Məhkəmə qərarları › İş №2(103)-7770/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7770/2021

22.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7770/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3239/2020 saylı mülki iş üzrə 27.08.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 27.08.2020-ci il tarixli qətnamənin surəti 30.09.2020-ci il tarixdə iddia ərizəsində qeyd edilmiş ünvana göndərilmiş, məhkəmə zərfi geri qaytarılmış (səh.47), İddiaçı 26.05.2021-ci il tarixdə qəbzə imza etməklə qətnaməni əldə etmiş, prosessual müddətin bərpasına dair ərizə təqdim etmədən apellyasiya şikayətini 30.06.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Halbuki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş və qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti verilməsi mümkünlüyünü müəyyən etmişdir. Qeyd edilənlərdən əlavə, apellyasiya şikayətində şikayəti verən şəxsin iş yeri, yaşayış yeri, yaxud olduğu yer qeyd edilməmiş, işdə isə müxtəlif ünvanlar göstərilmişdir (iş səh.1,52) .Qeyd edilən xüsusatlar sübutların təkzibedilməzliyi və ehtimalların yolverilməzliyi müstəvisində sui-istifadəyə şərait yaradan hallar olaraq apellyasiyanın mümkünlüyü üçün prosessual əsasları istisna edir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-137,146, 357-366, 372, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3239/2020 saylı mülki iş üzrə 27.08.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar