Məhkəmə qərarları › İş №2(103)-7783/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7783/2023

27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7783/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(008)-6080/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6080/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh 5000 (beş min) manat məbləğində pul tutularaq və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh 04 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6080/2019 saylı, 11 oktyabr 2019-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin buraxılmamış hesab olunması barədə ərizə vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(008)-6080/2019 saylı qərardadı ilə Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6080/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi, qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(008)-6080/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət həmin məhkəmənin 01 noyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə iş materiallarında olan xx.xx.2019-cu il tarixli reyestrə istinad edərək qeyd etmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6080/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qətnaməsinin surəti Bakı İstintaq Təcridxanasına Cavabdeh 15 oktyabr 2019-cu il tarixdə sifarişli göndərişlə göndərilmişdir. Lakin məhkəmə araşdırmamışdır ki, həmin qətnamə məhkum tərəfindən alınmışdır ya yox. Məhkəmə tərəfindən həmin qətnamənin çatması araşdırılmamış və yenə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən xx.xx.2020-ci il tarixli, 17/32-478 saylı Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış məktubuna istinad edərək bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, məhkumu işlə təmin etmək mümkün olmadığından icra vərəqəsini icra etmək mümkün olmamışdır. Məhkum üzərinə təyin edilmiş borcun ödənilməsinə dair məhkum və onun ailə üzvləri ilə söhbətlər aparılmış, məhkum Cavabdeh qətnamə üzrə heç bir tutulma aparılmamışdır. Məhkəmə tərəfindən göndərildiyi qeyd olunsada həmin qətnamənin rəsmi qaydada alınmasını təsdiq edən iş materiallarında sübuta rast gəlinmir. Qətnamə xx.xx.2019-cu ildə göndərildiyi qeyd olunsada 17 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olan məktubun xx.xx.2020-ci il tarixində göndərilməsi eyni zmanda icra vərəqəsinin icrası ilə bağlı məktub olmasını nəzərə aldıqda, icra vərəqəsinin isə İcra şöbəsi tərəfindən göndərildiyi nəzərə alındıqda məhkəmənin yalnış nəticəyə gəlməsi bir daha öz təsdiqini tapır. Bundan əlavə, 17 saylı Cəzaçəkmə Müəssisəsində onunla və ailə üzvləri ilə söhbət aparılması cəfəngiyyatdan başqa bir şey deyildir. Onun hansı ailə üzvləri ilə, hansı şəraitdə söhbət aparıldığı məktubda qeyd olunmamışdır. Ona görə ki, elə bir şey olmamışdır. Onların dedikləri kimi olsa ya cavabdehin ailə üzvlərini ora çağırıblar ya da onlara gediblər. Belə bir şey olsaydı ailə üzvləri cavabdehə məlumat verərdilər. Məhkəmə tərəfindən qətnamənin cavabdehə rəsmi qaydada çatdırılmasını təsdiq edən sübut olmamasına baxmayaraq məhkəmə tərəfindən MPM-nin 360-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardadının ləğv edilməsi üçün əsas olmadığına görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli reyestrdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6080/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qətnaməsinin surəti Bakı İstintaq Təcridxanasına Cavabdeh 15 oktyabr 2019-cu il tarixdə sifarişli göndərişlə göndərilmişdir. İş materiallarına əlavə ediliş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən xx.xx.2020-ci il tarixli 17/32-478 saylı Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, məhkumu işlə təmin etmək mümkün olmadığından icra vərəqəsini icra etmək mümkün olmamışdır. Məhkum üzərinə təyin edilmiş borcun ödənilməsinə dair məhkum və onun ailə üzvləri ilə söhbətlər aparılmış, məhkum Cavabdeh qətnamə üzrə heç bir tutulma aparılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 14.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6080/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qətnaməsinin surəti Cavabdeh onun həmin tarixlərdə olduğu yer üzrə rəsmi qaydada göndərildiyindən və həmin qətnamənin icra edilməsi üçün məhkum və onun ailə üzvləri ilə danışıqlar aparıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olan məktubla təsdiq olunduğundan, həmçinin qətnamənin qəbul olunduğu tərixdən 4 ildən çox müddət keçdikdən sonra apellyasiya şikayəti verildiyindən prosessual müddətin bərpa olunması ilə bağlı ərizəsinin təmin edilməməsi üzrə məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiası məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş 1 aylıq müddətin ötürülməsi ilə bağlı cavabdehin verdiyi ərizədə göstərdiyi səbəblər üzrlü hesab edilə bilməz. Qeyd olunalara əsasən məhkəmə kollegiyası müddətin bərpa edilməsi ilə bağlı ərizənin təmin edilməməsi üzrə məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamənin cavabdehə rəsmi qaydada verildiyi gündən 4 ildən artıq müddət keçdikdən sonra apellyasiya şikayəti verildiyindən, müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsinə dair göstərilmiş əsaslar mötəbər sübutlarla öz təsdiqini tapmadığından, müddətin bərpa edilməsinə dair ərizədə qeyd edilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün üzrlü səbəblər hesab edilmədiyi üçün düzgün olaraq ərizə təmin edilməmiş, verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunlanəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesabedilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsiniradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarlarınsərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, beləməsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizə təmin olunmamaqla düzgün nəticəyə gəlmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilən şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(008)-6080/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar