Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7795/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, ƏMDK yanında İstehsal Xidmət Müəssisələrinin İdarəetmə mərkəzinə, ƏMDK-nin sədr müavini Rafiq Cəlilova, ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, ƏMDK yanında DƏDRX-nə, Cavabdeh7nə və Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı “birinci instansiya, apelyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarının ləğv edilməsi, BŞİH MTK idarəsinin qeyri-yaşayış sahəsinin hüquqi varisinə geri qaytarılması” tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3487/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, ƏMDK yanında İstehsal Xidmət Müəssisələrinin İdarəetmə mərkəzinə, ƏMDK-nin sədr müavini Rafiq Cəlilova, ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, ƏMDK yanında DƏDRX-nə, Cavabdeh7nə və Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı “birinci instansiya, apelyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarının ləğv edilməsi, BŞİH MTK idarəsinin qeyri-yaşayış sahəsinin hüquqi varisinə geri qaytarılması və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim T.Məmmədov, iş № 2(010)-3487/20) iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmiş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən şikayətini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, ərizəçinin izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, İddiaçı iddia ərizəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin, Bakı Apelyasiya Məhkəməsinin qətnamələrinin, Ali Məhkəmənin qərarının ləğv edilməsini, eyni zamanda digər vəzifəli şəxslərin qərarlarının ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etmiş və bu zaman aşağıdakıları nəzərə almışdır. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi birinci instansiya məhkəməsidir və ancaq qanunla onun səlahiyyətlərinə aid edilmiş işlərə baxmaq hüququ vardır. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məhkəmələrdə işlərə birinci instansiya, apelyasiya və kassasiya instansiyaları üzrə baxılır. Həmin Qanunun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi birinci instansiya məhkəməsi olmaqla yalnız qanunla öz səlahiyyətinə aid edilmiş işlərə baxmaq hüququ olduğundan onun yuxarı instansiya məhkəmələri olan Azərbaycan Respublikası Apelyasiya məhkəməsinin və Ali Məhkəmənin qərarlarını ləğv etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarı instansiya məhkəmələrinin qərarlarının qanuniliyini və əsaslılığını yoxlamaq və həmin məhkəmələrin çıxardıqları qərarları ləğv etmək səlahiyyətinə malik deyil və bu baxımdan məhkəmə iddianın yolverilməzliyi əsası ilə iddia ərizəsini icraata qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Qərardad qəbul edilərkən qüvvədə olan prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Həmçinin düzgün olaraq iddiaçıya izah edilmişdir ki, o, iddia ərizəsində irəli sürdüyü digər məsələlərlə bağlı ayrı-ayrılıqda şikayət verə, yaxud ayrıca iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7795/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7795/2020
21.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver