Məhkəmə qərarları › İş №2(103)-7759/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7759/2022

21.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7759/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinə və Cavabdeh2 qarşı «vəzifəli şəxsin qanunsuz hərəkəti nəticəsində vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 579/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Cavabdeh2 qarşı «vəzifəli şəxsin qanunsuz hərəkəti nəticəsində vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 24.035 manat ziyan, 6.000 manat əldən çıxmış gəlir, vurulmuş mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 40.035 manat ziyanın cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümaynədəsinin vəsatətlərinə əsasən, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi əsl cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamenti ilə əvəz edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, vurulmuş 24.035 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunnun cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən dəyişdirilməsini və özünə vurulmuş 24.035 manat maddi ziyanla yanaşı, 6000 (altı min) manat əldən çıxmış gəlirin və 10.000 (on min) manat mənəvi zərərin cavabdehlər tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamenti apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin 24.035 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv, iddia tələbinin həmin hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(103)-7651/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin apellyasiya şikayəti isə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi qismən vurulmuş 24.035 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən müştərək qaydada tutulması hissəsində ləğv edilmiş, iddia tələbinin Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə aid hissəsi rədd edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(103)-7651/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2022-ci il tarixli, 2(102)-3790/2022 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2(103)- 7651/2021 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(103)-7651/2021 saylı qətnaməsindən növbəti dəfə verdiyi kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2022-ci il tarixli, 2(103)-7651/2021 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh2 münasibətdə ləğv edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Cavabdeh2 birinci instansiya məhkəməsinə qətnamənin rəsmi olaraq almasına dair xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki,Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi çıxarılarkən o, cəzaçəkmə müəssisəsində olmuş xx.xx.2021-ci il tarixə azadlığa buraxılmışdır. İşin materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə qətnamənin alınması üçün müraciət etmiş, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə poçtla ona qətnamənin surəti göndərilmiş və cavabdeh tərəfindən apellyasiya şikayəti EMİS vasitəsilə xx.xx.2022-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 xx.xx.2022-ci ildə nümayəndəsinə müvafiq etibarnamə verərkən artıq cəzaçkmə müəssisəsində deyildir və işin materiallarından görünür ki, Cavabdeh2 13 aprel 2022-ci ildə apellyasiya instansiyası məhkəməsinin qətnaməni əldə edərək ondan 05 may 2022-ci ildə kassasiya şikayəti vermişdir Qeyd edilən kassasiya şikayətinin qaytarılması ilə bağlı qəbul edilən qərarlar yuxarıda sadalanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 11 oktyabr 2021-ci il tarixli, 2(103)- 7651/2021 saylı qətnaməsindən 05 may 2022-ci ildə kassasiya şikayəti verərkən verdiyi kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirsə də faktiki olaraq həmin qətnamədə birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunu ilə tanış olması mübahisəsizdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2(103)- 7651/2021 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılandan sonra da Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(103)-7651/2021 saylı qətnaməsindən növbəti dəfə verdiyi kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2022-ci il tarixli, 2(103)-7651/2021 saylı qərardadı ilə geri qaytarılması da onun birinci instansiya məhkəməsinin qətnaməsindən tam məlumatlı olmasına heç bir şübhə yeri qoymur. Göründüyü kimi, apellyator apellyasiya şikayətini verilməsi üçün müddəti ötürmüş və müddətin bərpa edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar