Məhkəmə qərarları › İş №2(103)-7797/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7797/2022

02.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7797/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazovdan və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğundan qeyri-qanuni hərəkətlər nəticəsində vurduğu maddi və mənəvi ziyana görə 150.000 (yüz əlli min) manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2354/2022 saylı, xx.xx.2022-ci il qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verərək bildirmişdir ki, onun xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə Nərimanov rayon Məhkəməsində baxılmış və sənədlərinin aidiyyat üzrə cavabdehin Səbail rayonunda yerləşməsini əsas tutaraq sənədlərin geri qaytarılması qərara alınmışdır. Beləliklə onun qanunla nəzərdə tutulmuş hüququ pozulmuşdur. Belə ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4180/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə aidiyyat üzrə Səbail rayon Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-2354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Nərimanov rayon Məhkəməsində baxılması qərara alınmışdır. O, Nərimanov rayon Məhkəməsinə zəng edib məsələni izah etmişdir. Ordan bildirmişlər ki, Hərbi Prokurorluğun ünvanı internetdə Səbail rayonu kimi göstərilib. O, Bakı şəhərində yerləşən Məhkəmə Hüquq Şurasına müraciət etmiş və oradan Apellyasiya Məhkəməsinə müraciət etməyi məsləhət görmüşlər. Beləliklə, aidiyyat məsələsini hər iki məhkəmə bir-birinin üzərinə atır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna (493- 50-00) zəng edib hansı rayonda yerləşmələrini soruşduqda, hüquqi ünvanın Nərimanov rayonu olduğu bildirilmişdir. O, təkrar olaraq xx.xx.2022-ci il tarixində Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə Hərbi Prokurorluğun hüquqi ünvanının elektron hökümət portalında Səbail rayonu ərazisi kimi qeyd edildiyini bildirmişdir. Onun hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə qərardadı və üçüncü Nərimanov Məhkəməsinin qərardadı üzrə aidiyyat üzrə bir-birlərinin üzərinə yönləndirirlər. İddia ərizəsi üzrə işin baxılması üçün aidiyyat məsələsinin hansı məhkəmədə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, hazırki iş üzrə cavabdehin hüquqi ünvanı “kataloq.gomap.az saytından elektron çıxarışdan” və iş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğun iddiaçıya ünvanladığı məktubdan da görünür ki, ünvan 5 ünvanıdır. Belə olan halda Kollegiya hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddiaçı mövcud iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə deyil, Nərimanov rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.). Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır: Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-2354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar