Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7764/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4989/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı atalığın mübahisələnirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2015-ci il təvəllüdlü X1 münasibətdə atası olmamağını müəyyən etməklə, xx.xx.2015-ci il təvəllüdlü X1 ata qrafasında ata adının və soyadının ananın göstərişi ilə yazılmaqla, yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4989/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı atalığın mübahisələnirilməsi tələbinə dair mülki işüzrə məhkəmə-tibbi (genetik) ekspertizası təyin edilmiş və məhkəmə ekspertizası rəyi alınanadək mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır (hakim: Toğrul Axundov). Həmin qərardaddan Cavabdeh1 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki mübahisə birbaşa ailə münasibətlərindən irəli gəlmişdir. Belə ki, tərəflər xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. X2 isə həmin nikahdan, yəni xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Məhz qeyd edilən nüansı, yəni mübahisənin ailə münasibətlərindən irəli gəldiyini nəzərə alaraq məhkəmə ümumiyyətlə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152-ci maddəsini nəzərə alaraq iddia ərizəsini qaytarmalı idi. Lakin məhkəmə iddia ərizəsini Məcəllənin tələblərini pozmaqla icraata qəbul edərək iş üzrə hazırlıq iclası təyin etmişdir. Hazırlıq iclasında də məhz qeyd edilənləri əsas gətirərək verilən vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Qanunun 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə iş məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məcəllənin 149-cu maddəsinə əsasən iddia ərizəsinin forma və məzmununa aid tələblərdə göstərilir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində mütləq qaydada qeyd edilməlidir. Həmin məcəllənin 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Məcəllənin 259.0.13cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan RespublikasıQanununun 21.9-cu maddəsində göstərilən hallarda iddia ərizəsi baxılmamış saxlanılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4989/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 258.2-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən qərardadı ekspertizanın təyin edilməsi ilə əlaqədar olaraq iş üzrə icraatın dayandırılması ilə bağlı olmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılması ilə bağlı qərardadının ləğv ediməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, cavabdeh əslində iş üzrə icraatın dayandırılması ilə bağlı məsələni mübahisələndirmir. Cavabdeh iş üzrə icraatın dayandırılması ilə bağlı qərardaddan verdiyi şikayətində “Mediasiya haqqında” Qanuna istinad edərək, iddiaçı tərəfindən iddia ərizəsi verilməmişdən əvvəl mediasiya təşkilatına müraciət edilmədiyini və mübahisənin məhkəmdən kənar həll edilməsinə cəhd göstərilmədiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, Mülki Prosessual Məcəllənin 152-ci maddəsinə əsasən, iddia ərizəsi geri qaytalılmalı idi. Kollegiya işin hallarına və şikayətin dəlillərinə əsasən qeyd edir ki, cavabdeh, iddia ərizəsi verilməmişdən əvvəl mediasiya təşkilatına müraciət edilmədiyini və mübahisənin məhkəmədən kənar həll edilməsinə cəhd göstərilməməsini iş üzrə icraatın dayandırılması barədə qərardadda mübahisələndirməkdə haqlı olmamışdır. Kollegiya qeyd edir ki, cavabdeh mübahisənin məhkəmədən kənar həll edilməsini və mediasiya təşkilatına müraciət edilməsi məsələsini birinci instansiya məhkəməsində icraat zamanı mübahisələndirə, yaxud da, birinci instansiya məhkəməsinin yekun qərarından apellyasiya şikayəti verməklə qeyd edilən məsələyə istinad edə bilərdi. Lakin, hazırda cavabdehin qeyd edilən məsələni ekspertizanın təyin edilməsi ilə əlaqədar iş üzrə icraatın dayandırılması qərardadında mübahisələndirməsi şikayətin qeyri-mümkün hesab edilməsinə dair nəticəyə gəlməyə əsas verir. Çünki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılmasına dair vəsatətin təmin edilməməsinə dair mövqeyinin olması hazırda cavabdehə bu məsələni başqa qərardaddan şikayət vermək yolu ilə mübahisələndirmək hüququ vermir. Şərh olunanlara əsasən, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iş üzrə icraatın dayandırılması barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, həmin qərardaddan verilən şikayətin qeyri-mümkün hesab edilməsi ilə bağlı qərardaddan da kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (19 may 2018-ci il tarixdən qüvvəyə minmiş) 01 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 403, 405, 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7764/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7764/2022
29.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver