Məhkəmə qərarları › İş №2(103)-7755/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7755/2022

30.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7755/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(006)-3228/2022 saylı qərardadından ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Öz növbəsində, Cavabdeh1 və Babayeva X1 Jalə Məmməd qızına və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(006)- 3228/2022 saylı qərardadı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 hüquq varisi (vərəsəsi) müəyyən edilənə qədər İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyriyaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması” tələbinə dair ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı“çıxarışın etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan ilk iddia üzrə İddiaçı tərəfindən şikayət ərizəsi verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(006)- 3228/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2022- ci il tarixli, 2(006)- 3228/2022 saylı qərardadından ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş qərardaddan şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. Daha sonra ilk iddia üzrə İddiaçı tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2(006)-3228/2022 saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılır ki, məhkəmənin qəbul etdiyi qərardaddadan onun xəbəri olmamış, Bakı şəhərində olmadığına görə qayıtdıqdan sonra bu barədə nümayəndəsindən məlumat almışdır. Qərardad ona göndərilmədiyindən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada məhkəməyə ərizə ilə müraciət edərək qərardadı alıb həmin qəardaddan razı olmadığına görə şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(006)-3228/2022 saylı qərardadı ilə ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəllillərini araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin forması ilə bağlı tələblər əsk olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Şikayət ərizəsinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Lakin iş üzrə ilk iddia üzrə İddiaçı verdiyi şikayət ərizəsindən görünür ki, şikayət MPM-nin 361.1ci maddəsində və “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(006)-3228/2022 saylı qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Qeyd edilən qərardad 23 sentyabr 2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə, o cümlədən həmin sistemdə ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil adına yaradılmış elektron kabinetə də yerləşdirilmişdir. Qərardadın ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkilinin adına yaradılmış elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, İddiaçı məhkəməyə müraciət etmiş və qeyd edilən qərardadın surətini 18 oktyabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə, faktiki olaraq təkrar almışdır. MPM-in 135.6-cı maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qərardad 23 sentyabr 2022-ci il tarixdə ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinə məxsus elektron kabinetə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmış, buna baxmayaraq, şikayət ərizəsi isə qərardadın tərəflərin elektron kabinetə yerləşdirilməsindən xeyli müddət sonra 19 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Kollegiya, həmçinin qeyd edir ki, qərardadın ilk iddia üzrə iddiaçının müraciəti əsasında qəbzə imza etməklə ona təqdim olunması halı vəziyyəti dəyişdirmir. Belə ki, mülki iş materiallarına əsasən qəbul edilmiş qərardad yuxarıda qeyd edildiyi kimi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilmiş, bu isə məhkəmə aktının tərəfə rəsmi qaydada təqdim olunmasıdır. Belə olan halda qərardadın müraciət əsasında sonradan alınması prosessual müddətin həmin vaxtdan etibarən hesablanması mənasına gələ bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(006)-3228/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar