Məhkəmə qərarları › İş №2(103)-778/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-778/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-778/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: maddi və mənəvi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-4569/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* saylı xx.xx.2008-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, məhəllə 3123, ev 3a, mənzil 2 tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1038\2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, ilk iddia üzrə cavabdeh X2 məxsus olan ümumi dəyəri 1000 manat olan 01 ədəd “Belissa” markalı, ağ rəngli yataq mebel dəsti (01 ədəd iki nəfərlik çarpayı 2x2,2 ölçülü, güzgülü termo 1,8x2 ölçülü, 02 ədəd komodin 60x60 ölçülü, şifoner 2,6x2 ölçülü, 01 ədəd 4 siyirtməli şkaf); ümumi dəyəri 800 manat olan 02 ədəd şüşəli şifoner 600x1800 ölçülü ibarət cehiz əşyaları ilk İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanından çıxarılmalı, həmin əşyalar olmadığı halda onların dəyəri olan 1800 manat İddiaçı alınaraq X2 ödənilməlidir. Uşaqlara məxsus şəxsiyyət vəsiqələri İddiaçı alınaraq X2 qaytarılmalıdır. İlkin iddia ərizəsi, qarşılıqlı iddia ərizəsinə və apellyasiya şikayətinə görə ödənilən dövlət rüsumları onların ödəmiş tərəflərin özlərinə aid edilməli, apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatının ilk iddia üzrə İddiaçı, 50 manatının isə cavabdeh X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1038\2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra icraatına başlanılaraq borclu X2 icra sənədinin könüllü icrası üçün 10 gün vaxt müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişindən və Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən borcluya ünvanlanan zərfin surətindən müəyyən olunur ki, borclu X4 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarını xx.xx.2024-cü il tarixdə almışdır. Nəsimi rayon icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, icra sənədində göstərilən cehiz əşyaları borclu X2 təhvil verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5200 manat maddi zərər, indiyə qədər hüquqlarını müdafiə etmək üçün məhkəməyə ödədiyi 100 manat iddia ərizəsinin verilməsi üçün rüsum və 50 manat ekspertiza xərci, 104 manat dövlət rüsumu, keçirdiyi stress, həyəcan və mənəvi sarsıntıya görə 3000 manat mənəvi ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X2 qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə X2 məxsus olan cehiz əşyalarının (1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd güzgülü termo, 2 ədəd komodin, 2 ədəd şifonyer, 1 ədəd böyük termo, 2 ədəd şüşəli şifonyer) ona məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanından çıxarılması barədə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, oğlu Nümayəndə 2014-cü il tarixdə cavabdeh X4 ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Həmin vaxtdan cavabdeh cehiz əşyalarını ona məxsus olan evə yerləşdirmişdir. Hazırda cavabdehlə oğlu arasında bağlanmış nikah pozulmuş, xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamə alınmışdır. Cavabdeh valideynləri ilə birlikdə yaşamasına baxmayaraq cehiz əşyalarını ona məxsus olan evdən çıxartmamışdır. Cavabdehə məxsus olan əşyaların ona məxsus mənzildə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da onun mənzilindən istifadə etmək hüququnu məhdudlaşdırır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)-4129/2023 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, X2 məxsus olan 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd güzgülü termo, 2 ədəd komod, 2 ədəd şifoner, 1 ədəd böyük termo, 2 ədəd şüşəli şifonerdən ibarət cehiz əşyalarının ilk İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 4 ünvanından çıxarılması və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Daha sonra, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X4 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin - qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1038/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)-4129/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddianın təmin edilməsi, ilk iddia üzrə cavabdeh X2 məxsus olan ümumi dəyəri 1000 manat olan 01 ədəd “Belissa” markalı, ağ rəngli yataq mebel dəsti (01 ədəd iki nəfərlik çarpayı 2x2,2 ölçülü, güzgülü termo 1,8x2 ölçülü, 02 ədəd komod 60x60 ölçülü, şifoner 2,6x2 ölçülü, 01 ədəd 4 siyirtməli şkaf); ümumi dəyəri 800 manat olan 02 ədəd şüşəli şifoner 600x1800 ölçülü ibarət cehiz əşyaları ilk İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanından çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1038/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə iş icraya göndərilmişdir. Lakin cavabdeh X4 məhkəmə qətnaməsinin icrasını bu günə qədər təmin etməmişdir. Ona dəfələrlə cehiz əşyalarının ona məxsus olan mənzildən çıxarılması üçün müraciət etməsinə baxmayaraq, o, qərəzli şəkildə qətnamənin icrasından boyun qaçırır. Qeyd etmək istəmişdir ki, o, 2023-cü ilin avqust ayından bəri ona məxsus olan mənzilin iki otağından cavabdehin qərəzli əməlləri nəticəsində istifadə edə bilmir. Nəticədə öz şəxsi əmlakından natamam məhrum olmuşdur. Hüquqlarının bərpası üçün artıq bir ildən çoxdur ki, məhkəmələrdə mübarizə aparır. Yaşının çoxluğunu, səhhətində olan problemlərlə yanaşı, bu məsələ ilə bağlı da stress və mənəvi sarsıntı keçirir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində mənzillərin kirayə qiyməti 400-950 manat aralığındadır. O, qeyd olunan mənzilin tək mülkiyətçisidir, yəni, ona məxsus mənzilin 2 otağının qanunsuz zəbt edilməsi nəticəsində həmin mənzili kirayə belə verə bilmir. Cavabdeh birmənalı olaraq ona məxsus mənzilin iki otağından əvəzsiz və qanunsuz olaraq istifadə edir. Hesab etmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər cavabdeh tərəfindən iki otağın zəbt edilməsi müqabilində ona 5200 manat (hər ay üçün 400 manat), indiyə qədər hüquqlarını müdafiə etmək üçün məhkəməyə ödədiyi 100 manat iddia ərizəsinin verilməsi üçün rüsum və 50 manat ekspertiza xərci, keçirdiyi stress, həyəcan və mənəvi sarsıntıtya görə 3000 manat mənəvi ziyan cavabdeh tərəfindən ona ödənilməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb edərək iddianın rədd olunmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, o, əşyalarını məhkəmə qərarı ilə məhkəmənin təyin etdiyi zamanda xx.xx.2024-cü il tarixdə çıxarmışdır. Maddi və mənəvi zərərdən söz gedə bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-4569/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində mənzilinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək zəbt edilməsi əsası ilə hər ay üçün 400 manat tələb etmiş, ona dəymiş zərəri Mülki Məcəllənin 1096, 1097 və 1115-ci maddələri ilə əsaslandırmaqla 5200 manat zərərin əvəzinin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi üzrə icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinə verilmiş, tələbin könüllü icrası barədə bildiriş cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə isə icra sənədi icra edilmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdən mənzilinin zəbt edilməsi əsası ilə həmin tarixdən zərərin əvəzinin ödənilməsini tələb etməsinin heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, icra sənədi icraya xx.xx.2024-cü il tarixdə yönəlmiş, xx.xx.2024-cü il tarixdə də icra edilmişdir. Cavabdeh tərəfindən heç bir “delikt” törədilməmişdir, cavabdehin məhkəmə iclasında bildirdiyinə əsasən, nikahın xitam olunmasına səbəb olan münasibətlərin pozulduğu vaxta qədər həmin mənzildə yaşamış, hazırda da keçmiş həyat yoldaşı anası ilə birlikdə həmin ünvanda yaşayırlar. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı, ona maddi və mənəvi zərərin dəyməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş və həmin halların mövcüdluğu barədə məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, əsas hissədə iddia təmin edilmədiyindən iddianın “indiyə qədər hüquqlarını müdafiə etmək üçün məhkəməyə ödədiyi 100 manat, iddia ərizəsinin verilməsi üçün rüsum və 50 manat ekspertiza xərci, 104 manat dövlət rüsumu” nun tutulması hissəsi də təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1, 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-4569/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı cavabdeh Qurbanova (Hacıyeva) Gülşən Məhərrəm qızına qarşı “cehiz əşyalarının evdən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə X2 məxsus olan cehiz əşyalarının (1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd güzgülü termo, 2 ədəd komodin, 2 ədəd sifonyer, 1 ədəd böyük termo, 2 ədəd şifoner) ona məxsus olan Bakı şəhəri, ünvan 6 ünvanından çıxardılması barədə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, iddiaçının oglu Nümayəndə 2014-cü ildə cavabdeh Qurbanova (Hacıyeva) Gülşən Məhərrəm qızı ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Həmin vaxtdan cavabdeh cehiz əşyalarını ona maxsus olan evə gətirmişdir. Hazırda cavabdehlə oğlu arasında bağlanmış nikah pozulmuş, xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamə alınmışdır. Cavabdeh valideynləri ilə birlikdə yaşamasına baxmayaraq cehiz əşyalarını ona məxsus olan evdən qəsdən çıxartmamışdır. Cavabdehə məxsus olan əşyaların ona məxsus mənzildə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da mənzilindən istifadə etmək hüququnu məhdudlaşdırır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)4129/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh məxsus olan 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd güzgülü termo, 2 ədəd komod, 2 ədəd şifonyer, 1 ədəd böyük termo, 2 ədəd şüşəli şifonyerdan ibarət cehiz əşyalarının ilk İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 8 ünvanından çıxarılması və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Daha sonra, cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)1038/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməşi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəi Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)-4129/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddianın təmin edilməsi, ilk iddia üzrə Cavabdeh məxsus olan ümumi dəyəri 1000 manat olan 1 ədəd ”Beİissa” markalı, ağ rangli yataq mebel dəsti, 1 ədəd iki nəfərlik çarpayı 2x2,2 ölçülü, güzgülü termo 1,8x2 ölçülü, 2 ədəd komodin 60x60 ölçülü, şifoner 2,6x2 ölçülü, 1 ədəd 4 siyirtməli şkaf); ümumi dəyəri 800 manat olan 2 ədəd şüşəli şifoner 600x1800 ölçülü ibarət cehiz aşyaları ilk İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 6 ünvanından çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfındən verilmiş 2(103)1038/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə iş icraya göndərilmişdir. Lakin, Cavabdeh Məhkəmə qətnaməsinin icrasını bu günə qədər təmin etməmişdir. Dəfələrlə cehiz aşyalarının ona məxsus olan mənzildən çıxarılması üçün müraciət etməsinə baxmayaraq, o, qərəzli şəkildə qətnamənin icrasından boyun qaçırmışdır və iddiaçı məcburiyyət qarşısında məhkəməyə müraciət etməyə qərar vermişdir. Qeyd etmək istəyir ki, o, 2023-cü ilin avqust ayından bəri ona məxsus olan mənzilin iki otağından cavabdehin qərəzli əməlləri nəticəsində istifadə edə bilmir. Nəticədə öz şəxsi əmlakından natamam məhrum olmuşdur. Hüquqlarının bərpası üçün artıq bir ildən çoxdur ki, məhkəmələrdə mübarizə aparır. Yaşının çoxluğu, səhhətində olan problemlərlə yanaşı, bu məsələ ilə bağlı da stress və mənəvi sarsıntı keçirir. Dəfələrlə Cavabdeh sms yazıb, oğlu vasitəsilə məlumatlar göndərsə də qarşı tərəf onu ələ salmış və əşyaları qəsdən psixoloji təsir göstərmək və stress yaratmaq üçün çıxarmamışdır. Bildirir ki, oğlu Qəbələ şəhərində yaşayır və onlar uşaqla ünsiyyət üçün hər həftəsonu Bakıya gəldikləri zamanı nəvələri vasitəsilə ultimatum xarakterli cehiz əşyalarının işədilməməsi barəsində söz göndərmişdir. Evdə yaranmış stressli vəziyyət gəlininə də təsir etmiş və mebel əşyalarını gördüyü zaman onda da stress yaranmış və həmin gün xəstəxanaya düşmüşdür. Yaranmış vəziyyət və Cavabdeh əməlləri nəticəsində vaxtından əvvəl doğulduğu üçün nəvəsini itirmişdir və bu ona ciddi sarsıntı yaratmışdır. Bundan sonra Cavabdeh etdiyi əməllər onu göstərmişdir ki, o bunları əvvəldən planlamış və bilərəkdən etmişdir. Hazırda da onun hərəkətləri davam etməkdədir və öz nifrəti və kinini nəvələrinə və ailəsinə yansıdır. Oğlunun Qəbələ şəhərində yaşamağını və Bakıya gələrkən evdə cehiz əşyaları və Cavabdeh qəsdən yaratdığı şəraitsiz vəziyyət, yoldaşının hamilə olması səbəbindən məcburən kirayə tutduğu mənzildə qalması mənzilində olan otaqdan əlavə gəlir götürmə ehtimalı var idi və bundan əlavə o, mənzilini kirayə verərək oğlu ilə qala bilərdi. Bundan əlavə, Cavabdeh oğlu ilə birgə mülkiyyət sahibi olduqları Yasamal Mida yaşayış kompleksində yerləşən mənzilə köçüb (baxmayaraq ki, Nəsimi rayon ərazisində mənzili var), atası X5 ora köçürmüş və oğlunu mənzilə buraxmır. Məsələdən aydın görünür ki, edilmiş addımlar sadəcə olaraq qəsdən olunub və iddiaçının həyat şəraitini pisləşdirmək və müdaxilə etməkdir. Oğlunun kirayə tutmasına səbəb evdə cehiz əşyalarının olması və Cavabdeh qəsdən evdə ona məxsus əşyaları qeyd etməklə qabqacaqlardan istifadə edilməsi müqabilində məhkəmədən kompensasiya tələb edəcəyi və hüquq mühafizə orqanlarına şikayət edəcəyi barədə hədə-qorxusu onu çıxılmaz vəziyyətdə qoymuş və oğlunun ona xəsarət yetirməsi üçün Cavabdeh şantajlardan istifadə etməsi onun şəraitsiz evdə məcburən qalmasına və oğlunun yanına köçməməsinə məcbur etmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisinda mənzillərin kirayə qiyməti 400-950 manat aralığındadır. İddiaçı qeyd olunan mənzilin tək mülkiyətçisidir, yəni, ona məxsus mənzilin 2 otağının qanunsuz zəbt edilməsi nəticəsində həmin mənzili kirayə belə verə bilmir. Cavabdeh birmənalı olaraq ona məxsus mənzilin iki otağından əvəzsiz və qanunsuz olaraq istifadə edir. Hesab edir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər cavabdeh tərəfindan iki otağın zəbt edilməsi müqabilində ona 5200 manat (hər ay üçün 400 manat), indiyə qədər hüquqlarını müdafiə etmək üçün məhkəməyə ödədiyi 100 manat, iddia ərizəsinin verilməsi üçün rüsum və 50 manat ekspertiza xərci, keçirdiyi stress, həyəcan və mənəvi sarsıntıya görə (xüsusən yeni dünyaya gələcək olan nəvəsinin ölümünə əsas baiskar məhz Cavabdeh bilərəkdən atdıqları addımlar olmaqla) 3000 manat mənəvi ziyan cavabdeh tərafindən iddiaçıya ödənilməlidir. Bundan əlavə, Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində cehiz əşyalarının məhkəmənin təyin etdiyi vaxtda çıxarılması bildirilmişdir. İddia tələbində isə konkret zaman aralığı, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər qeyd edilmişdir. Yəni məhkəmə tələb olunan kompensasiyanın məhz məhkəmə çəkişmələri, cavabdehə göndərilmiş smsləri, cavabdehin “burda məhkəməlik bir şey yoxdur zaman ver çıxardaram” deyərək möhlət istəməsi və bundan sonra cavabdehin qəsdən əməllərinə dərindən nəzər yetirməmişdir. Bundan əlavə, cavabdeh cehiz əşyalarını iddiaçının evindən çıxararkən onu bilavasitə müştəriyə 1100 manat məbləğində satışını həyata keçirilmiş və çatdırılma şirkəti vasitəsilə müştəri məhz iddiaçının mənzilindən onu götürmüşdür. Buradan da aydın görmək mümkündür ki, cavabdeh əvvəllər zaman istəyərkən mebel əşyalarını çıxarda bilərdi. Ev sahibinə məxsus qabqacaqların qəsdən yazılması və iddiaçının məhkəməyə məcbur olaraq müraciət etməsi, bundan əlavə, cavabdehin ev sahibinin oğlunun ailə qurmasını bilməsi edilən hərəkətlərin qəsdən olduğunu göstərir. Mənəvi zarərin ödanilməsi barədə qanunvericiliyin mahkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən, şəxsə mənəvi zərərin vurulması manəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə qərar qəbul edərkən məhz Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində cehiz əşyalarının məhkəmənin təyin etdiyi vaxtda çıxarılması bildirilmişdir. İddia tələbində isə konkret zaman aralığı yəni xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər qeyd edilmişdir. Yəni məhkəmə tələb olunan kompensasiyanın məhz məhkəmə çəkişmələri, cavabdehə göndərilmiş smsləri, cavabdehin “burda məhkəməlik bir şey yoxdur zaman ver çıxardaram” deyərək möhlət istəməsi və bundan sonra cavabdehin qəsdən əməllərinə dərindən nəzər yetirməmişdir. Cavabdeh hərəkətlərinin qəsdən olduğu hesab edilir və digər məhkəmələr zamanı verilmiş izahatlarda onun tibb, insan psixologiyası və qanunvericilikdən yaxşı anlayışının olduğu və evdə bilərəkdən münaqişə çıxarmışdır, cehiz əşyaları qəsdən çıxarılmamış və iddiaçıya məxsus əşyalar qəsdən yazılmışdır və məhkəməyə bu barədə sübut təqdim etməmişdir. Cavabdeh cehiz əşyalarının çıxarılmaması məhz ailəyə qəsdən müdaxilə kimi qələmə verilməlidir. Bu müdaxilənin nəticəsi də ailədə bədbəxt hadisəyə gətirib çıxarmışdır. Cavabdeh olduğu birgə mülkiyyət üzrə oğlunun sahib olduğu mənzilə buraxmaması, oğlunun iddiaçıya məxsus evə gələrkən normal şəraitdə dincələ bilməməsi, onun kirayə mənzildə qalmasına məcbur etməsi (mənzilə buraxılmama və komendantlığa yalan və təhrif olunmuş məlumat verməklə) ailəsinə ciddi maddi ziyan vurmuşdur. Cavabdeh məhkəmə qərarının olmasına baxmayaraq cehiz əşyalarının çıxarılmasını uzatmaq istəməsi onu məhkəməyə müraciət etməyə məcbur etmiş, icraçının təkidi ilə cehiz əşyaları çıxarılmış və mənzilindən bilavasitə satışını həyata keçirmişdir. Bunu əvvəldən də etmək imkanı var idi. Ona görə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(006)-5081/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsi, Cavabdeh 5200 manat maddi zərər, indiyə qədər hüquqlarını müdafiə etmək üçün ödədiyi 100 manat iddia ərizəsinin verilməsi üçün rüsum və 50 manat ekspertiza xərci, 104 manat dövlət rüsumu, keçirdiyi stress, həyəcan və mənəvi sarsıntıya görə 3000 manat mənəvi ziyanın iddiaçının xeyrinə tutulması haqqında qətnamə qabul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və nümayəndəsi (oğlu) Nümayəndə apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmasını iddia etsə də, iddia tələbində istinad etdiyi hallar kimi, apellyasiya şikayətinin dəlillərini də sübuta yetirə bilməmişdir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı oğlunun ailə üzvü olmuş cavabdehə məxsus əşyaların nikah pozulduqdan sonra mülkiyyətində saxlanmasına görə ona vurulmasını hesab etdiyi maddi və mənəvi ziyanı cavabdehdən tələb edir. Tərəflər arasında cehiz əşyalarının iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmasına dair mübahisə ilə bağlı yekun məhkəmə aktı olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1038/2024 saylı qətnaməsi üzrə icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinə verilmiş, tələbin könüllü icrası barədə bildiriş cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə, yəni icra məmurunun müəyyən etdiyi könüllü icra müddətində, icra sənədi icra edilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, nikaha daxil olarkən iddiaçının razılığı ilə cavabdehin onun mülkiyyətində olan mənzilə köçürdüyü əşyaların nikah pozulduğu, tərəflər arasında cehiz əşyalarının iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmasına dair mübahisəyə baxıldığı, mübahisə üzrə qəbul olunmuş yekun məhkəmə aktının könüllü icrası müddətində iddiaçının mülkiyyətində saxlanması halı iddiaçıya maddi və mənəvi ziyanın vurulmasına səbəb ola bilməz. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdehə məxsus əşyalar isə iddiaçının özünün razılığı ilə sonuncunun mənzilinə köçürülmüş, əşyaların çıxarılması ilə bağlı tərəflər arasında mübahisə olmuş, mübahisə ilə bağlı çıxarılan məhkəmə aktı cavabdeh tərəfindən könüllü icra müddətində icra edilmişdir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-4569/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar