdır ki, şəxsin öz lehinə olan məhkəmə aktının maddi-hüquqi əsaslandırması ilə razılaşmayaraq, yaxud məhkəmənin prosessual pozuntuya yol verdiyini irəli sürərək ondan məhz bu səbəblərlə şikayət verə bilməsi mümkündür – lakin bu halda da o, apellyasiya instansiyası məhkəməsindən istədiyi nəticəni aydın ifadə etməli, hansı məhkəmə aktının çıxarılmasını konkret göstərməlidir. İddiaçının apellyasiya şikayətinin məzmunundan anlaşılan odur ki, o, məhkəmənin “övladlığa götürülmə ilə bağlı verilmiş şəhadətnamənin etibarsız sayılması, habelə övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş məlumatların bərpa olunması” barədə gəldiyi nəticə ilə razılaşmamışdır – bununla belə, şikayətdə qətnamənin ləğv olunması xahiş edilmiş, apellyasiya instansiyası məhkəməsindən hansı məzmunda qətnamə çıxarılmasının istənildiyi müəyyənləşdirilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3838/2023 saylı iş üzrə 27 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar