Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7773/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3218/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "İddiaçı” X4 Səhmdar Cəmiyyətinin xeyrinə 950 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı xx.xx.2019-cu il tarixli icbari sığorta müqaviləsinə dair məlumat (səh.4), xx.xx.2019-cu il tarixli sığorta aktı (səh.5), Babayev Rüstəmə məxsus yekun akt (səh.6-7), avtonəqliyyat vasitəsi sahiblıərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayış (səh.9), xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanmaı və inzibati araşdırmanın aparılması barədə qərardad (səh.11), xx.xx.2019-cu i tarixli İnzibati xəta haqqında protokol (səh.12), xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar (səh.14), “xxxxxxxx” MMC məxsus İsuzu Ekobus avtobus markalı 90RG644 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və cavabdehin sürürcülük vəsiqəsi (səh.15) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3218/2020 saylı işi üzrə xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 119.1 , 284-2, 284-5.1, 284-5.2, 284-5.3-cü və 284-6.1; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1, 936.2, 1096.1, 1108.1, 1114.1; "X2” Azərbaycan Respublikasının Qanununun 63.1, 63.2-ci maddələrinə istinadən) iddia təmin edilərək, Cavabdeh iddiaçı "İddiaçı” X4 Səhmdar Cəmiyyətinin xeyrinə 950 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 980 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 3218/2020 saylı qətnaməsi ləğv olunması və iddia əsassız olduğundan təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə istinadən qeyd edilmişdir ki, instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını düzgün araşdırmamış, onun faktiki olaraq iddia ərizəsində göstərilən ünvanda yaşayıb yaşamamağını, iddia ərizəsindən xəbərinin olub olmamasını araşıdrmamış və hal-hazırkı iddia ərizəsi ilə əlaqədar olara hadisə zaman dəyən ziyan işlədiyi müəssisənin sığorta şirkəti tam olaraq ödənildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, avtomobil qəzası baş verən zaman zərərçəkmişin dəymiş zərərin ödənilməsindən imtina etdiyini, ancaq qəza baş verən günün səhəri günü polis tərəfindən ona zəng olunaraq qəzanın baş verdiyi ərazini tərk etdiyini və zərərin ödənilməsini tələb etdiyini, 100 manat cərimə ödədiyini, qəzadan 7-8 ay sonra isə sığorta şirkətindən ona zəng olunaraq sığorta məbləğini tələb etdiklərini, ecobusun tərəfindən sığorta məbləğinin ödənilməsindən xəbərsiz olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı X4 Səhmdar Cəmiyyətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını MM-nin 883, 885 911-913, 922 – 927, 1114, 1115; MPM-nin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə, X2 Azərbaycan Respublikası Qanununun 3, 4, 13, 15, 18, 21, 25, 26, 39, 58, 63, 77; Sığorta haqqında Azərbaycan Respublikası Qanunun 31-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri (təkzibedilməz sübutlarla təsdiq edilmədiyindən) birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3218/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7773/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7773/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver